Qamçı və qoğal üsulu.
Qoğal üsulu iqtisadi üsul hesab edilir. Rəhbər işçi çalışdığı təşkilat ilə əmək müqaviləsi bağlayır. İşçi ona aid olan vəzifələri və üzərinə düşən öhdəlikləri yerinə yetirdiyinə görə əmək haqqı alır. Qoğal üsulu işçiyə əmək fəaliyyətində həvəsləndirici təsir göstərir. Bu üsul rəhbərlik tərəfindən işçiyə göstərilən sosial-iqtisadi təsiri xarakterizə edir. Deməli, qoğal üsulu sosial və iqtisadi üsullar vasitəsilə insanların əmək fəaliyyətində fəallığının artırılmasına yönəldilən üsullar sistemidir.
Qamçı üsulu isə inzibati üsuldur. Əgər işçi ona tapşırılan işi layiqincə yerinə yetirmirsə, işə “dırnaqarası” münasibət bəsləyirsə, onda qamçı üsulu tətbiq edilir. Qamçı üsulu işçini qorxutmaq, onu iqtisadi sanksiyalarla, digər inzibati tədbirlərlə hədələmək, hətta həmin sanksiyalara və təsirlərə məruz qoymaqla onun əmək fəaliyyətində fəallığını məcburi qaydada artırmağa yönəldilmiş üsullardan ibarətdir. Qamçı üsuluna, həmçinin işçiyə şifahi və rəsmi xəbərdarlıq, töhmət elan edilməsi, əmək haqqının, vəzifəsinin aşağı salınması, iqtisadi sanksiyalar tətbiq olunması, şifahi tənbehləri aid etmək olar.
Dostları ilə paylaş: |