Mühazirə Fənn: Nəqliyyat hüququ Müəllim Sərvərov Bəxtiyar


Yük daşınması müqaviləsinin forması və bağlanma qaydası



Yüklə 200,14 Kb.
səhifə13/46
tarix01.01.2022
ölçüsü200,14 Kb.
#103231
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   46
Yük daşınması müqaviləsinin forması və bağlanma qaydası
Yük daşınması müqaviləsi formal müqavilə kateqoriyasına aid edilir. O,

bütün hallarda, istisnasız olaraq, yazılı formada bağlanır. Bu o deməkdir ki, yük

daşınması müqaviləsi şifahi formada bağlana bilməz. Özü də dərhal qeyd

edirik ki, yük daşınması müqaviləsi ənənəvi sənəd tərtibi yolu ilə bağlanmır.

Yük daşınması müqaviləsi qaimə ilə rəsmiləşdirilir. Qaimə formulyar

şəklində tərtib edilən sənəddir. O, yük daşınması müqaviləsinin sadə yazılı

formada bağlanmasını ifadə edir. Ona görə ki, həmin sənəd, birinci, yük

daşınması müqaviləsinin məzmununu ifadə edir. İkinci, qaimə yük daşınması

müqaviləsini bağlayan şəxslər tərəfindən imzalanır. Qanun birbaşa göstərir ki,

qaimədə yükgöndərənin və daşıyıcının imzaları olmalıdır (MM-in 854-cü

maddəsinin 2-ci bəndi). Deməli, göstərdiyimiz iki cəhət yazılı əqdlər, o cümlədən

yazılı müqavilələr üçün tələb edilən iki əsas əlamətə uyğun gəlir. Buna görə də

qaimə yük daşınması müqaviləsinin sadə yazılı formada bağlanmasını ifadə

edir.


Qaimədə qanunvericiliklə nəzərdə tutulan rekvizitlər (latınca «requistum»

- -tələb olunan), yəni məlumatlar olmalıdır. Bu rekvizitləri iki yerə bölmək

olar:

-məcburi rekvizitlər;



-fakültativ rekvizitlər.

Məcburi rekvizitlər dedikdə əsas və zəruri məlumatlar başa düşülür.

Onlara aşağıdakılar aiddir:

-qaimənin tərtib edildiyi yer və tarix;

-yükgöndərənin adı və ünvanı;

-daşıyıcının adı və ünvanı;

-yükləmənin yeri və tarixi;

-yük yerlərinin adı və nömrələri;

-daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər) və sairə.

Fakültativ rekvizitlər dedikdə qaimədə göstərilən əlavə məlumatlar başa

düşülür. Onlara aşağıdakılar aiddir:

-yükün boşaldılıb başqa nəqliyyat vasitələrinə yüklənməsinin qadağan

edilməsi;

-yükgöndərənin öz hesabına qəbul etdiyi və ya yükalana avansını verdiyi

xərclər;

-yükalanın daşıyıcıya ödəməli olduğu dəyər;

-yükün dəyəri;

-yükgöndərənin sığorta barəsində təlimatı;

-yükün daşınması üçün şərtləşdirilmiş müddətlər;

-daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı.

Qaimə əsas daşıma sənədi hesab olunur. Bu sənəd üç nüsxədə tərtib edilir.

Onun birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir,

üçüncü nüsxəsi isə daşıcıya verilir.

Qaimə hüquqi mənası və əhəmiyyəti olan sənəddir. O, iki əsas funksiya

yerinə yetirir:

-rəsmiləşdirmə funksiyasını;

-təsdiqləyici funksiyanı.

Qaimənin rəsmiləşdirmə funksiyasının mahiyyəti ondan ibarətdir ki, bu

sənəd yükdaşıma müqaviləsinin rəsmiləşdirmə vasitəsi və forması kimi çıxış

edir. Bu baxımdan, qaimə yükdaşıma müqaviləsinin məcburi sadə yazılı

formada bağlanmasını ifadə edir. Başqa sözlə desək, qaimə onu bildirir ki,

yükgöndərənlə daşıyıcı arasında sadə yazılı formada yükdaşıma müqaviləsi

bağlanmışdır.

Qaimənin təsdiqləyici funksiyasının mahiyyəti ondan ibarətdir ki, o, bəzi

hərəkətlərin edilməsini sübut edir. Ona görə də bu, bəzən sübutedici funksiya da

adlanır. Bu hərəkətlərə aşağıdakıları aid edirlər:

-yükgöndərən ilə daşıyıcı arasında müqavilə bağlanmasını;

-daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunmasını;

-yükalan tərəfindən yükün qəbul edilməsini;

-müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyaları və ya

qeyd- -şərtləri;

-yükgöndərənin və ya yükalanın yükə dair sərəncam vermək hüququnu;

-daşıyıcının yükə girov hüququnu.

Qaimə yükgöndərənin verdiyi məlumatlar əsasında tərtib olunur. O, bu

məlumatların dəqiqliyi və tamlığı üçün daşıyıcı qarşısında məsuliyyət daşıyır.


Yüklə 200,14 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin