12. Avtomobil nəqliyyat daşımaları hüququ haqqında anlayış, onun əhəmiyyəti və mənbələri
Avtomobil nəqliyyatı ölkənin nəqliyyat sistemi strukturunda əsas və
aparıcı yerlərdən birini tutur. Bu nəqliyyat növü hər bir dövlətin iqtisadi
həyatında mühüm rol oynayır. Avtomobil nəqliyyatını xalq təsərrüfatının vacib
sahələrindən biri hesab etmək olar. O, nəqliyyatın digər növləri ilə birlikdə
məhsulların normal istehsal prosesini və mübadiləsini təmin edir. Əhalinin bir
yerdən başqa yerə getməsinin və hərəkət etməsinin vacib vasitələrindən biri
avtomobil nəqliyyatı hesab edilir.
Avtomobil nəqliyyatı bir sıra xüsusiyyətlərə malikdir. Bu nəqliyyat növü,
hər şeydən əvvəl, yükün «qapıdan qapıya» prinsipi əsasında daşınmasını, yəni
bilavasitə yükgöndərənin anbarından yükalanın anbarına çatdırılmasını təmin
edir. Avtomobil nəqliyyatının yüksək sürətlə hərəkət etmək qabiliyyətinə malik
olması yükün təyinat yerinə nisbətən tez çatdırılmasını təmin edir. Digər
tərəfdən, avtomobillər müxtəlif yollarla hərəkət etmək imkanına malik olan
nəqliyyat vasitəsidir.
Ölkədə daşınan yüklərin xeyli hissəsi avtomobil nəqliyyatının payına
düşür. Sərnişinlərin daşınmasında da avtonəqliyyat aparıcı yer tutur.
Beləliklə, avtomobil nəqliyyatı xalq təsərrüfatının ən mühüm sahələrindən
biridir. Praktikada elə bir sənaye, tikinti, kənd təsərrüfatı və digər müəssisələr
tapmaq olmaz ki, həmin müəssisələr avtonəqliyyatın xidmətindən istifadə
etməsinlər. Avtomobil nəqliyyatı əhalinin daşımalara olan ehtiyacının
ödənilməsində də mühüm rol oynayır. O, ən mobil nəqliyyat vasitəsi olaraq
magistral (əsas, ümumi istifadədə olan) yolların mövcudluğundan asılı deyildir.
Avtomobil nəqliyyatı vasitəsi ilə təsərrüfat subyektləri arasında gündəlik
nəqliyyat əlaqəsi təmin edilir.
Avtomobil nəqliyyatı beynəlxalq ticarət yüklərinin daşınmasında da
böyük əhəmiyyətə malikdir. Son zamanlar Azərbaycan Respublikası ilə MDB
ölkələri arasında, habelə İran İslam Respublikası və Türkiyə Respublikası ilə
beynəlxalq avtomobil daşımaları xeyli inkişaf etmişdir.
Avtomobil nəqliyyatı beynəlxalq sərnişin daşımalarında da mühüm rol
oynayır. Avropa ölkələrində müntəzəm beynəlxalq avtomobil xətləri təşkil
edilir. Müntəzəm sərnişin xətləri, hər şeydən əvvəl, mövsümdən-mövsümə açılır
və turistlərin daşınmasında böyük əhəmiyyət kəsb edir.
Hal-hazırda Böyük «İpək Yolu»nun (TRASEKA) bərpası layihəsi
(proqramı) çərçivəsində Asiyanı Qafqaz vasitəsilə Avropaya birləşdirən
avtomobil yolları (marşrutları) salınır. Bu yolların kontinentlərarası strateji
əhəmiyyəti vardır. Belə şəraitdə şübhəsiz ki, avtomobil nəqliyyatı ilə xarici
ticarət yüklərinin daşınması daha dinamik surətdə inkişaf edəcəkdir.
Nəqliyyatın digər növləri kimi avtomobil nəqliyyatı da müəyyən
funksiyalar yerinə yetirir. Həmin funksiyalara aşağıdakılar aiddir:4
-sənaye və kənd təsərrüfatı məhsullarının normal istehsalının və mübadilə-
sinin təmin edilməsi (avtomobil nəqliyyatı hazır məhsulların,
yarımfabrikatların, xammal və materialların istehlakçılara çatdırılmasında ən
mühüm vasitədir);
-tikintilərin ehtiyac və tələbatının təmin edilməsi (avtomobil nəqliyyatının
köməyi olmadan hər hansı bir tikinti layihəsinin həyata keçirilməsi mümkün
deyil. Tikinti yüklərinin, materiallarının, konstruksiya və detallarının
daşınması üçün avtomobil nəqliyyatından geniş surətdə istifadə edilir);
-əhalinin avtomobil daşımalarına olan tələbatının ödənilməsi (avtomobil
nəqliyyatı vasitələri, yəni avtobuslar, marşrut taksiləri olmadan şəhər və
şəhərlərarası sərnişin daşımalarının həyata keçirilməsini təsəvvürə gətirmək
mümkün deyil);
-ölkənin müdafiə gücünün möhkəmləndirilməsinə kömək edilməsi (hərbi
texnikanın, hərbi hissə və birləşmələrin əmlakının, ərzaq məhsullarının,
avadanlıq və qurğuların, hərbi geyim ləvazimatlarının və s. daşınmasında
avtomobil nəqliyyatı mühüm rol oynayır).

böyük əhəmiyyətə malikdir.2 Son zamanlar Azərbaycan Respublikası ilə MDB

Dostları ilə paylaş: |