Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


Mövzu 7. İnsan resurslarına tələbatın planlaşdırılması (mühazirə 2, seminar 1)



Yüklə 409,21 Kb.
səhifə63/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   137
HRM 2021 yaz semestr

Mövzu 7. İnsan resurslarına tələbatın planlaşdırılması (mühazirə 2, seminar 1)

Müəssisə insan resurslarının planlaşdırılması. Planlaşdırmanın növləri və üsulları. İnsan resurslarının marketinqi. İnsan resurslarına tələbatın planlaşdırılması – təşkilatın səmərəli və dinamik inkişafı, onun biznes məqsədinə nail olunması üçün insan resurslarının kəmiyyət və keyfiyyət tələbinin vaxtında ödənilməsinə istiqamətlənmiş idarəetmə fəaliyyəti kimi. Planlaşdırmanın əhatəsi: təşkilatda nə vaxt, harada, neçə nəfər, hansı ixtisaslı və hansı xərclərlə işçilər tələb olunmasının müəyyənləşdirilməsi. İnsan resurslarına tələbatın planlaşdırılmasının formaları: strateji və taktiki. Müəssisədə heyətin idarə edilməsinin əsas üsulları: sosial-psixoloji, iqtisadi, inzibati. İqtisadi üsullar: 1) Müəssisədaxili iqtisadi metodlar. 2) Müəssisəxarici iqtisadi metodlar. İnzibati üsul. İnzibati üsul idarə edənin idarə olunan obyektə bir­ba­şa və bilavasitə təsir üsuludur. İnzibati təsir üsulları inzibati dav­ranış və hərəkətləri yerinə yetir­mək­lə həyata keçirilir: əmr et­mək­lə, tapşırıqlar, göstərişlər verməklə, diktə et­mək­lə, va­dar etməklə və s. İnzibatçılıq inzibati proses olaraq üç funksiyanı ye­rinə yetirir. Hüquqyaradıcı, hüquqverici, tənzimləyici. Sosial-psixoloji metodlar. İnsanların sosial tələbatının ödənil­məsi və sosial inkişafının təmin olunması. Sosial tələbatın ödənilməsi. İqtisadi həvəsləndirmə sistemlərinin tətbiq olunması. İşçilərin sosial inkişafının təmin olunması. Kollektivə sosial qayğıların göstərilməsi. Sosial inkişaf: əl əməyinin yün­gülləşdirilməsi, işçilərin təhsil alması, ixti­sas­ların ar­tırılması, kadrların təkmilləş­diril­məsi, elmə yi­yə­lənməsi, sosial rifahının yaxşı­laş­dırıl­ma­sı, mənzil prob­lemlərinin həlli və s. Psixoloji üsul. İdarəetmədə psixologiyanın, psixi proseslərin rolu.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin