Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə64/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   137
HRM 2021 yaz semestr

Mövzu 7. üzrə suallar

  1. İnsan resurslarının planlaşdırılması funksiyası. Planlaşdırmanın növləri və üsulları.

  2. İnsan resurslarına tələbatın planlaşdırılması. Planlaşdırmanın əhatəsi

  3. Kadrların planlaşdınlmasına təsir edən daxili amillər

  4. Kadrların planlaşdınlmasına təsir edən xarici amillər

  5. İdarəetmədə iqtisadi və inzibati üsullar.

  6. İdarəetmədə sosial-psixoloji üsullar.


İnsan resurslarının planlaşdırılması funksiyası. İnsan resurslarının planlaşdırılması dedikdə müəssisənin təşkilat planları da daxil olmaqla ümumi planlaşdırma məqsədlərinə fayda verə biləcək ən uyğun xüsusiyyətlərə maik heyətin ən uyğun müddətdə müəssisəyə cəlb olunması, ən uyğun müəssisə şöbəsinə yerləşdirilməsi, yeni vəzifələrə xidmət etməsi üçün təlim yolu ilə hazırlanmaları, uğurlarının qiymətləndirilməsi və ən təsirli şəkildə işlədilmələri başa düşülür. İş gücünün planlaşdırılmasının başlıca məqsədi işləyənlərin fəaliyyət və məhsuldarlığını artırmaq və istehsal daxilində işçilərə sərf olunan xərclərə nəzarət etməkdir.

İş gücünün planlaşdırılması funksiyasının başlıca hədəfi işçi və işi arasındakı uyğunluq dərəcəsinin artırılmasıdır. Çünki bu yolla işçilərin bilik, bacarıq, təcrübə, işə fokuslanma və işə qarşı mövqeyi aşkar olunur. Bu faktorlara əsasən işçilər arasındakı fərqliliklər müəyyən olunur. Çatışmazlıqlar və fərqliliklərin qarşısı alınaraq, işçilər arasında uyğunluq təmin olunur. İş gücünün planlaşdırılmasının digər məqsədi təşkilatdakı insan resursları ehtiyacının indiki və gələcək analizini həyata keçirməkdir. Bu yolla iş qüvvəsinin artıqlıq və çatışmazlıqları aşkarlanır. Bu çatışmazlıqların tələb olunan miqdar və xüsusiyyətlərlə qarşısı alınır.



İnsan resurslarına tələbatın planlaşdırılması – təşkilatın səmərəli və dinamik inkişafı, onun biznes məqsədinə nail olunması üçün insan resurslarının kəmiyyət və keyfiyyət tələbinin vaxtında ödənilməsinə istiqamətlənmiş idarəetmə fəaliyyətidir. Yəni, planlaşdırmada həmin təşkilatda nə vaxt, harada, neçə nəfər, hansı ixtisaslı və hansı xərclərlə işçilər tələb olunduğu müəyyənləşdirilir. İnsan resurslarına tələbatın planlaşdırılması iki formada – strateji və taktiki ola bilər.

Heyətə tələbatın strateji planlaşdırılması inkişaf strategiyasının reallaşdırılması üçün mütəxəssislərin potensialının təşkilatın insan resurslarının faktiki vəziyyəti ilə müqayisə edilməsi, habelə, gələcəkdə bu resurslara tələbatların müəyyənləşdirilməsini nəzərdə tutur. Təşkilatın strateji idarəetməsi uzunmüddətli məqsədlərə istiqamətlənir.

Taktiki planlaşdırma – planlaşdırılan dövrdə (rüb, yarım il) təşkilatın konkret tələbatlarının təhlili və ödənilməsini nəzərdə tutur. O təşkilatın bu dövr üçün biznes-planına, heyətin qeyri-sabit göstəricilərinə əsaslanır.

Heyətin planlaşdırılmasına iş yerlərinin təsviri, namizədlərin axtarılması mənbələrinin müəyyən olunması, heyətin müəyyən struktur planlaşdırılması, fərdi planlaşdırma, bölmə kollektivlərinin seçilməsi.kimi proseduralar daxildir.

Maslounun fikrincə inkişaf etmiş ölkələrdə tələbatın strukturu romb formasındadır.

Kadrlann planlaşdınlması müəssisənin ehtiyacı olan işçilərin kəmiyyət və keyfiyyət baxımmdan iş fəaliyyətlərini təmin etməklə yanaşı, müəssisənin gələcəkdə işçi qüvvəsinə olan tələb və təklifinin müəyyən edilməsi prosesidir. Planlaşdırma insan resurslannm idarə edilməsinin ilk mərhələsidir. Kadrların planlaşdırılması fəaliyyəti müəssisənin qarşısına qoyduğu yəni, gələcəkdəki məqsədini həyata keçirmək üçün lazım olan plan və proqramlan hazırlamaq və bu plan və proqramların hazırlanmasında hansı keyfiyyətdə və nə qədər sayda işçiyə ehtiyac olduğunu qabaqcadan müəyyən edər. Müəssisədə lazımi miqdarda az və ya çox işçi sayının olmaması üçün bəzi proqnozların və planların hazırlanması vacibdir. Əgər bir müəssisədə işçilərin sayı lazım olan miqdardan azdırsa, bu zaman istehsal prosesində ləngimə meydana gələr və müştəri firmaların sifarişləri vaxtlı-vaxtında yerinə yetirilməz. Əksinə, işçilərin sayı çox olarsa, işçilərə ödənilən xərclərin miqdarı da artar. Hər iki vəziyyətin müəssisə daxilində meydana gəlməməsi üçün, hazırlanmış olan plan və proqnozlar, müəssisənin öz məqsədinə çatması üçün lazım olan yerdə, lazım olan miqdarda işçilərin olmasına təminat verəcəkdir. Planlaşdırmanm həyata keçirilməsində digər bir məqsəd də cari ildə müəssisədək! işçilərin ağıl, bacarıq və qabiliyyətlərini işlərinə uyğun bir şəkildə istifadə etmələrinə nail olmaqdır.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin