Azərbaycan “yenidənqurma” şəraitində. Milli münasibətlərin kəskinləşməsi
80-ci illərin ortalarında sovet cəmiyyətinin iqtisadi, siyasi və mənəvi həyatında böhran qabağı vəziyyət yaranmışdı. KP ölkəni iflasdan qurtarmaq məqsədilə 1985-ci ildə “sürə tləndirmə konsep-siyası” irəli sürdü (42). ‘Yenidənqurma” xətti müəyyə n edildi. 1989-cu ildə ilk dəfə olaraq çoxmandatlı sistem əsasında xalq de-putatları seçkiləri keçirildi.
“Yenidənqurma” və “aşkarlıq” Azərbaycanda da demokratik hərəkatın inkişafına təkan verdi (43). Bundan ehtiyat edən Sovet rəhbərliyi Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində milli münaqişə ocağını alovlandırdı. Daxildən və xaricdən dəstək alan ermənilər açıq ərazi iddiaları ilə çı xış etməyə başladılar. Hətta Qa-zax və Gə dəbəy rayonlarında min hektarlarla torpaq sahəsinin Er-mənistana verilməsinə razılıq verilmi şdi. Bu vaxt yerli əhalinin na-razılığı qüvvə tətbiq etməklə yatırıldı.
Ermənistanda dövlət sə viyyəsində gizli silahlı dəstələ r yara-dılır və azərbaycanlıları zorla qovub çıxarmaq istiqamətində iş apa-rılırdı. 1988-ci il yanvarında Qafan və Mehri rayonlarından ilk qaçqınlar Azərbaycana gəldilər. Fevralın 19-da İrəvanda “Ermə-nistanı türklərdən təmizləməli!” və b. millətçi şüarlarla mitinqlər keçirildi. Bundan ruhlanan Dağlıq Qarabağ ermənil əri Stepana-kertdə (Xankəndi) mitinq və nümayişlərə başladılar. Fevralın 24-də Əsgəran rayonunda emənil ər 2 gənci qətlə yetirdilər və 19 nə-fəri yaraladılar. Fevralın 28-də Sumqayıtda ilk cinayət hər əkətini özünü azərbaycanlı kimi qələmə verən “paşa” ləqəbli ermə ni E.Qri-qoryan törətdi. Şəxsən 9 ermə ni, ümumiyyətl ə 32 nə fər (6 azərbay-canlı) öldürüldü (104, v. 25; 92, s. 4), 200 mənzil qarət edilmiş, onlarca ictimai bina, avtobus, şəxsi maşı nlar yandırılmışdı . Sum-qayıt hadisələrindən sonra qanlı antitürk hərəkatı daha da geniş-ləndi. Ermənilər Ermə nistanın Quqark rayonunda 14 nə fəri ağaca sarıyıb yandırdılar. Leninakan uşaq evində yaşayan 70 nəfər
azərbaycanlı uşağı Spitakda diri-diri borunun içinə doldurub ağzını qaynaqladılar. 1988-ci ilin dekabrın 11-də Azərbaycandan Ermənistana zəlzələ zonasına köməyə gedən 78 nə fərlik İL-76 təyyarəsi ermə nilər tərəfindən vuruldu (67). 1991-ci il avqustun 8-də Ermənistan SSR-də sonuncu azərbaycanlı kəndi olan Nüvədi (Mehri rayonu) kə ndi rus əsgərlərinin köməyi il ə boşaldıldı. Ermənistandakı 185 azərbaycanlı kəndindən 230 min nəfər azərbaycanlı qovuldu.
Dostları ilə paylaş: |