Mühazirə Fənn: Nəqliyyat hüququ Müəllim Sərvərov Bəxtiyar


Avtomobil nəqliyyat daşımaları hüququ anlayışı, predmeti və milli



Yüklə 200,14 Kb.
səhifə26/46
tarix01.01.2022
ölçüsü200,14 Kb.
#103231
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   46
Avtomobil nəqliyyat daşımaları hüququ anlayışı, predmeti və milli

hüquq sistemində mövqeyi
Avtomobil nəqliyyatı müəssisəsi və təşkilatının (daşıyıcının) əsas

funksiyası bilavasitə nəqliyyat fəaliyyətini – daşımanı həyata keçirməkdən

ibarətdir. Daşıma prosesinin yerinə yetirilməsi zamanı o, müştərilərlə (yük

sahibləri ilə, yükgöndə-rənlərlə, sərnişinlərlə) əmlak münasibətinə girir. Belə ki,

avtonəqliyyat müəssisəsi (daşıyıcı) müştərilərə daşıma xidməti göstərir və onun

əvəzində müştərilərdən daşıma haqqı alır. Bununla avtonəqliyyat müəssisəsi ilə

müştəri arasında əmlak münasibətləri yaranır. Bu münasibətlərin normal həyata

keçirilməsi üçün onların hüquq normaları ilə tənzimlənməsi vacibdir. Söhbət

daşıma prosesi iştirakçılarının davranış və rəftar qaydalarının hüquq normaları

vasitəsilə müəyyənləşdirilməsin-dən gedir. Həmin normaların məcmusu və

sistemi avtomobil nəqliyyat daşımaları hüququnu yaradır.

Avtomobil nəqliyyat daşımaları hüququ dedikdə daşıma prosesinin həyata

keçirilməsi zamanı avtomobil nəqliyyatı müəssisəsi (təşkilatı), yəni daşıyıcı ilə

müştərilər arasında yaranan əmlak münasibətlərini tənzimləyən hüquq

normalarının məcmusu başa düşülür.

Verdiyimiz tərifdən görürük ki, avtomobil nəqliyyat daşımaları hüququ

daşıma prosesində daşıyıcı (avtonəqliyyat müəssisəsi) ilə müştəri arasında

yaranan əmlak münasibətlərini – daşıma münasibətlərini tənzim edir. Deməli,

onu mülki hüququn tərkib elementlərindən biri kimi tanımaq üçün kifayət

qədər əsas vardır. Daha doğrusu, avtomobil nəqliyyat daşımaları hüququ

mülki hüququn «nəqliyyat hüququ» adlı institutunun subinstitutlarından

biridir. Avtomobil nəqliyyat daşımaları hüququnun hüquq sistemində tutduğu

yeri müəyyənləşdirərkən məsələyə məhz bu cür yanaşmaq lazımdır, yəni

avtomobil nəqliyyat daşımaları hüququ mülki hüququn tərkibində nəqliyyat

hüququnun subinstitutlarından biri kimi tanınmalıdır.

Amma bundan fərqli olaraq, avtomobil nəqliyyat daşımaları hüququnun

hüquq sistemində tutduğu yer barədə başqa fikir də söylənilir. Müəlliflərdən

Bıkov A.Q. və Polovinçik D.İ. göstərirlər ki, hüquq sistemində həm də

kompleks hüquq sahələri ayrılır və onlar özündə hüququn müxtəlif sahələrinə

aid olan normaları birləşdirir: həmin normalar müxtəlif, lakin hər hansı xüsusi

fəaliyyət sferasında yaranan münasibətləri tənzimləyir. Müəlliflərin fikrincə, bu

cür sahələrdən biri avtomobil nəqliyyatı hüququ adlanır ki, o, özündə hüququn

müxtəlif sahələrinə – mülki hüquqa, təsərrüfat hüququna və inzibati hüquqa aid

olan hüquq normalarını birləşdirir. Daha sonra müəlliflər qeyd edirlər ki,

avtonəqliyyat hüququ ilə tənzimlənən ictimai münasibətlərin müxtəlif olmasına

baxmayaraq, onlar «avtonəqliyyat münasibətləri» adlı qrupda birləşirlər.

Yuxarıda söylənilən fikirlərlə çətin ki, razılaşmaq olar, çünki biz,

«kompleks hüquq sahəsi» adlı konsepsiyanı tanımırıq və qəbul etmirik. Aydın

məsələdir ki, hüququn müxtəlif sahələrinə aid olan cürbəcür hüquq

normalarından hər hansı hüquq sahəsinin yaradılması qeyri-mümkün hesab


edilir. Düzdür, avtonəqliyyat münasibətləri hüququn müxtəlif sahələri tərəfindən

də, məsələn, inzibati hüquq tərəfindən də tənzimlənir. Belə halda həmin

münasibətləri tənzimləyən inzibati hüquq normaları inzibati hüququn institutu

kimi avtomobil nəqliyyat daşımaları hüququnu əmələ gətirir. Bu isə onu göstərir

ki, avtomobil nəqliyyat daşımaları hüququ mürəkkəb və ya sahələrarası hüquq

anlayışıdır. Bu anlayışa həm mülki hüquq sahəsində, həm də inzibati hüquq

sahəsində rast gəlmək olar. Birinci halda avtomobil nəqliyyat daşımaları

hüququ mülki hüququn anlayışı kimi çıxış edərək, mülki-hüquqi əhəmiyyət kəsb

edir, ikinci halda isə o, inzibati hüququn anlayışı kimi tanınaraq inzibati -

hüquqi əhəmiyyətə malik olur.2

Qeyd etmək lazımdır ki, avtomobil nəqliyyat daşımaları hüququ anlayışı

ilə, əsasən, mülki hüququn subinstitutlarından biri əhatə olunur. Bu baxımdan,

onun özünün nizamasalma predmeti vardır. Göstərdik ki, daşıma prosesi zamanı

avtonəq-liyyat təşkilatı (daşıyıcı) ilə müştəri (sərnişin, yükgöndərən) arasında

əmlak xarak-terli münasibətlər – daşıma münasibətləri əmələ gəlir. Həmin

münasibətlər məhz avtomobil nəqliyyat daşımaları hüququnun nizamasalma

predmetini təşkil edir.

Beləliklə, avtomobil nəqliyyat daşımaları hüququnun predmeti daşıma

prosesində avtomobil nəqliyyatı müəssisəsi (daşıyıcı) ilə müştərilər arasında

yaranan əmlak xarakterli daşıma münasibətlərindən ibarətdir.

Bundan əlavə, avtomobil nəqliyyat daşımaları hüququ anlayışının məna

yükü altında daha iki fikir əhatə olunur: qanunvericilik sahəsi mənasında, tədris

fənni mənasında.

Qanunvericilik sahəsi mənasında avtomobil nəqliyyat daşımaları hüququ

dedikdə avtonəqliyyat münasibətlərini tənzimləyən qanunvericilik aktlarının

məcmusu başa düşülür. Ona avtonəqliyyat qanunvericiliyi deyilir.

Avtonəqliyyat qanunvericiliyinə həm qanunlar, həm qanunqüvvəli aktlar

(Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları), həm də mərkəzi icra

hakimiyyəti orqanlarının (məsələn, Nəqliyyat Nazirliyinin) aktları daxildir. O,

kompleks xarakterə malikdir. Belə ki, avtonəqliyyat qanunvericiliyinə həm

mülki -hüquqi xarakterli, həm inzibati-hüquqi xarakterli, həm əmək-hüquqi

xarakterli, həm də maliyyə-hüquqi xarakterli aktlar daxil ola bilər.

Tədris fənni mənasında avtomobil nəqliyyat daşımaları hüququ əmlak

xarakterli avtonəqliyyat münasibətlərini öyrədir. Belə ki, daşıma prosesi zamanı

avtonəqliyyat təşkilatı (daşıyıcı) müştərilərə daşıma xidməti göstərir. Daşıma

xidmətinin göstərilməsi ilə bağlı olaraq əmlak xarakterli münasibətlər əmələ

gəlir. Həmin münasibətləri öyrətmək avtomobil nəqliyyat daşımaları

hüququnun predmetini təşkil edir. Bundan əlavə, tədris fənni kimi avtomobil

nəqliyyat daşımaları hüququnun predmetinə avtomobil nəqliyyat daşımaları

hüququ haqqında anlayış, onun sistemi, prinsip və mənbələri barədə məsələ də

daxildir. Avtomobil nəqliyyat daşımaları hüququ, xüsusilə, avtomobillə daşıma

müqavilələrinin öyrənilməsində vacib əhəmiyyət kəsb edir.

Avtomobil nəqliyyat daşımaları hüququ mülki hüquq, inzibati hüquq və

əmək hüququ kimi xüsusi hüquq fənni deyil, kompleks xarakterli sahələrarası

fəndir. Belə ki, o, tədris fənni kimi özündə mülki, inzibati, əmək və beynəlxalq

xüsusi hüququn bir sıra institutlarını və normalarını birləşdirir.



Yüklə 200,14 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin