Mühazirə Kursa giriş Quyuların geofiziki tədqiqatı



Yüklə 0,66 Mb.
səhifə5/6
tarix29.06.2018
ölçüsü0,66 Mb.
#55106
növüMühazirə
1   2   3   4   5   6

SÜRƏTƏ görə AK

Quyularda interval müddətinin ölçülməsi ilə süxurlarda elastiki dalğalarınyayılma sürətlərinin ölçülməsinə əsaslanır.Quyularda AK işləri zamanı əsasən 2;3;4 və daha çox elementli AK zondlarından istifadə olunur.

2 və 3 elementli AK zondlarına standart AK zondları deyilir. 2elementli AK zondu elastiki reqslər impulsu yaradan şüalandırıcıdan və rəqsləri qəbul edən qəbuledicilərdən ibarətdir. Quyularda ən çox tətbiq olunan 3 elementli AK zondudur. 3 elementli Akzondu ya 1 şüalandırıcıdan 2 qəbuledicidən yada 1 qəbuledici 2 şüalandıcıdan ibarətdir. Qarşılıqlıq prinsipinə əsasən aralarındakı məsafəni saxlamaqla elementlərin yerini dəyişdikdə nəticələr dəyişməz qalır. 3 elementli AK zondu ilə tədqiqat işi zamanı eyni anda əsasən 3 əyri qeyd edilir. Şüalandırıcıdan 1-ci 1əbulediciyə gələn elastiki dalğaların gəlmə vaxtını əks etdirən t1; şüalandırıcıdan 2-ci qəbulediciyə dalğanın gəlmə vaxtını əks etdirən t2 və iterval müddəti delta t əyriləri qeyd olunur.

f:\qgt2\surete ak.png

Şüalandırıcdan birinci qəbulediciyə qədər olan məsafəyə zond uzunluğu deyilir. 2 eyni təyinatlı element arasındakı məsafəyə zondun bazası deyilir S ilə işarə olunur. Şüalandırıcı ilə elastiki rəqslərin qrupu yaradarkən əmələ gələn uzununa dalğalar, qazıma məhlulunda yayılır və alınan məlumatlar qəbuledicidə qeyd olunur. Bu prosesi aşağıdakı kimi ifadə edə bilərik, şüalandırıcı—qazıma məhlulu—süxur—qazımaməhlulu—qəbuledici. AK işləri zamanı 4 cür dalğa yaranır.



  1. Cihazın gövdəsi

  2. Gil məhlulunda yayılan dalğa

  3. Quyu divarından əks olunan dalğa

  4. Süxurda yayılaraq qəbulediciyə qeyd olunan dalğa

Bunlardan 4-cü dalğa süxur haqqında məlumat daşıdığından faydalı dalğa hesab edilir. Digər 3 dalğa isə süxur haqqında heç bir məlumat daşımadığından faydasız dalğalrar hesab olunur və xüsusi yanaşmalarla kompensasiya edilir. 4-cü dalğanın qəbulediciyə gəlmə vaxtı delta t interval müddəti ilə ifadə olunur və aşağıdakı şəkildə yazılır.

AK mlumatlarından bir çox məsələlərin həllində istifadə olunur məsələn layların kollektorluğun təyinində o cümlədən məsaməlilik əmsalının təyinində interval müddətinə görə kollektorların məsaməlik əmsalı aşağıdakı kimi hesablanır.


Km məsaəlik əmsalı; delta t tədqiq edilən lay qarşısında interval müddətinin qiymətidir. Delta t(s) süxurun skelet hissəsində interval müddətidir. Delta t(m) süxurun məsamələrini dolduran mayedə interval müddətinin qiymətidir. Delta t(s) qiyməti süxurun növündən asılı olaraq dəyişir məsələn dolomit üçün 143-145.

Delta t(m) lay suyunun duzluluğundan asılı olaraq 550-680mksan/m intervalında dəyişir. Neft üçün 720 mksan/m olur. Əgər məsamələr qazla dolmuş olarsa delta t(m)=1300mksan/m qəbul olunur. Km yalnız 3000m dərinlik intervalına qədər xalis kolektor laylar üçün xarakterikdir. Xalis kollektor əgər kollektorlarda gillər mövcuddursa bu zaman məsaməlik əmsalı aşağıdakı düsturla hesablanır.


Cgil kollektor layların gillilik əmsalı olub QK və QP məlumatlarına əsasən təyin olunur. Delta t(gil) isə gilli laylarda interval müddətinin qiymətidr,onun qiyməti aşaöıdakı intervalda dəyişir 350-560 mksan/m. Hesabatlar zamanı delta t(gilin0 qiyməti kimi tədqiq olunan kollektor laya yaxın xalis gil layında interval müddətinin qiyməti götürülür.
SÖNMƏYƏ görə AK elastiki dalğaların sönmə xarakteristikalarının öyrnilməsinə əsaslanır. Ultaəsas tezlikli elastiki dalğalar süxurlardan keçdikdə zəifləyirlər yəni sönürlər.

Bildiyimiz kimi elastiki dalğalar amplituda ilə xarakterizə olunurlar. Dalğanın amplitudası yürüyüş məsafəsindən asılı olaraq eksponensial dəyişir yəni



Elastiki dalğaların udulma əmsalı dalğa enerjisinin sönmə intensivliyini səciyyələndirir və aşağıdakı düsturla səciyyələndirilir.

A1 A2 birbirindən S məsafəsində yerləşən uyğun qəbuledicilərə gələn elastiki dalğaların amplitudasın ifadə edir. Udulma əmsalına eyni zamna sönmə əmsalıda deyilir. Sönmə əmsalının vahidi kimi db/m vəya 1/m götürülür. Db/m 1/m kec üçün bu ifadədən istifadə edilir.


Qəbuledicidə qeyd olunan uzununa dalğaların amplitudu şərti vahid və yaxud mv-la ifadə edilir. Elastiki dalğaların mühitdə sönməsi əsasən 15-35 kHs tezlikli intervalda baş verir. Bu tezlik intervalında sönmə əmsalının qiyməti əksər süxurlar üçün bu hüdudda dəyişir. 0,05- 2,5 1/m

Elastiki rəqslərin enerjisinin ən çox şüalandırıcıdan kənarda baş verir. Şüalandırıcıdan uzqlaşdıqca daha kəskin müşahidə olunur. Elastiki dalğaların sönmə əmsalı dalğanın mühitdə yayılma sürəti ilə müqayisədə mühitin litologiyasından daha çox asılıdır.



AK ÜSULU İLƏ SEMENTLƏMƏ İŞLƏRİNƏ NƏZARƏT
Quyu layihə dərinliyinə qədər qazıldıqdan sonra istismara verilməzdən əvvəl quyunun dibinədək qoruyucu kəmər salınır və sementləmə işləri aparılır. Sement qoruyucu kəmər və quyu divarı arxasında olan fəzaya xüsusi nasoslarla vurulur. Vurulmuş sement bir neçə saat ərzində bərkiyir. Qoruyucu kəmərin salınması və sementləmə işlərinin aparılması bir neçə məqsədlə görülür:

1. quyunu müəyyən diametrlə təmin edilməsi;

2. layların izolyasiya olunması və lay mayesinin (qazın) bir laydan o biri laya axmasının qarşısının alınması;

3. quyu ağzında müxtəlif qurğuları quraşdırmaq üçün dayağın yaradılması;

4. lay təzyiqinin qoruyucu kəmərə təsirinin qarşısının alınması;

5. qoruyucu kəmərin korroziyasının qarşısının alınması (beləki, kəmər lay suları ilə təmasda olmur).

Sementləmə işlərinə nəzarət dedikdə aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:

1. sement həlqəsinin hündürlüyünün təyini (həqiqi hündürlük hesablanmışdan fərqlənə bilər, çünki sement kavernalara dola bilər);

2. quyunun en kəsiyi üzrə sement həlqəsinin qalınlığının təyini;

3. sement həlqəsinin qoruyucu kəmərə və süxurlara tutuşma dərəcəsi;

4. sement həlqəsinin keyfiyyətsiz olduğu intervalların təyini.

Yuxanda qeyd etdiyimiz məsələlərin həllində bir neçə QGT üsulu tətbiq olunur: termometriya (sementləmədən 5 - 6 saat sonra), izotoplar üsulu, qamma - qamma karotaj üsulu akustik karotaj sement ölçən.

Sementləmə işlərinə nəzarətdə akustik karotajın istifadə olunma prinsipini izah etmək üçün ən sadə hala baxaq: ikielementli AK zondu və sement kəmərlə və süxurla bərk birləşib (şək 15). « Şəkil 15 a - dan görünür ki, əgər kəmərlə və süxurla sement bərk birləşibsə, onda şüalandırıcıdan çıxan elastiki dalğalar (adətən tezliyi 2-30 khs) həm qoruyucu kəmərdə (1), həm sementdə (2), həm də süxurda (3) yayılır. Məhz buna görə qəbulediciyə gəlmiş dalğanın amplitudası çox kiçik olur (şək 15b). O zaman ki, sementləmə işləri keyfiyyətsiz aparılıb, onda elastiki dalğalar praktiki olaraq yalnız kəmərlə yayılır və nəticədə qəbulediciyə gələn dalğaların amplitudu böyük alınır (şək 15b).

Sementləmə işlərinin keyfiyyətinə nəzarət etmək üçün AKS tipli (AKS - 2, AKS - 4, AKS - 36) akustik karotajı cihazlarından istifadə edirlər. Bu cihazla quyuda üç parametr qeyd olunur .Ak – uzununa yayılan dalğanın amplitudası; Al – layda uzununa dalğanın



Şəkil 15 a) b)


amplitudu t1 – layda uzununa yayılan dalğanın yayılma müddətidir. Bu üç parametr karotaj diaqramı üzərində qeyd olunur (şək 16). Diaqramda kəmərdən keçən dalğanın vaxtı da (tk) göstərilmişdir (bu vaxt bütün kəsiliş üçün – kəmər boyu eynidir).

Qeyd olunan bu üç parametr əsasında sementləmə işlərinin keyfiyyətini qiymətləndirmək olar. Burada əsasən dörd variant mövcud ola bilər:

a) kəmərarxası fəzada sement var, o kəmər və süxurla yaxşı birləşib;

b) kəmərarxası fəza sementlə tam dolmayıb, sementin kəmər və süxurla pis birləşməsi müşahidə olunur;

v) kəmərarxası fəzada sement ancaq bəzi yerlərdə kəmər və süxurla birləşib;

q) kəmərarxası fəzada sement ya tamamilə yoxdur, ya da bəzi yerlərdə kəmərlə birləşib.



Şəkil 16 Şəkil 17

Yuxanda deyilənlər şəkil 18a -da aydın nümayiş etdirilibdir. Belə hallarda

interpretasiya aparmaq üçün cədvəl (24.2.1)- dən istifadə etmək olar.






Ak amplitudu

t1 qiyməti

İnterpretasiya nəticəsi

1

Maksimum

t1~tk

Sement yoxdur və ya kəmərlə birləşməyib

2

Maksimum 0,2 – 0,8 qiymətinə bərabər

t1~tk

Sementin kəmərlə pis və ya müəyyən hissələrdə birləşməsi

3

Minimum

( sıfır qiymət)



t1 > tk

Sement kəmərlə yaxşı birləşib

4

Orta qiymət

t1< tk

Sement kəmərlə yaxşı birləşib

Şəkil 18

Sementləmə işlərinin keyfiyyətini AK üsulu ilə təyin etmək üçün bir misal da gətirək (şək 17). Şəkildə solda dalğanın kəmərdə yayılmasının At. parametri, sağda isə kəmərdə yayılan dalğanm amplitudası (Ak) verilmişdir. Şəkildə sementlənmənin pis, yaxşı və orta olan intervallan göstərilmişdir.

Nəhayət, akustik karotajı vasitəsilə sementləmə işlərinin keyfiyyətinə nəzarəti əyani nümayiş edən «Dresser Arlas» firnasmin «CBL» prospektindən istifadə edilmiş şəkillər (19, 20, 21, 22) göstərilir.

Şəkil 19 -da kəmər arxasında sement yoxdur və elastiki dalğalar ancaq kəmərdə (bir hissəsi də quyudakı maye ilə) paylanır. Ona görə də kəmərdə yayılan dalğanın amplitudu böyük olur.



Şəkil 19


Şəkil 20-də sement kəmərlə birləşib süxurla isə birləşmədiyindən elastiki dalğalar həm quyuda (mayedə) həm kəmərdə, həm də sementdə yayılır. Nəticədə, qeyd olunan dalğalar gecikir və onların amplitudu kiçik olur.

Şəkil 20


Şəkil 21 –dən görünür ki, sement kəmərlə və süxura tam birləşməyib. Ona görə də qrafikdən göründüyü kimi qeyd olunan dalğaların bir hissəsi kəmərlə gələrək qeyd olunur, o biri hissəsi iso sementlə gəlirlər. Hər iki halda dalğaların amplitudası zəiflənmiş olur.

Şəkil 21
Şəkil 22 –də sememləmə işlərinin keyfiyyəti yüksəkdir. Dalğalar həm quyuda (mayedə), həm kəmərdə, həm sementdə və həm də süxurda yayılırlar. Sementləmə keyfiyyətli olduğuna görə qrafikdə dalğaların amplitudası nisbətən böyük alınır. Lakin, dalğalar sement və süxurda yayıldıqlarına görə qeydediciyə gec gəlib çatırlar.




Şəkil 22.
Mühazirə 10

Quyuların texniki vəziyyətinə nəzarət üsulları. Termometriya üsulu

Quyular müəyyən layihə dərinliyinə qədər qazıldıqdan sonra texniki vəziyyətə nəzarət məqsədilə quyularda karotaj işləri aparılır. Bu karotaj üsulları təyinata uyğun olaraq kəmərli və kəmərsiz quyularda aparılır. Kəmərsiz quyularda aparılan texniki vəziyyətə nəzarət üsulları aşağıdakılardır:



  1. Kavarnometriya üsulu

  2. Inklonometriya üsulu

  3. Termometriya üsulu

  4. Proflometriya üsulu

  5. Naklonometriya üsulu

Kəmər salınmış quyularda isə əsasən sementləməyə nəzarət üsulları tətbiq olunur. Bu üsullar aşağıdakılardır:

  1. Termometriya üsulu

  2. İzotoplar üsulu

  3. AKS üsulu

  4. Qamma-qamma sementölçən

Quyu müəyyən layihə dərinliyinə qədər qazıldıqdan sonra onun istismara yararlılığı müəyyən olunur. Əgər istismara yararlıdırsa, quyuya kəmər salınır ( quyuya salınan kəmərin diametri quyunun həqiqi diametrinin kəsiliş üzrə ən kiçik qiymətindən 5-6 mm kiçik götürülür) və kəmərarxası fəza sementlənir.

Kəmərarxası fəzada sementin qalxma səviyyəsini və keyfiyyətini müəyyənləşdirmək üçün keyfiyyətə nəzarət üsulları tətbiq olunur. Kəmərarxası fəzaya sementin vurulması aşağıdakı məsələlər üçün vacibdir:



  1. Quyu möhkəm olsun, yəni sement daşlarının süxur və kəmərlə kip əlaqəsi

  2. Sementin kəmərarxası fəzada bərabər paylanması

  3. Bir laydan digər laya flüid axınının qarşısının alınması

  4. Kəmərin eroziyadan təcrid edilməsi və onun uzunömürlüyünün təmin edilməsi.

Yuxarıda sadaladığımız sementləməyə nəzarət üsullarından təcrübədə ən çox AKS üsulu tətbiq olunur. Çünki bu üsul sementləmənin keyfiyyətinə nəzarət edir. Digər 3 üsul isə yalnız sementin qalxma hündürlüyünə nəzarət edir.

Termometriya üsulu

Quyuların texniki vəziyyətinə nəzarət üsullarından biri də termometriya üsuludur. Termometriya üsulu həm kəmərli həm də kəmərsiz quyularda tətbiq edilir. Termometriya üsulunun nəticələri bir sıra məsələlərin həllində əhəmiyyətli hesab edilir:



  1. Kəmərarxası fəzaya vurulan sementin qalxma hündürlüyünə nəzarət məqsədilə

  2. Kəmərarxası fəzada maye axınının istiqamətini müəyyənləşdirmək məqsədilə

  3. Geotermik pillə və geotermik qradiyentin ölçülməsi məqsədilə tətbiq edilir.Bir sıra karotaj məlumatlarının nəticələrinə düzəlişlərin verilməsi məqsədilə F.x.m temperatura görə düzəliş

  4. Qoruyucu kəmərin sınmış hissəsinin yerinin təyini məqsədilə

  5. Quyu kəsilişinin təxmini geoloji öyrənilməsi məqsədilə

Məlum olduğu kimi termometriya üsulu ilə quyularda temperaturun paylanması öyrənilir. Quyuların temperaturunun paylanması kəsilişi təşkil edən süxurların istilik xüsusiyyətlərindən asılıdır.Bu üsul vasitəsilə əsasən iki sahə öyrənilir.

  1. Təbii istilik sahəsi

  2. Süni istilik sahəsi

Təbii istilik sahəsi yerin dərin qatlarında baş verən fiziki kimyəvi proseslər nəticəsində istiliyin paylandığı sahə nəzərdə tutulur.

Süni istilik sahəsi dedikdə laylarla quyu arasında baş verən qeyri-stasionar istilik sahəsi nəzərdə tutulur. TİS stasionar istilik sahəsi kimi qəbul olunur.

SİS-nin xüsusiyyətləri quyu və süxurun istilikkeçirmə xüsusiyyətlərindən asılıdır. Mühitin termik xüsusiyyətləri onların istilikkeçirmə parametrindən, xüsusi istilik tutumundan və istilikkeçirmə əmsalından asılıdır.

İstilikkeçirmə parametri aşağıdakı düsturla ifadə olunur:



��

��=

Burada ��-xüsusi istilikkeçirmə parametri

dQ-verilən istilik miqdarı

dS və dl uyğun olaraq istilikkeçirən elementin en kəsiyinin sahəsi və uzunluğudur. Δt-temperatur düşgüsüdür. d-istilik müddəti.

Xüsusi istilikkeçirmə parametri mühitin molekullarının istilik ötürmə xüsusiyyətini xarakterizə edir. Mühitin xüsusi istilikkeçirmə parametri mühitin xüsusi istilik müqaviməti ilə tərs mütənasibdir. Mühitin xüsusi istilik keçiriciliyi mühitin sıxlığından, nəmliyindən asılıdır. Əgər məsamələr qazla və neftlə doymuş olarsa, onda xüsusi istilik müqavimətinin qiyməti artır. Xüsusi istilik müqavimətinin qiyməti mühitin nəmliyi və sıxlığı artdıqca azalır. Qeyd etdiyimiz kimi süni istilik sahəsi eyni zamanda mühitin xüsusi istilik tutumundan da asılıdır. Mühitin xüsusi istilik tutumu aşağıdakı düsturla ifadə olunur:








- xüsusi istilik tutumudur. məhlulun sıxlığıdır. dV-həcmidir.

Termometriya üsulu ilə eyni zamanda geotermik pillə və geotermik qradiyent də öyrənilir. Belə ki, yer kürəsinin istilik sahəsi dərinlikdən asılı olaraq süxurların temperaturunun artmasına səbəb olur. Bu proses isə iki parametrlə xarakterizə olunur. 1) geotermik pillə 2) geotermik qradiyent

Geotermik pillə dedikdə quyuda temperaturun 1 artması üçün şaquli xətt boyunca tələb olunan məsafə nəzərdə tutulur. Geotermik pillə aşağıdakı düsturla hesablanır:

Burada Z2,Z1 - tədqiq olunan dərinlik intervalını müəyyən edir.

T2, T1 – uyğun olaraq həmin dərinlikdə temperaturu müəyyən edir.

Geotermik qradiyent dedikdə isə quyuda hər 100 m-dən bir dərinliyə doğru temperaturun neçə dərəcə dəyişməsi nəzərdə tutulur və aşağıdakı düsturla hesablanır:



Orta hesabla geotermik pillə təxminən 1 Q33m/ 0,03 dəyişir.

Geotermik pillə və geotermik qradiyentin qiymətləri geoloji şəraitdən asılı olaraq ayrı-ayrı ərazilər üçün müxtəlif qiymətlərlə qiymətləndirilir. Məsələn: Abşeron yarımadası üçün Q=27,4m/,

Qərbi Qafqaz üçün Q=25,1 m/,

Şimali Qafqaz üçün Q=12 m/

Dağıstan ərazisində Q=21,4m/


Termometriya ölçü işlərinin bəzi xüsusiyyətləri

Termometrlərlə ölçü işləri zamanı ölçülər adətən quyu ağzından quyu dibi istiqamətində aparılır. Bu onunla izah edilir ki, quyuda termometriya işləri müəyyən zaman keçdikdən sonra quyu məhlulu ilə süxur arasında temperatur tarazlığı yarandıqdan sonra aparılır. Əgər biz quyu cihazını quyu dibinə endirərək quyu dibindən quyu ağzına istiqamətdə ölçü işləri aparsaq, həm zaman itirmiş oluruq, ən əsası da lay ilə məhlul arasında istilik tarazlığını pozmuş oluruq. Bu səbəbdən də quyularda termometriya işlərinin quyu ağzından quyu dibi istiqamətində aparılması şərtdir. Quyuda istifadə olunan termometrlər elektrik və elektron termometrlərdir. Bu termometrlərdə həssas qəbuledicilər quyu cihazının ağzında yerləşdirilir. Onun ölçüləri 0,1 mm diametrli mis naqildən ibarətdir.Bu mis naqil özü də 2-5mm diametrli mis-boru içərisində yerləşdirilir ki, bu da termometrin ətraf mühitin temperaturunu yaxşı qavramasıdır. Hər hansı mühitdə yerləşdirilmiş termometrin həmin mühitin temperaturunu qavraması üçün müəyyən müddət tələb olunur.Temperatur qavraması əvvəlcə intensiv sonra isə tədricən yavaş-yavaş baş verir. Bu prosesin fiziki əsasını aşağıdakı şəkildə ifadə etmək olar. Fərz edək ki, temperaturu T0 olan termometr temperaturu Tb olan mühitdə yerləşdirilir. Qəbul edək ki, mühitin istilikkeçirmə qabiliyyəti çox yüksəkdir. Müəyyən t zaman müddəti keçdikdən sonra termometrin temperaturu T-yə bərabərdir.

Müəyyən Δt müddətində həssas elementin qəbul etdiyi istilik miqdarı:

dQ=ΔTαSdt

Bərabərliyin hər iki tərəfini həssas elementin ümumi istilik tutumuna (F)-ə bölsək aşağıdakı ifadəni alarıq:

(2)

(3)

Nəzərə alsaq ki, - dir. (2) düsturunu yuxarıdakı şəkildə ifadə edərik. Əgər (3) düsturunu inteqrallasaq, (4)-ü alarıq:



Və yaxud (4)-ü (5) şəkildə ifadə edərik:



C1 və C2 inteqrallama sabitləridir. Əgər C2=T0 – Tb olarsa, bu zaman (5) düsturu belə olar:



Buradan T-ni tapsaq,



Burada T mühitin temperaturunun qavramasıdır. Burada �� – termometrlərin zaman sabitidir və adətən 0,5-3,5 san arasında dəyişir.

�� – nın qiymətinin artması tənin artmasına səbəb olur. Eyni zamanda temperatur zaman sabitinin temperaturunun artması termometrin endirilmə sürətinin azalmasına səbəb olur.
Termometrin endirilmə sürətinin təyini

Quyularda termometriya işləri zamanı yəni alınmış termoqram əyrisinin lazımi dəqiqliklə qeyd edilməsi üçün termometrin endirilmə sürətinin nəzarətdə saxlanılması vacib məsələdir. Belə ki, quyularda karotaj işlərinin qısa müddətdə aparılmasını nəzərə alsaq, termometrin ətraf mühitin temperaturunu həmin müddətdə hansı səviyyədə qəbul etməsi zəruri məsələlərdəndir.Bu səbəblərdən də quyuda termometriya işləri zamanı quyu cihazının optimal sürəti seçilir. Bu sürət elə olmalıdır ki, qısa müddət ərzində termometr quyudakı mayenin temperaturunun 63%-ni qavraya bilsin. Ölçü xətası isə nəzərdə tutulduğundan çox olmasın. Termometrin quyuda hərəkət sürəti v-ilə işarə olunur. Əgər quyudakı mayenin tempeeraturu ilə termometr arasındakı temperatur fərqini Δt kimi qəbul etsək, onda vahid zamanda termometrin həssas qəbuledicisinin qəbul etdiyi istilik miqdarı

dQ=ΔTαS (1)

Bərabərliyin hər iki tərəfini həssas elementin ümumi istilik tutumuna yəni F-ə bölsək,



Digər tərəfdən



qəbul edirik. Burada q – quyu daxilində temperatur balansı yarandığı andan quyu sütunu boyunca temperatur qradiyenti müəyyən edir. q=, V-cihazın endirilmə sürətidir m/saaat ilə ifadə olunur.

(2) və (3) düsturlarından



Bu ifadə termometrin endirilmə sürətini ifadə edir, vahidi m/saat – dır.



Termometrin həssas elementindən keçən cərəyanın yaratdığı xəta

Elektrik termometrlərindən istifadə zamanı mənbədən İ cərəyanı verildikdə müəyyən miqdarda istilik ayrılır. Bu onunla izah olunur ki, cərəyan verilən vaxt verici qızır və özündən müəyyən qədər istilik ayırır. Ətraf mühitin temperatur fərqindən asılı olaraq bu istilik mühitin istiliyinin də dəyişməsinə səbəb olur. Bu da öz növbəsində alınmış nəticələrin dəqiqliyini şübhə altında saxlayır. Bu səbəbdən də bu xətanın öyrənilməsi vacib sayılır.Vahid zamanda həssas elementdən cərəyan keçdikdə ayrılan enerjinin miqdarı aşağıdakı şəkildə ifadə olunur:



dQ=0,24İ2R (1)

Digər tərəfdən məlumdur ki, S en kəsiyinə malik elementdən vahid zamanda ayrılan istilik miqdarı aşağıdakı kimi olur:



dQ=ΔTαS (2)

  1. və (2) –nin bərabərliyindən

ΔTαS=0,24İ2R

Üç bərabərliyin hər iki tərəfini F-ə bölsək,





olduğunu qəbul etsək düstur aşağıdakı kimi olacaq

Buradan ΔT-ni tapsaq



Sonuncu ifadə temperatur xətasını ifadə edir. Düsturdan göründüyü kimi temperatur xətası cərəyan şiddəti müqavimətlə düz mütənasiblik təşkil edir. Yəni bu iki parametrin qiymətinin artması temperatur xətasının artmasına səbəb olur. Düsturdan göründüyü kimi temperatur xətasının artması termometrin zaman sabitindən də birbaşa asılıdır.Bu parametr həssas elementin ümumi istilik tutumu ilə tərs mütənasiblik təşkil edir.



Termoqram əyrisinin emal və interpretasiyası

Quyularda termometriya işləri zamanı əsasən 2 növ ölçü nəzərdə tutulur.



  1. Temperaturun dərinlikdən asılı olaraq dəyişməsi

  2. Temperaturun hər hansı dərinlik intervalında nisbi artması.

Bu səbəbdən də quyularda termometriya işləri zamanı əsasən aşağıdakı üsullardan istifadə olunur:

  1. Adi termometriya üsulu – temperaturun dərinlik üzrə dəyişməsini öyrənir, yəni istənilən dərinlik nöqtəsində temperaturu müəyyən etmək üçün tətbiq olunur.

  2. Qradiyent termometriya üsulu – bu üsulla müəyyən bir dərinlik intervalında temperatur dəyişməsi öyrənilir.Yəni geotermik qradiyent və geotermik pillə.

  3. Anomaliya üsulu – bu üsulla hər hansı bir nöqtədə temperaturun qiymətinin müəyyən bir nöqtədə temperaturun orta qiyməti ilə müqayisədə kəskin dəyişməsi öyrənilir.

  4. Məlum olduğu kimi termometriya işləri həm kəmərli, həm də kəmərsiz quyularda aparılır. Kəmərsiz quyularda əsasən təbii istilik sahələri öyrənilir.Quyu sütunu boyunca təbii istilik sahəsinin dərinlik üzrə dəyişməsini öyrənən əyriyə termoqram əyrisi deyilir. Şəkil.1-də termoqram əyrisindən nümunə verilmişdir.

Termoqram əyrisinin təhlili göstərir ki, dərinlik artdıqca temperatur daim artır və qiymətlər kağızın sağ tərəfindən sol tərəfə keçirilir. (qırıq-qırıq xətlərlə)Termoqram əyrisində üfüqi oxda temperaturun lərlə qiyməti, şaquli oxda isə H-ın dəyişməsi göstərilir. Məsələn: əyridən də göründüyü kimi 500 m dərinlik intervalında temperaturun qiyməti 13 kimi qiymətləndirilir.

Termoqram əyrisinin interpretasiyasında eyni zamanda geotermik qradiyent və geotermik pilləni də hesablamaq olar. Belə ki, müəyyən edilmiş intervallarda dərinliyə uyğun temperaturun qiyməti termoqramdan təyin edilir və məlum düsturlar əsasında geotermik pillə və geotermik qradiyent hesablanır. c:\users\bb\desktop\qwe.png





Şəkil 2.

Şəkil 1.

Mühazirə 11
Kavernometriya və profilometriya üsulları

Kavernomer. Quyu diametrinin quyu oxu boyu öyrənilməsi
Kavernometriya üsulu kəsiliş üzrə quyunun həqiqi diametrinin dəyişməsini öurənmək üçün tətbiq olunur. Bu üsul ilk dəfə olaraq 1935-ci ildə Bakıda Geofiziki Kəşfiyyat üsulları kafedrasında professor Sergey Yakovis Litvanov tərəfindən təklif edilmişdir. O dövrdə bu üsul kvadratlar üsulu kimi təklif olunmuşdurş . Sonralar bu üsul Kavernometriya üsulu kimi adlandırılmışdır.

Qazma zamanı suxurların xüsusiyyətlərindən asılı olaraq quyu diametri dəyişilir. Yəni, quyu diametri baltanın diametrinə bərabər, kiçik və ya böyük olur. Diametrin dəyişməməsi möhkəm suxurlara, kiçilmə yaxşı kollektorlara, böyümə isə skleti davamlı olmayan suxurlara və gillərə aiddir.

Quyu diametrinin öyrənilməsi quyuda böyük sayda məsələlərin həllində lazım gəlir. Belə ki, quyu diametri karotaj məlumatlarının interpritasiyasında nəzərə alınır və nəticədə quyu diametrinə görə düzəlişlər verilir. İstismar kəməri, buraxıldıqdan sonra kəmərarxası boş sahənin sementlənməsində lazım olacaq sement məhlulunun həcminin hesablanmasında, sınaq zamanı sahənin seçilməsində, qazma borularının endirilib-qaldırılma prossesində nəzərə alınır.

Quyu diametrinin öyrənilməsində kavernomerlərdən istifadə edilir. Ölçü zamanı kavernoqram və profilomer əyriləri qeyd edilir. Əyridə dərinlikdən asılı olaraq diametr mm-lə qeyd edilir.

Alınmış əyrilərin interpretasiyası zamanı nominal diametr (baltanın diametrinə bərabər) xətti keçirilir. Quyu diametrinin slindirik həcmi aşağıdakı düsturla hesablanır:

(2.2)
burada, R-radiusdur dioqram üzərindən götürülmüş qiymətdir (R=D/2-D quyu diametridir)- m-lə; H-quyuda seçilmiş intervaldır, m-lə.

Slindir formalı quyu diametrinin həcminin öyrənilməsi aşağıdakı ardıcılıqla aparılır: diaqram üzərində sahələr seçilir (təxminən eyni diametrə bərabər) və bu sahələrin daban və tavanının dərinliyi təyin edilir, dabanla tavanın dərinliklər fərqi hesablanır. Bundan sonra slindrin oturacağındakı diametr (radius) təyin edilir və yuxarıda qeyd edilmiş düsturdan istifadə edilərək seçilmiş sahənin həcmi hesablanır. Alınmış nəticələr toplanılaraq quyu oxunun ümumi həcmi hesablanır. Nəhayət, buraxılacaq istismar kəmərinin daxili diametri və dərinliyi nəzərə alınaraq istismar kəmərinin slindrik həcmi hesablanır. Quyu üçün hesablanmış ümumi həcmidən istismar kəməri üçün hesablanmış həcmin fərqi, kəmər arxası boşluqların ümumi həcmini verir. Bu məlumatdan istifadə edilərək, kəmər arxasına vurulacaq sementin həcmi hesablanır (şəkil 2.2).



рисунок11121
Şəkil 2.2. Quyuda kəmər və sementin vəziyyəti. 1-kəmər; 2-sement; 3-quyu divarı
Məlum olduğu kimi quyular qazılarkən müəyyən millimetr diametrə malik (215-315 mm) baltalar vasitəsilə qazılır. Baltanın diametri müvafiq quyu diametri nominal diametr adlanır. Quyu kəsilişi üzrə quyunun nominal diametri , həqiqi diametrdən kəskin fərqlənir. Bu kəsilişin litoloji təsviri əlaqədardır. Şirin su əsaslı gil məhlulu ilə quyular qazılarkən litoloji tərkibdən asılı olaraq 3 hal baş verir.

  1. Quyunun həqiqi diametri nominal diametrdən böyük olur dndq Bu onunla izah olunur ki, şirin su əsaslı gil məhlulla gil layı qarşısında keçərkən gil məhlulunun tərkibindəki şirin gil layına hopar , və gili şişirdərək dağılmasına səbəb olur. Bu isə həmin lay qarşısnda müəyyən millimetr ölçülü kavernaların(uçqunların) yaranmasına səbəb olur. Məhz bu səbəbdən də kavernoqram əyrisini interpretasiya edərkən qeyri kollektor qarşısında bu şərt nəzərə alınır. q. koll. dndq

  2. Şirin su əsaslı gil məhlulu kollektor layı qarşısında kəçərkən gil məhlulunun tərkibindəki maye laya daxil olar və həmin lay qarşısında 3-4mm ölçülü gil qazmağı yaranır. Nəzərə alaq ki, gil məhlulunun laya hopması nəticəsində həmin lay qarşısnda yaranan gil qazmağı quyunun həqiqi diametrinin kiçilməsinə səbəb olur. Məhz bu səbəbdən də kavernoqram əyrisinin interpretasiyası zamanı kollektor layları qarçısında bu şərt ödənilir. k . lay dndq

  3. Gil məhlulla bərk süxurlar qarşısından keçdikdə heç bir yuyulma və süzulmə prosesi baş vermədiyindən bu lay qarşısında quyunun həqiqi diametrində heç bir dəyişiklik baş vermir . Bu səbəbdən də bərk süxurlar qarşisinda quyunun həqiqi diametri nominal diametrə bərabər olacaq

Bərk. süx. dn=dq

Sadaladığımız hər üç hal karotaj əyrilərinin nəticələrinə xəta gətirir Məhz bu səbəbdən də, qazılan quyularda kavernometriya işləri aparılır ki, kavernaların ölçü nəticələrinə görə düzəlişlər verilsin

Kavenometriya işlərinin nəticələri aşağıdakı məsələlərin həllində istifadə edilir.


  1. Yan karotajı zonlama nəticələrinin interpretasiyasında

  2. Quyularda sementləmə işləri aparıldıqda kəmər arxası fəzaya vurulan sementin həcminin hesablanması

  3. Bütün növ karotaj nəticələrinin interpretasiyasında

  4. Ölçü məqsədilə quyuda istifadə edilən ölçü cihazlarının diametrinin seçilməsində

Kəsilişlərin litologiyaya ayrılmasında Quyu diametri quyunun geoloji kəsilişi ilə sıx əlaqədardır. Quyunun həqiqi diametri onu qazıyan baltanın diametrindən fərqlənir.

Quyu diametrinin artması, ümumiyyətlə, tərkibində gil, mergel, gilli qum, dolomit və daş duz olan süxurlarda müşahidə olunur.

Qumdaşı, karbonat və başqa süxurlarda quyu diametri balta diametrindən az fərglənir. Bəzi hallarda, xüsusən qazılma müddətində keçirici süxurların qarşısında gil qabığının əmələ gəlməsi nəticəsində quyu diametri kiçilə bilər.

Kavernometriya quruluşu və iş prinsipi

Müxtəlif növ kavernometrlər əsasında aşağıdakı hissələrdən ibarətdir.


  1. Verici

  2. Elektrik sxem

  3. Qolların açılma bloku

  4. Cihazın ətraf təzyiqdən qorunması üçün qoruyucu gövdə

vaq

Şəkil 3.3. Kavernomerin quruluşu. 1-qollar; 2-yumuruq şəkilli qollar; 3-yay; 4-reaxord; 5-sürüşən kontakt; 6-ştok; 7-quyu divarı.


Quyu diametrinin ölçülməsində kavernomer adlanan quyu cihazından istifadə edilir. Kavernomerin quruluşu aşağıdakı kimidir: quyu diametrini təyini üçün bir neçə qollardan (4, 6, 8 ədəd) istifadə edilir ki, bu qollar yaylar vasitəsilə quyu divarına sıxılır və diametrdən asılı olaraq dəyişilir. Qollara ştoklar birləşdirilmişdir ki, bu ştok üzərində çıxıntılar var. Çıxıntı reoxord üzərində diametrdən asılı olaraq hərəkət edir. Nəticədə, müqavimət dəyişilir ki, bu dəyişilmə kavernomerin bağlı hallındakı nöqtə ilə diametrin dəyişilməsində çıxıntının reoxord üzərində yerləşdiyi nöqtə arasındakı potensiala bərabər olur və bu potensial quyu diametrinə uyğun gəlir (şəkil 3.3).

Tədqiqat zamanı diametrin ölçülmüş qiymətinin dəqiqliyini artırmaq üçün cihaz daimi olaraq etalinirovka (dərəcələnmədən) keçməlidir. Belə ki, quyu diametri (d), potensiallar fərqi (u) və cərəyan müddəti (İ) bir-biri ilə aşağıdakı kimi əlaqədardır.



(3.1)

Burada d0 – kavernomer bağlı haldakı diametr, c – isə kavernomer sabitdir və


(3.2)

düstürü ilə təyin edilir. Burada – müxtəlif halqaların diametri; - bu diametrlərə uyğun potensiallar fərqi (şəkil 3.4).



рисунок11120
Şəkil 3.4. Kavernomerin dərəcələnmə qrafiki.
Xüsusi qurğu ilə kavarnomerin qolları müxtəlif diametr qiymətinə uyğun (yəni d1,d2) açılır.
Diametrin həmin qiymətlərinə uyğun potensiallar fərqi qeyd edilir.Bu ölçülər cərəyanın məlum İ qiymətində aparılır.Alınan nəticələr qrafiki olaraq aşağıdakı şəkildə ifadə olunur:

Müasir dövrdə istifadə olunan kavarnomerlər 4 qoldan ibarət olur.Kavarnomerlər quyu dibində hərəkət etdirilərək quyunun diametrinin dəyişməsini öyrənməyə imkan verir.Bu məqsədlə kavarnomerin

Qollarının yerdəyişməsini aşağıdakı şəkildə ifadə edə bilərik:

Δl=Δl1+Δl2+Δl3+Δl4 (3)

Burada Δl-lər uyğun olaraq kavarnomerin qollarının yerdəyişməsini ifadə edir.Kavarnomerin oxundan qolların ucuna qədər olan məsafəyə bərabərdir.Uyğun olaraq quyu diametrinin yerdəyişməsini bu şəkildə ifadə etmık olar:

Δd=αΔl (4)

α-mütənasiblik əmsalı.

Profilometriya üsulu

Quyu qazılarkən onun diametri ilə yanaşı, eyni zamanda en kəsiyinin formasi da dəyişir.

Quyunun en kəsiyinin formasının və ölçülərinin dəyişilməsinə və hər iki parametrin quyu kəsilişi boyu təyin edilməsinə profilometriya deyilir.

Profilometriya iki cür olur: şaquli və horizontal.

Şaquli profilometriya zamanı quyu oxu boyu quyunun en kəsiyinin forması və ölçüləri qeyd olunur.

Horizontal profilometriya (profiloqrafiya) zamanı quyunun en kəsiyinin forması və ölçüləri yalnız hər hansı bir dərinlik üçün qeyd olunur.

Demək olar ki, kavernometriya şaquli profilometriyanın xüsusi bir halıdır ki; burada quyu oxu boyu quyunun orta faktiki diametrinin dəyişməsi qeyd edilir ( faktiki orta diametr dedikdə elə bir dairənin diametri nəzərdə tutulur ki, onun sahəsi quyunun en kəsiyinin sahəsinə ekvivalent olsun). Ona görə də hal-hazırda mövcud olan cihazların bəziləri eyni zamanda həm kavernoqramma, həm də profiloqramma əyrilərini qeyd edirlər.

Quyunun faktiki profili haqqında məlumat çox vacibdir. Quyunun şaquli və horizontal profili barədə ilk növbədə quyuda qazma zamanı baş verəcək qəzanın qarşısını alınması üçün lazımdır. Bundan başqa, həmin məlumatlardan qoruyucu kəmərin salınmasına nəzarət üçün və sementləmə işləri üçün faktiki lazım olan sementin həcminin hesablanmasında istifadə olunur.

Profilemer vasitəsilə quyu kəsilişində əmələ gələn novçaları təyin etmək olar. Bu məsələnin vacibliyi ondan irəli gəlir ki, novalça olan yerdə qazma borularının ilişməsi daha tez baş verir.

Quyunun en kəsiyi dairə formasından fərqləndiyi halda novalça əmələ gəlir. Novalça onunla xarakterizə olunur ki, iki bir-birinə perpendikulyar istiqamətdə quyu diametrinin ( qiymətləri xeyli fərqlənir. quyunun nominal diametri; qazma borularının bir-birinə birləşmə yerinin diametri (“zamokun” diametri); quyunun iki istiqmətdə böyük və kiçik diametridir.

Şaquli profilometriya - əsasən quyu kəsilişində əmələ gəlmiş novalçaların yerinin təyini və quyuda sementləmə işləri aparmaq üçün sement həcminin hesablanmasında lazımdır. Şaquli profilometriya zamanı iki bir-birinə perpendikulyar istiqamətdə quyu diametrləri – ölçülür. Novalça olduğu hallarda quyunun en kəsiyini ellips şəklində təsvir etmək olar. Belə bir şərt qəbul olunursa, onda profilemerlə quyunun en kəsiyinin iki oxu ölçülür. Onlardan biri quyunun böyük diametri , o biri isə - quyunun kiçik diametridir . Əgər, olarsa , onda quyunun en kəsiyi dairəyə çevrilir və onun diametri olur. Əgər, olarsa onda quyunun en kəsiyi ellipsə çevrilir.

Şəkil 11-də şaquli profiometriya nəticəsində alınmış profileqram göstərilmişdir. Şəkildən aydın görünür ki, şaquli profileqrammaya əsasən quyu sütununun formasını və ölçülərini təyin etmək olar. Məsələn , 1577-1559 m dərinlik intervalında

olduğuna görə burada dairəvi kəsikli kavernanın olduğunu qeyd etmək olar. Və yaxud, 1560-1568 m intervalında olduğuna görə demək olar ki, burada ellipsodial kəsikli kaverna var.

Şaquli profileqrammadan istifadə edərək quyunun faktiki həcmi aşağıdakı düsturla hesablanır;

Horizontal profilemetriya – şaquli profilemetr vasitəsilə alınmış diaqramlar quyunun en kəsiyinin forması barədə təxmini təsürat yaratmağa imkan verir . Quyunun en kəsiyini daha dəqiq öyrənmək üçün horizontal profilemetrlə ölçü aparılır.

N sərbəst ölçü qollardan ibarət profilemerə horizontal profilemer deyilir. Bu profilemerin qolları cihaz quyunun hər hansı dərinliyində dayandırıldıqda sonra açılır. Qeydiyyat zamanı cihazın ölçü qollarının birinin maqnit şimala nisbətən oriyenteriyası qeyd olunur.

Şəkil 12-də horizontal profilemerin iş prinsipi izah edilir. Tədqiqatlar göstərir ki, horizontal profilemerin ölçü qollarının optimal sayı 8 olmalıdır. Belə hallarda qollar arası bucaq təşkil edir .



radiusların qiymətini ölçərək və 3 saylı qolun şimala istiqamətləndirildiyini nəzərə alaraq , quyunun en kəsiyini dəqiq qurmaq olar (şəkil 12).

Horizontal profilemerlə alınan nəticələrə əsasən quyunun həcmini hesablamaq olar. Qeyd edək ki, bu hesablama şaquli profilemer nəticələrinə əsasən hesablamaya nisbətən daha dəqiqdir.



burada:


- quyunun həcmi ,m3

- iki en kəsik arasındakı intervalın qalınlığı, m

- hər hansı intervalda quyunun en kəsik sahəsidir, sm2

burada:


- qolun açılma radiusu , sm
İnklinometriya üsulu

İnklinometr. Yatma bucağının və azimutun öyrənilməsi
Mə’lumdur ki, qazılma növünə görə (istiqamətə görə) quyular şaquli, əyilmiş və horizontal istiqamətli olurlar (.şəkil 1).

inklinometr 1

Şək.1. Quyuların relyefdən asılı olaraq müxtəlif istiqamətlərə qazılmasını əks etdirən sxemlər


Şaquli qazılan quyular adətən kəşfiyyat və axtarış quyularıdır. Bu zaman quyu yatma bucağı 40-dən artıq olmamalıdır. Qarşıya qoyulan məsələdən asılı olaraq istiqamətləndirilmiş (əyilmiş) və horizontal quyular qazılır. Belə quyularda quyu yatma bucağı 900-dək çata bilir. Yatma bucağını təyin etmək üçün inklinometrlərdən istifadə edilir.

Tədqiqat dövrü olaraq aparılır. Qarşıya qoyulmuş məsələdən asılı olaraq inklinomer ölçü işləri 5, 10, 25 və s. m addımlarla aparılır. Tədqiqat dövrü cədvəl tutulur, yatma bucağı və azimut qeyd edilir. Alınan məlumatlardan istifadə edilərək quyu oxunu səciyyələndirən əyri qurulur. Əyrinin qurulmasında aşağıdakı düsturdan istifadə edilir:



(2.1)
burada, -tədqiqatın aparılma addımıdır, -yatma bucağı, -quyu oxunun istiqamətini göstərən məsafədir.

Qrafikin qurulması aşağıdakı ardıcılıqla yerinə yetirilir: kağız üzərində cəhətləri əks etdirən istiqamətlər qeyd edilir. Cəhətləri əks etdirən xətlərin kəsişmə nöqtəsi başlanğıc nöqtə kimi götürülərək azimuta () görə xətt keçirilir. Addımdan () və əyilmə bucağından () istifadə edilərək hesablanır. Alınmış nəticə () qəbul edilmiş miqyasla azimuta görə keçirilmiş xətt üzərində qeyd edilir və sonrakı əyrini qurmaq üçün bu qeyd edilmiş parçanın son nöqtəsi başlanğıc nöqtə kimi qəbul edilərək, cəhətləri səciyyələndirən xəttlər keçirilir. Bu proses sonadək davam etdirilir və nəhayət, ilkin-başlanğıc nöqtə ilə son nöqtə birləşdirilərək quyu oxunun şaquldən kənarlaşması təyin edilir (şəkil 2.1)



рисунок112

Şəkil 2.1. Quyu ağzının kənarlaşmasının təyini sxemi


Quyu yatma bucağının və azimutun öyrənilməsində müxtəlif növ inklinometrlər (İŞ-2, İŞ-3, İŞ-4, İŞ-4T, KİT, UMİ və s.) istifadə edilir. Cihazların müxtəlifliyinə baxmayaraq əsas elementləri prinsipcə eynidir. Əsas elementləri dedikdə, quyu oxunun şaquldən aralanma bucağını qeyd edən datçik və quyunun oxunun şimal qütbunə görə yerləşmə istiqamətini qeyd edən datçik nəzərdə tutulur. Belə ki, şaquli oxla quyu oxu arasında yaranan bucaq quyu oxunun yatma bucağı () (şəkil 3.1,a), bussolun şimal qütübünü göstərən istiqamətilə quyu oxunun proyeksiyası arasında qalan bucaq quyu oxunun azimutu () (şəkil 3.1,b) adlanır.

