Motivasiya. ”Movement” sözündən əmələ gələn “motivasiya” termininin mənası hərəkət deməkdir. Motivasiya prosessual nəzəriyyəsinə aid olan model Adams modeli adlanır. Motivasiya insanları fəaliyyətə təhrik edən daxili və xarici hərəkətverici qüvvələrin məcmusudur. Motivasiyanın idarə edilməsinin qeyri-maddi üsullarına aiddir: müəssisədə mikromühit, peşəkar inkişaf imkanları, karyera yüksəlişi imkanları, elastik iş qrafiki və s. Etibar, hörmət, nüfuz motivasiyanın mənəvi üsulu adlandırılır. İkiamilli motivasiya nəzəriyyəsinin müəllifi F.Hersberqdir. F.Teylor nəzəriyyəsinə görə motivasiya kvotanı (normanın) artıqlaması ilə yerinə yetirən işçiyə hər istehsal predmetinə görə daha çox ödənişi nəzərdə tutur: Motivasiyanın iqtisadi üsulu fiksə edilmiş (baza) stavkadan və müəssisənin gəlirindən asılı olaraq dəyişən hissədən ibarət əmək haqqının ödənilməsini nəzərdə tutur. Müəssisə heyətinin motivasiya sistemi əməyin stimullaşdırılmasının maddi və qeyri-maddi üsullarını özündə əks etdirir. İnsanların qazanc əldə etməsi, onların rifahının yüksəlməsi motivasiyanın iqtisadi üsuludur. İşçinin əməyindən razı qalma öz ifadəsini vəzifədə yüksəlmə, əmək haqqının artırılması, əlavə məzuniyyət verilməsində tapır. Müəssisə heyətinin motivasiya sistemi işçilərin əmək aktivliyinin yüksəldilməsinə istiqamətlənmiş kompleks tədbirləri nəzərdə tutur. Müəssisədə insanlara daha çox təsir göstərən amillər sırasına daxildir: müəssisənin ierarxik strukturu, müəssisə mədəniyyəti və intizam.
Müəssisə menecerlərin əksəriyyətindən işçilərin maaşlarına dair sual verəndə, adətən onlar deyirlər ki, onların şirkətlərinin verdiyi maaş digərlərindən az deyil, yaxud hətta onlardanda üksəkdir. Onlar dərk edirlər ki, şirkətin əldə etdiyi mənfəətlə işçilərə verilən maaş arasında ziddiyət var. Xüsusilə, bu problem azad bazar iqtisadiyyatına keçməyə cəhd göstərən keçid mərhələsində olan ölkələrə aiddir. Bu halda təsərrüfatın sahələrinin əksəriyyətində gəlirin səviyyəsi çox aşağıdır və insanların layiqli həyat yaşaması üçün kifayət qədər deyil.
İşçilərin mükafatlandırma forması müxtəlif ola bilər, məsələn, konkret bir nailiyyət əldə edilməsinə görə mükafat. Bu forma xüsusilə malların satışı üzrə işləyən heyyətə şamil edilə bilər.
Mükafatlandırılmanın digər formaları:
işçilər üçün müxtəlif imkanların yaradılması (məsələn, uşaqlar üçün çevik proqramlar və müavinətlər),
sağlamlıq sığortası,
müəyyən əşyaların alınmasına yönəldilən ssudalar,
şirkətin özünün istehsal etdiyi malların alınmasında güzəştlər,
bayram və digər xüsusi hadisələrlə bağlı olan mükafatlar.
Çox vacib odur ki, mükafatlandırma siyasətində menecer (sahibkar) ardıcıl olmalıdır. Bu prinsip həm mükafatlandırma, həm də cəzalandırmaya aiddir.
Əməyin ödənilməsi fəaliyyətin əmək sərfinə, əmək məhsuldarlığına müvafiq olaraq bölüşdürülə bilər. Hal-hazırda əmək haqqını əməyin ümumi həyatda zəruriliyi nəticəsinə müvafiq olaraq müəyyən etmək lazımdır.
Motivləşmə daha çox psixoloji termindir. Motivləşmə insanı məqsədyönlü formada hər hansı bir işi görməyə sövq edən, onu hərəkətə gətirən bir prosesdir.
Motivləşmə prosesinin baş verməsində motivasiyanın rolu olduqca böyükdür. Motivasiya motivlər toplusudur. Motivlər dedikdə, prosesin baş verməsi üçün lazım olan amillər, səbəblər, maraqlar, elementlər, xüsusiyyətlər başa düşülür. Motivlər insanı fəaliyyətə təhrik edir. Deməli, motivasiya insanı fəaliyyətə sövq etdirən və ya onu fəallaşdıran daxili və xarici hərəkətverici qüvvə və amillərin məcmusudur. Burada daxili və xarici hərəkətverici qüvvələr motivlərdir.
Motivləşmə prosesi isə insanda motivlərin köməyi ilə fəaliyyətin başlaması, davam etməsi və fəallığın artması prosesidir. Motivləşmənin əsasında insan tələbatları dayanır. Maddi və mənəvi ehtiyaclar insanın maddi və mənəvi tələbatlarını yaradır. İnsan öz tələbatını ödəmək üçün müxtəlif üsul və vasitələr axtarır. Tələbatlar insanı həyat və əmək fəaliyyətinə sövq edir. Buradan belə aydın olur ki, tələbatlar insanın fəallığının mənbəyini təşkil edir. Deməli, motivləşmə prosesinin əsas mənbəyi tələbatlardır.
Əgər motivləşmə hərəkətverici qüvvədirsə, motiv bu qüvvəni yaradan səbəb və ya amildir.
Motiv təkcə hərəkətin və fəaliyyətin başlanmasında və həyata keçirilməsində rol oynamır. Motiv, həmçinin fəaliyyətin aktivləşməsində və sürətləndirilməsində də əhəmiyyət kəsb edir. Motivlər, yəni hərəkətverici qüvvələr insanın xaricində və daxilində olur.
Dostları ilə paylaş: |