1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. Surət Hüseynovun təsiri ilə 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə
tabe olmurdu. Ə.Hümbətov isə tabeliyində olan silahlı qüvvələrə söykənə rək cənub bölgəsind ə qondarma “Talış-Muğan Respubli-ka”sını yaratmağa çalışırdı. Eyni zamanda ölkənin şimal-şərq böl-gəsində “Ləzgistan dövləti” yaratmaq istəyirdilər. Bunlar Mos-kvadan idarə olunurdu. İyunun 4-d ə hökumə t hərbi qiyamı yatırt-maq üçün Gəncəyə 3 minədək canlı qüvvə və hərbi texnika yeritdi. Ölkədə vətə ndaş müharibəsi başlandı. 709 saylı hərbi hissənin kazarmaları, hava limanı dağıdıldı. 35 nəfər həlak oldu. 135 nəfər yaralandı. Qiyamçılar t ərəfindən 1200 döyüşçü, respublika pro-kuroru girov götürüldü. Onlar Bakıya Ali Sovet sədrinin, Baş na-zirin, bir qədər sonra isə Prezidentin istefa verməsi təl əbi ilə ulti-matum göndərdilər, cavab almadılar və Bakıya döğru hərəkət et-dilər. Dövlət rəhbərləri son anda kömək üçün H.Əliyevə müraciət etdi. H.Əliyev 1993-cü il iyunun 9-da hökumətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi. Vətəndaş müharibəsini aradan qaldırmaq üçün H.Əliyev iyunun 13-14-də Gəncədə oldu. H.Əliyev Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi manevr edərək S.Hüseynov başda olmaqla, hərbi müxalifəti zərərsizləşdirdi. 1993-cü il iyunun 15-də H.Əliyev Ali Sovetin Sədri seçildi. Bu gün tarixə “Milli Qurtuluş Günü” kimi düşdü. Prezident Ə.Elçibəy iyunun 18-də gecə xə bər vermədən paytaxtı tərk edib anadan olduğu Ordubad rayonunun Kələki kəndinə getdi. İyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri H.Əliyevə həvalə etdi. H.Əliyev S.Hüseynovu Baş nazir vəzivəsinə təyin etdi və onu öz nəzarəti altında saxladı.
Ə.Hümbətov 1993-cü ilin avqustunda batalyonları Fizuli bölgəsindən geri çəkməklə respublikanın 7 cənub rayonunda “Ta-lış-Muğan Respublikasını n” yarandığını elan etmiş, “hökumət” qurmuş du. H.Əliyev həmin bölgənin deputatları, ağsaqqalları və zi-yalıları ilə görüşdü, televiziya vasitəsilə əhaliyə müraciət etdi. Kor-təbii mitinq “TMR” ləğv etdi. Beləliklə, Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı . 1993-cü ilin avqustunda Cəbrayıl, Fü-zuli, Qubadlı rayonları işğal olundu.
Milli Məclisin qərarı il ə 1993-cü il avqustun 29-da Prezident Ə.Elçibəyə etimad haqqında referendum keçirildi və referendumda iştirak edənlərin 97,5%-i Prezidentə etimadsızlıq göstərdi (46, s. 494). 1993-cü il oktyabr ın 3-də Azərbaycan xalqı H.Əliyevi alter-nativ əsasla səs çoxluğu ilə Azərbaycan Respublikası Prezidenti seçdi.
Dostları ilə paylaş: |