Yatma bucağını qeyd edən datçikin quruluşu belədir: quyu cihazının şaquli oxuna oynaq bərkidilmiş sistemdən yük asılmışdır. Bu yük quyu cihazının yerləşdiyi vəziyyətdən asılı olmayaraq daima, şaqul üzrə yönəlmiş olur. Cihaz quyuda yerləşdikdə, cihazın gövdəsi quyu oxu üzərində olur, yük isə şaqul üzrə yönəlir və nəticədə bu iki oxlar arasında bucaq yaranır. Yükün özü isə reoxord üzərində sürüşür, yəni oxlar üst-üstə düşdükdə reoxordda yaranan potensiallar fərqi sıfra bərabər olur. Oxlar bir-birindən sürüşdükdə müqavimət dəyişilir və nəticədə iki nöqtə arasındakı potensial fərqi də dəyişilir ki, bu da yatma bucağına uyğun gəlir

(şəkil 3.2, a).

inklinometr3

Şəkil 3.1. Yatma bucağı və azimutun təyini


inklinometriya2

Şəkil.3.2. Bucaq ölçən. 1podşipnik; 2-kollektorun əlaqə çevricisi; 3-kollektor; 4-maqnit əqrəbi; 5-əqrəbin yay əlaqəsi; 6-azimut reaxordu; 7-əlaqə çevrəsi; 8-açar; 9-vussolun yukü; 10-duqaşəkilli qol; 11-şaqul; 12-bucaq datçikinin naqili; 13-şaqulin əqrəbi; 14-bucaq reoxordu; 15-yük, çərçivəni tənzimləyən; 16-çərçivənin kerni.ş


Azimutu qeyd edən datçik quruluşça belədir: dairəvi reoxord üzərində yerləşdirilmiş bussol quyu cihazının yerləşmə şəraitdən asılı olmayaraq, onun yerləşmə müstəvisi, quyu cihazı =00, =00 vəziyyətində yerləşmə vəziyyətinə uyğun olur.

Bussolun əqrəbinə daima şimal qütü istiqamətindən yönəlir. Bussolun =00 olan halınında bussolun ölçü zamanı reoxord üzərində sıxılmış nöqtəsində yaranan potensial fərqi sıfra bərabər olur, potensialın qiyməti dəyişdikdə bu dəyişmə quyu oxunun azimutuna uyğun gəlir (şəkil 3.2,b).



vaq1

Şəkil 3.2.b. Bussol.1-sarğı; 2-əqrəb.


Quyu cihazları yerüstü və yeraltı cihazlara bölünür ki, yerüstü cihaz idarəetmə bloku adlanır. Bu blokla quyu cihazını kommutasiya vasitəsilə lazımi iş vəziyyətinə gətirilir və ölçü qiymətləri qeyd edilərək, cədvəl şəkildən yazılır. Yerüstü və yeraltı cihazları arasında əlaqəni karotaj kabeli yaradır ki, bu da quyu cihazından asılı olaraq üç damarlı və ya birdamarlı ola bilər.

İnkilinometrlərdən alınan nəticələrdə dəqiqliyi təmin etmək üçün dövrü olaraq onlar dərəcələnmə (etalinirovka) əməliyyatından keçməlidirlər. Bu da xüsusi qurğu inklinometr stolu ilə həyata keçirilir.



Mühazirə 12

Sementləməyə nəzarət üsulları

Kəmər salınmış quyularda isə əsasən sementləməyə nəzarət üsulları tətbiq olunur. Bu üsullar aşağıdakılardır:



  1. Termometriya üsulu

  2. İzotoplar üsulu

  3. AKS üsulu

  4. Qamma-qamma sementölçən

Quyu müəyyən layihə dərinliyinə qədər qazıldıqdan sonra onun istismara yararlılığı müəyyən olunur. Əgər istismara yararlıdırsa, quyuya kəmər salınır ( quyuya salınan kəmərin diametri quyunun həqiqi diametrinin kəsiliş üzrə ən kiçik qiymətindən 5-6 mm kiçik götürülür) və kəmərarxası fəza sementlənir.

Kəmərarxası fəzada sementin qalxma səviyyəsini və keyfiyyətini müəyyənləşdirmək üçün keyfiyyətə nəzarət üsulları tətbiq olunur. Kəmərarxası fəzaya sementin vurulması aşağıdakı məsələlər üçün vacibdir:



  1. Quyu möhkəm olsun, yəni sement daşlarının süxur və kəmərlə kip əlaqəsi

  2. Sementin kəmərarxası fəzada bərabər paylanması

  3. Bir laydan digər laya flüid axınının qarşısının alınması

  4. Kəmərin eroziyadan təcrid edilməsi və onun uzunömürlüyünün təmin edilməsi.

Yuxarıda sadaladığımız sementləməyə nəzarət üsullarından təcrübədə ən çox AKS üsulu tətbiq olunur. Çünki bu üsul sementləmənin keyfiyyətinə nəzarət edir. Digər 3 üsul isə yalnız sementin qalxma hündürlüyünə nəzarət edir.

Termometriya üsulu.

Termometriya üsulu ilə sementləmə işlərinə nəzarət uzun müddət vahid bir üsul idi. Bu üsulun fiziki prinsipi ondan ibarətdir ki, sement bərkiyəndə istilik ayrılır. Bu ona görə baş verir ki, sementin bərkiməsi ekzotermik reaksiya prosesi ilə müşahidə olunur. Adətən, sement 8-16 saat orzinde berkiyib, maksimal istilik şüalandırır. Bərkimə vaxtına əsasən sementin tipindən aslıdır aslıdır.

Sement şüalandırdığı istilik quyuda olan istilik sahəsini dəyişir və nəticədə quyunun sement olduğu intervalında temperatur artır.

Əlverişli şəraitdə, sementləmədən 12-36 saat keçdikdən sonra qeyd olunmuş termoqramma üzərində həm kəmər arxasında

sementin mövcudluğu, həm də sement halqasının hündürlüyü qeyd

olunu (şəkil 1). Şəkildən göründüyü kimi sementin yuxarı səviyyəsi olan derinlikden ( 1060 m) başlayaraq temperatur əyrisi müsbət anomaliya ilə qeyd olunur. Şəkildə 1 – sementləmə işlərindən əvvəl aparılmış temperatur ölçüsü; 2 – sementləmə işlərindən 25 + 30 saat geçdikdən sonra aparılmış ölçü.

Qeyd etmək lazımdır ki, termometriya üsulu çox sadədir (həm prinsipinə, həm de texnologiyasina görə) və sement halqasının hündürlüyünün təyinində demək olar ki, səmərəlidir. Bu üsulun mənfi cehətləri aşağıdakılardır:

1. Alınan məlumata görə ancaq sement halqasının hündürlüyü təyin olunur;

2. Quyuda radial istiqamətdə temperatur qradiyenti kiçik olduğundan kəmər arxasinda sementin bərabər paylanması barədə fikir yaratmaq çətindir;

3. Quyuda aparılan tədqiqatın müddətinə sementin bərkimə vaxtı məhdudiyyət qoyur;

4. Quyunun dərinliyi artdıqca temperatur da artır və ona görə də sementin səviyyəsinin etibarlı təyini mürəkkəbləşir.

Bu üsulla kəmər arxası fəzaya vurulan sementin qalxma hündürlüyü müəyyən edilir. Bu məqsədlə sement vurulmamış quyuda termometriya işləri aparılır. Daha sonra kəmərarxası fəzaya sement vurulduqdan 6-12 saat sonra ikinci ölçü işləri aparılır. Birinci və ikinci əyrilər müqaisə edilərək sementin qalxma hündürlüyü müəyyən edilir.



c:\users\bb\desktop\безымянный.png

Termometriya üsulu ilə sementin qalxma hündürlüyünün öyrənilməsi ekzotermik effektə əsaslanır. Yəni kəmərarxası fəzaya vurulan sement bərkidikcə istilik ayrılır. Bu isə quyuda əlavə temperatur anomaliyası yaradır. Şəkildən də göründüyü kimi sementin kəmərarxası fəzada qalxması ikinci termoqram əyrisində kəskin anomaliya ilə qeyd olunur. Yəni birinci əyriyə nisbətən ikinci əyrinin hamarlılığı pozulur. Sementin qalxma hündürlüyü əyrinin intensivliyinin dəyişdiyi nöqtədən təxminən 5-6 metr aşağıda qetd olunur. Buna səbəb ekzotermik proses nəticəsində alınan istilik yuxarı istiqamətdə paylanmasıdır. Termometriya üsulunun bir sıra çatışmayan cəhətləri vardır ki, bunlar aşağıdakılardır.



  1. Bu üsulla sementin keyfiyyəti haqqında məlumat almaq olmur.

  2. Böyük dərinliyə getdikcə temperaturun artması səbəbindən sementin səviyyəsinin təyinində çətinlik yaranır. Ölçü nəticələrinin zamandan asılılığı yəni təxminən iki sütundan sonra ekzotermik proses dayanır.

