11. Dəmir yol nəqliyyat daşımaları hüququ anlayışı, onun əsas
xüsusiyyətləri və əhəmiyyəti
Ölkənin nəqliyyat sisteminin tərkib hissəsinə daxil olan nəqliyyat növlərin-
dən biri də dəmir yolu nəqliyyatıdır. O, nəqliyyat sistemində xüsusi – aparıcı
yer tutur. Bu onunla izah edilir ki, dəmir yolu nəqliyyatı iqtisadi-texniki
üstünlüyə malikdir. Bu nəqliyyat növünün əsas cəhətlərini yüksək daşıma
qabiliyyəti, univer-sallıq, manevr etmək imkanı, coğrafi-iqlim şəraitindən
nisbətən asılı olmaması kimi amillər təşkil edir. Buna görə də həm daxili, həm də
beynəlxalq nəqliyyat bazarında dəmir yolu nəqliyyatına olan tələbat hər
zaman yüksəkdir. Dəmir yolu nəqliyyatı, demək olar ki, istənilən ölkənin yük
dövriyyəsinin xeyli hissəsini təmin edir. Sərnişin daşımalarının həyata
keçirilməsində də onun rolu böyükdür.
Keçmiş yüzilliyin sonlarından başlayaraq ölkədə həyata keçirilən özəl-
ləşdirmə prosesi nəqliyyatın bütün növlərini əhatə etsə də, dəmir yolu
nəqliyyatına toxunmur. Qanun dəmir yollarını, habelə ona xidmət edən dəmir
yolu nəqliyyatının idarə və təşkilatlarını özəlləşdirilməsi qadağan olunan
müəssisə və obyektlərə aid edir.1 Dəmir yolları dövlət mülkiyyəti hesab edilir. Bu
nəqliyyat növü dövlət inhisarı sistemi kateqoriyasına aiddir. Müasir dövrdə
dəmir yolu nəqliyyatının işinə dövlət müdaxiləsi və təsiri tamamilə saxlanılır.
Tarixi «İpək yolu»nun bərpasında və inkişafında dəmir yolu nəqliyyatı
mühüm rol oynayır. Daşımalara artan tələbatın xeyli hissəsi məhz onun
vasitəsilə təmin edilir.
Azərbaycan Respublikasının iqtisadiyyatında dəmir yolunun böyük
əhəmiyyəti vardır. O, beynəlxalq daşımaların həyata keçirilməsində də vacib rol
oynayır.
Dəmir yolu nəqliyyatının əsas fəaliyyəti və işi yüklərin, sərnişinlərin və
baqajın daşınmasından, yəni onların təyinat yerinə çatdırılmasından ibarətdir.
Bununla daşıma prosesi həyata keçirilir və yük sahiblərinə, sərnişinlərə nəqliyyat
xidməti göstərilir. Nəqliyyat xidməti isə daşıma prosesini həyata keçirmək üçün
dəmir yolundan istifadə edilməsiylə bağlıdır. Bununla əlaqədar olaraq,
müəyyən növ ictimai münasibət əmələ gəlir ki, bu münasibətlər hüquq
normaları ilə tənzimlənir. Həmin normaların sistemi isə dəmir yol nəqliyyat
daşımaları hüququnu əmələ gətirir.
Dəmir yol nəqliyyat daşımaları hüququ dedikdə daşıma prosesini həyata
keçirmək məqsədilə, də-mir yolu nəqliyyatı vasitələrindən istifadə edilməsi üzrə
nəqliyyat xidməti göstəril-məsi ilə bağlı olaraq, dəmir yolu nəqliyyatı müəssisəsi
ilə müştərilər arasında yaranan ictimai münasibətləri tənzimləyən hüquq
normalarının sistemi başa düşülür.
Dəmir yolu nəqliyyatı daşıma prosesini həyata keçirərkən onunla
müştərilər arasında yaranan əlaqələr, əsasən, mülki xarakterə malikdir. Bu
əlaqələr mülki münasibətlər növünə aid edilir. Mülki münasibətlər isə mülki
hüquq normalarının nizamasalma predmetinə daxil olan münasibətlərdir. Buna
görə də həmin normaların sistemi və məcmusu olan dəmir yol nəqliyyat
daşımaları hüququ strukturca mülki hüququn tərkib hissəsi (elementi) sayılır.
Daha dəqiq söyləsək, o, mülki hüququn əsas institutlarından olan nəqliyyat
hüququnun subinstitutlarından biridir. Bu subinstitutun əsas vəzifəsi
(funksiyası) daşıma prosesində dəmir yol nəqliyyat daşımaları nəqliyyatı
müəssisəsi ilə müştərilər arasında daşıma xidmətindən istifadə zamanı yaranan
münasibətləri tənzimləməkdən ibarətdir. Həmin münasibətlər də dəmir yol
nəqliyyat daşımaları hüququnun predmetini təşkil edir.
Dəmir yol nəqliyyat daşımaları hüququ daşıyıcı rolunda çıxış edən dəmir
yolu nəqliyyatı müəssisəsinin və müştərilərin (yük sahiblərinin, sərnişinlərin)
hüquq və vəzifələrini, daşıyıcının üzərinə düşən məsuliyyəti, onlar arasındakı
münasibətləri rəsmiləşdirən müqavilələrin əsas elementlərini müəyyənləşdirir.
Daşıma prosesinin həyata keçirilmə qaydaları, daşınmanın şərtləri məhz
onunla təyin edilir.
Dostları ilə paylaş: |