İzotoplar üsulu

Bu üsulu kəmərarxası fəzaya vurulan sementin qalxma hündürlüyünün təyini məqsədilə tətbiq edirlər. Üsulun mahiyyəti belədir: ilk növbədə sement vurulmamış quyuda QK işləri aparılır və sement vurulan məhlula yarımparçalanma periodu çox az olan radioaktiv izotoplar qatılır. Sementləmə işlərindən sonra yenidən işləri aparılır və alınan əyrilər müqayisə edilərək Qk anomaliyasının yarandığı nöqtədən sementin qalxma səviyyəsi müəyyən edilir.



c:\users\bb\desktop\безымянный.png

Gil məhluluna qatılan izotoplar yarımparçalanma periodu 8, 45 və 65 gün olan izotoplar nəzərdə tutulur ki, bu izotoplar kimi aşağıdakıları göstərmək olar:

Fe, Rn, Zr vəs.

Belə izotoplar sement məhluluna qatıldıqdan sonra kəmərarxası fəzaya vurulan sementlə birlikdə təkrar ölçü işləri aparılır.Səmərəliliyin təmin edilməsi məqsədilə məhlula qatılmış radioaktiv izotopun intensivliyi 0,5-1 Mev Ra /m. Bu isə fonun təxminən 2-3 dəfə artması deməkdir. Sement vurulmazdan əvvəl kəsiliş üzrə ölçülən QK əyrisi fon əyrisi adlanır.

İzotoplar üsulunun çatışmayan cəhətləri ekoloji cəhətdən qəbuledilməz olmasıdır. Bu səbəbdən də bu üsulla böyük dərinliklərdə yalnız yeraltı təmir işlərində müəyyən intervallar qarşısında aparılır.

AK sementölçən

Kəmərarxası fəzaya vurulan sementin keyfiyyəti haqqında ətraflı məlumatı AKS üsulu verir. Bu üsul kəmərarxası fəzada sementin keyfiyyətini, yəni sementin varlığının yoxluğunu, qismən varlığını aşkar etməyə bizə imkan verir. Eyni zamanda kəmərarxası fəzaya vurulan sementdə çatların və kavarnaların mövcudluğu sementin kəmər və süxurla yapışma dərəcələrini də öyrənməyə imkan verir. Fiziki-kimyəvi baxımından quyu divarında və boruların xarici səthində gil qabığı yarandıqda eləcə də pas, yağ vəs. boruların səthini örtən halda süxur və kəmər arasında tam əlaqə yaranmır.

Təcrübədə süxurla yaxud kəmərlə sement daşları arasındakı əlaqəni aşağıdakı şəkildə əlaqələndirmək olar: yaxşı, qismən yaxşı, bilavasitə və əlaqə yoxdur.


  1. Yaxşı əlaqə - kəmər süxur və sement daşları arasında sementlənmiş interval üzrə boşluqlar müşahidə edilmir.

  2. Qismən əlaqədə kəmər yaxud süxur və sement daşları arasında sementlənmiş intervalda müəyyən boşluqlara rast gəlinir ki, bu da qismən əlaqəni təmin edir.

  3. Bilavasitə əlaqə sement daşları süxurla bilavasitə əlaqədə olur. Belə ki, kəmərin quyu divarına söykənməsi halında əlaqə bilavasitə əlaqə kimi qəbul edilir.

  4. Əlaqə yoxdur. Sementlənmiş intervallarda sement daşları ilə kəmər arasında böyük ölçülü boşluqlar yaranır ki, bu da əlaqənin olmaması ilə şərtlənir.

Kəmərarxası fəzaya vurulan sementin keyfiyyətinə nəzarət məqsədilə üç əyridən istifadə olunur:

  1. Süxurda yayılan elastiki dalğaların amplitudasını əks etdirən Asüx əyrisi

  2. Kəmərdə yayılan elastiki dalğaların amplitudasını əks etdirən əyri yəni Akəm

  3. İnterval müddətini əks etdirən Δt əyrisi

Bu əyrilərin müqayisəsindən əgər müəyyən intervalda Asüx və Akəm maksimum göstərici ilə Δt isə orta göstərici ilə səciyyələnərsə, bu nişanələr həmin intervalda sement yoxluğuna işarə verir. Müəyyən intervalda hər üç əyri orta göstərici ilə səciyyələnərsə, həmin intervalda qismən sementlənmənin mövcud olduğuna işarə verir.

Əgər müəyyən intervalda Asüx və Akəm minimum qiymətlə Δt isə maksimum qiymətlə səciyyələnərsə həmin intervalda yaxşı sementləməyə işarə verir.



QQ sementölçən

Bu üsul qamma kvantların müxtəlif sıxlıqlı mühitlərdən keçərək səpələnmiş qamma şüalanmanın qeydiyyatına əsaslanır. Bərkimiş sement və gil məhlulu bir-birindən sıxlıqlarına görə fərqləndiyindən eyni zamanda sıxlığın səpələnmiş qamma intensivliyinin qiyməti ilə tərs mütənasiblik təşkil edildiyindən sıxlığa görə QQ üsulu ilə sementləməyə nəzarətdə istifadə etmək olar. QQ sementölçənlə kəmərarxası fəzaya vurulan sementin qalxma səviyyəsini müəyyənləşdirmək olur. Belə ki, məlum olduğu kimi bərkimiş sement gil məhlulu kəmər və süxur özlərinə məxsus sıxlıqlarla fərqlənirlər. Məsələn qoruyucu kəmərin sıxlığı 5 q/sm gil məhlulunun sıxlığı 1,2q/sm, bərkimiş sementdaşının sıxlığı 2,5 q/sm, süxurun sıxlığı 2,3 q/sm olduğunu nəzərə alsaq QQ sementğlçən cihazla alınmış əyridə intensivliyin kəskin dəyişdiyi səviyyəni sementin qalxma səviyyəsi kimi qəbul etmək olar.

Sementləmə işlərinin keyfiyyətinə nəzarət məqsədilə CГDT-2 cihazından istifadə olunur. Bu cihaza eyni zamanda defekdomer qalınlıqölçən deyilir. Bu cihaz vasitəsilə defektlərin yerini təyin etmək mümkün olur. Bu cihazlarda radioaktiv izotop kimi Cs-dan istifadə edilir.

Mühazirə 13

Nüvə - maqnit və qaz karotajı
Nüvə - maqnit karotajı (NMK).
Bütün kimyəvi elementlərin nüvələri yükə və kütləyə malik olmaqla bərabər, maqnit momentinin qiymətinə və momentin hərəkət sayına (spin-s) malikdir.Adi halda elementlərin nüvəsi yüklü hissəcik olduğu üçün yerin maqnit qütbünə doğru yönəlir.Bu elementlərin dayanıqlı –adi halıdır.Əgər elementin nüvəsinə xarici maqnit sahəsi ilə təsir etsək, bu zaman nüvə yaratdığımız maqnit sahəsinə doğru yönəlir.Xarici maqnit sahəsini götürdükdən sonra nüvə əvvəlki vəziyyətinə qayıtmaq istəyir, yəni nüvənin maqnitlənmə xüsusiyyəti yox olmağa başlayır.Nəticəcə yaratdığımız maqnit sahəsinin vektoru əvvəlcə maqnit sahəsinin vektoru ətrafında fırlanır.Nüvə eninə təşkiledici vektorunun hərəkəti nəticəsində dəyişən elektromaqnit sahəsi (zaman müddəti ilə sönən), yaradır ki, bu sahə qəbuledici sarğıda cərəyan yaradır.Bunun nəticəsində sarğıda sinusoidal elektrik siqnalı (sərbəst siqnallar indeksi) yaranır.

11 003.jpg

Bu siqanal zaman müddətinə uyğun olaraq sönməyə başlayır ki, bunu səciyyələndirən 2 kəmiyyət mövcuddur: T1T2. T1 – uzununa relaksiya (siqnalın qalxıb sonra sönməsi), T2 – eninə relaksiya. Bu zaman yaranan siqnal aşağıdakı qanuna uyğun olaraq dəyişir:



Alınan siqnal aşağıdakı sxem üzrə göstərilə bilər. Alınan siqnal sabit cərəyana çevrilir və t1, t2, t3, t4, müddətləri ərzində U1, U2, U3, U4 gərginlikləri əyri şəklində qeyd edir.(bax şəkilə).



11 004.jpg11 0034.jpg

Bildiyimiz kimi kimyəvi elementlər içərisində ən böyük atom kütləsinə olan element hidrogen atomudur.Bu səbəbdən də yaradılan maqnit sahəsi ən çox hidrogen atomuna təsir edir. Hidrogen atomunun özü isə süxurların məsamələrini dolduran flüidlərdə iştirak edir, yəni hərəkətli flüidlərdə iştirak edir.(hidrogen atomu bitium tərkibli laylarda da olur ki, bu zaman o hərəkətli olmur). Deməli, biz hərəkətli flüidlərin sərbəst flüidlər indeksini təyin etsək, bu birbaşa süxurun məsaməsi ilə əlaqədar olur. NMK-ı vasitəsilə quyu kəsilişi boyu sərbəst siqnallar indeksindən istifadə edərək, layların (süxurların) effektiv məsaməliyini təyin edə bilərik. Effektiv məsaməlik aşağıdakı düsturla təyin edilir.



burada Km.ef -effektiv məsaməlik əmsalı, Kəl.su -əlaqəli suyun doyumluluq əmsalı, Vsusərbəst flüidlərin həcmi, Vməs boşluğun ümumi həcmidir. Alınan nəticələrə əsasən məsaməsi dolduran flüidlərin özlülüyü təsir edir.Bildiyimiz kimi, gil ən böyük məsaməyə malik süxurlardan birisidir, lakin onun qarşısında NHK-nın göstəricisi sıfıra yaxın olur.Səbəb ondan ibarətdir ki, gildəki flüidlər hərəkətsizdir.Hərəkətsizliyin səbəbi isə gil süxurunun böyük adsorbsiya xüsusiyyətinə malik olmasıdır.Adətən, bitium tərkibli kollektorlar qarşısında NHK-nın göstəricisi kiçik qiymətlərlə ifadə edilir.Kollektorların seçilməsinidə onun intervalının dəqiqləşdirilməsində, eləcə də kəsilişin korrelyasiyasında NHK-nın əvəz edilməsi rolu var.


Mühazirə 14

Quyularda partlayış işləri.

Partlayış nəzəriyyəsi

Partlayış - partladıcı maddənin çevrilməsindən yaranan enerjinin ani halda boşalmasına və sərf olunmasına, ətraf mühütə güclü fiziki-kimyəvi təsir (dağıtmaq, silkələmək, atmaq, yandırmaq, elektrik boşalması, şüalanmaq və s.) göstərməsi hadisəsinə deyilir. Güclü səs dalğası ilə müşayət olunur, havada zərbə dalğası, suda döyünəkli sahə yaradır, torpağı silkələyir, eləcə də çoxlu miqdarda istilik və qaz ayrılır.

Enerji ayrılması - elektrik, nüvə, kinetik, istilik, kimyəvi və digər proseslərlə müşayət olunur. Nümunə üçün elektrik partlayışı kimi atmosferdə ildırım çaxması nəticəsində, elektrik yükünün boşalmasını göstərmək olar. Miniatür elektrik partlayışını kondensatorların boşalmasında müşahidə etmək olar. Öz ölçülərinə görə bu partlayışlar böyük qüvvəyə malikdir. İldırım güclü işıq effekti yaradır, yerüstü qurğuları dağıdır və yandırır.

Çox güclü partlayışlar nüvə partlayışları zamanı müşahidə olunur. Bu zaman ayrılan yüksək sürətli partlayış dalğası, istilik, elektrik yükləri və radioaktivlik effekti böyük ərazidə öz təsirini göstərir.

Partlayış mənbələrinin biri də hərəkət edən cismin kinetik enerjisi nəticəsində yaranan partlayışdır. Misal olaraq meteoritlərin yer səthinə düşdüyü zaman kinetik enerji istilik, qaz kütləsi yaradır və sonda güclü partlayış effekti verir.

İstilik partlayışına misal olaraq, sıxılmış və maye qazlarin yüksək buxarlanma effektinə çatdıqda güclü istilik partlayışına keçməsini göstərmək olar. Vulkan püskürməsi də istilik partlayışıdır.

Partladıcı maddələr neftqazçıxarma sənayesi, seysimik kəşfiyyat, hərbi sənaye, yol çəkmə işləri (dağın, qayaların parçalanması), istifadəyə yararsız qurğuların, binaların sökülməsi, yanğınların söndürülməsi və s. sahələrdə istifadə olunur.

Sənayedə əsasən kimyəvi partlayış üsullarından istifadəyə üstünlük verilir. Bundan sonra izləyəcəyimiz partlayış işləri ancaq kimyəvi partlayış işlərinə aid olacaq.

Partlayış - kimyəvi maddənin və ya qarışığın kimyəvi çevirilməsi nəticəsində böyük miqdarda istilik ayrılması və yüksək təzyiq həddinə çatmış qazabənzər məhsulların çox böyük sürətlə yayılması hadisəsidir. Bu cür çevrilmə qabiliyyətinə malik olan kimyəvi maddə və ya qarışıqlar partlayıcı maddələr (PM) adlanır.

Partlayış çevrilməsindən alınan yüksək temperatura və təzyiqə malik qazabənzər məhsullar ətraf mühitə güclü zərbə dalğası ilə təsir edir. PM-nin çevrilməsi zamanı onun təsirinin gücü saniyədə bir neçə min metr sürətlə ətrafa yayılır. Çox kiçik zaman kəsiyində müəyyən həcm PM-nin qazabənzər məhsula çevrilməsi nəticəsində çox böyük təzyiq əmələ gəlir. Özlüyündə bu təzyiq möhkəm maneələri dağıtmaq gücünə malik olur. Məlumat üçün 1 kq partlayıcı maddənin (PM) gücü milyonlarla at qüvvəsinə (a.q.) ekvivalentdir.

Partlayış işlərinin tətbiqi partlayıcı maddələrin kimyəvi çevrilməsi zamanı alınan təzyiqin zərbə təsirinin istifadəsinə əsaslandığından, partlayış işləri nəzəri əsaslardan və partlayıcı maddələrin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsindən ibarətdir. Partlayıcı maddələrin kimyəvi çevrilməsi qaz şəkilli məhsulların və istilik enerjisinin ayrılması ilə müşahidə edilir. Partlayış çevrilməsinin 2 növü var:

1) yanma;

2) partlama.

Partlayış çevrilməsi olan yanma prossesi oksigen olmadan baş vermir. Mühitdə oksigen olduqda çevrilmənin sürəti saniyədə bir neçə m-ə yaxın olur, yəni yanmanın sürəti kiçik olduğuna görə yaranan qaz şəkilli məhsulların həcmi də sürətlə deyil, tədricən artır. Bu səbəbdən də yaranan təzyiq kiçik qiymətlərlə ölçülür və onun mühitə təsiri çox az olur, lakin buna baxmayaraq müəyyən qədər mühitə təsir edir ki, bu xüsusiyyət tullama (fuqas) təsiri adlanır. Yanmanı səciyyələndirən sxem aşağıdakı kimi verilə bilər (şəkil 1.1).


sek1
Şəkil.1.1. Yanma zamanı yaranan təzyiqin sxemi.

Absis oxunda çevrilmənin müddəti, ordinat oxunda isə alınan təzyiq qeyd edilərsə, qurduğumuz qrafikdə zaman müddətindən asılı olaraq təzyiqin yavaş-yavaş artması, mühitlə təsirdən sonra isə sürətin azalması baş verir. Qeyd edək ki, partlama zamanı da oksigen atomları tələb olunur və by saniyənin 1/1000 hissəsi ərzində baş verir. Orta hesabla 1l partlayıcı maddə çevrildikdə 1000 l-ə yaxın qaz şəkilli məhsul alınır. Çevrilmə zamanı əksər partlayıcı maddələr (Pm) temperatur yaradır (cədvəl 1.1).




Gülləli perforatorlar
Bu perforatorlar 1930-cu ildən başlayaraq istifadə edilir. Perforatorun iş prinsipi və quruluşu gülləni xatırladır. Güllənin hərəkət trayektoriyasının istiqaməti quyunun divarına nisbətən perpendikulyar olur. Gülləli perforatorun quruluşu aşağıdakı kimidir (şəkil 4.1).

Perforatorun quruluşundan görünür ki, kamorda ilkin qığılcım yaradılır. Bu qığılcım alışdırıcı maddə - barıta ötürülür, barıt alışır. Nəticədə çox böyük həcmdə qaz məhsulu alınır. Qaz məhsulu genişləndiyinə görə bütün məhsulun təsiri gülləyə verir. Güllə çox böyük sürətlə hərəkət edir. Hərəkət sürəti 600-900 m/san-yə yaxın olur. Güllə hərəkəti zamanı qarşısındakı kəməri, sement həlqəsını və süxuru dələrək özünə məxsus kanal yaradır. Açılmış kanalın dərinliyə görə mövcud olan üsullardan ən effektlisi hesab edilir.



парт11
Şəkil.4.1. Gülləli perforatorun quruluşu. 1-kamor; 2-alışan maddə (barıt); 3- güllə; 4- güllənin hərəkət edəcəyi kanal -lülə və tıxac; 5- kəmər; 6-sement həlqəsi; 7-suxur və süxurda açılmış kanal.
Gülləli perforatorun iki çatışmayan cəhəti var:

1) perforatordan çıxan güllə kanalın sonunda ilişib qalır;

2) kanalın bütün həcmi boyu süxurda şliftləmə baş verir. Bu səbəblər də maye axımın miqdarını azaldır.

Gülləli perforatorların bütün üstünlüklərinə baxmayaraq çox az istifadə edilməsinin səbəblərindən biri də quyu diametrinin kiçilməsi nəticəsində, lülənin kiçilməsinin vacibliyidir. Bu da güllənin qaçış məsafəsini azaldır. Nəticədə güllə nə kəməri deşə bilir, nə də süxura daxil ola bilir. Bunun qarşısını almaq üçün son dövrlər şaquli əyri lüləli perforatorlar hazırlanır. Bu perforatorların üstünlüyü ondan ibarətdir ki, lüləni istənilən qədər uzatmaq olar. Ən uzun lülə 200 mm götürülür. Şaquli əyri lüləli perforatorların quruluşu aşağıdakı kimidir (şəkil 4.2).



парт15
Şəkil 4.2. Şaquli əyri lüləli gülləli perforatorların quruluşu

1-naqil; 2-partlayıcı maddə; 3- güllə; 5-əyrilülə.


Bu cür perforatoralr 2 lüləli, 4 və 8 lüləli ola bilər. Bunların kanal açma keyfiyyəti ən yüksəkdir. Temperatura və təzyiqə çox davamlıdır. Kiçik diametrli perforatorlar hazırlanaraq istənilən dərinlikdə istifadə edilə bilər. Lakin, bir ən böyük çatışmayan cəhəti mövcuddur. bu ondan ibarətdir ki, kollektor layların qalınlıqları bir neçə sm-dən bir neçə 10 metrlərə qədər dəyişir. Çox böyük qalınlıqlı kollektor lay qarşısında süzgəc açmaq üçün belə perforatorlar bir neçə dəfə yığılaraq quyuya buraxılıb ki, bu da böyük maliyyə sərfi tələb edir.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin