Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə71/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   137
HRM 2021 yaz semestr

İqtisadi üsul. İqtisadi inkişafa nail olunması, iqtisadi maraqların tə­min olunması məqsədilə həyata keçirilən üsullara ida­rə­etmənin iqtisadi üsulları deyilir. İqtisadi üsul iqti­sa­di siyasətin və maddi maraq prinsiplərinin tətbiqi ilə işin icrasının yerinə yetirilməsini təmin edir.

İqtisadi üsullar aşağıdakı kimi təsnif olunur:

1)Müəssisədaxili iqtisadi üsullar.

2 )Müəssisəxarici iqtisadi üsullar.

Müəssisədaxili iqtisadi üsullar həm müəssisənin iq­­tisadi maraqlarının, həm də personalının və ya işçilərin so­sial-iqtisadi tələbatlarının təmin olunmasına xidmət edir.

Müəssisəxarici iqtisadi üsullar təsərrüfatlararası he­sablaşmaları, müəssisə və təşkilatın digər müəssisə və təş­kilatlarla, alıcılarla, satıcılarla, sifarişçilərlə iqtisadi əla­qə­ləri, əqdlərin bağlanmasını, təsərrüfat, iqtisadi və ma­liy­yə münasibətlərinin formalaşdırılmasını əhatə edir.

İqtisadi üsullar bazar sistemində aparıcı mövqeyə malikdir. Bu metodlar vasitəsilə firmaların fəaliyyətinə təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır.

İqtisadi üsul idarəetmə obyektinin müəyyən tərəf­lə­rinə - istehsalın təşkilinə və onun nizama salın­masına, kol­­lektivin və onun üzvlərinin maddi maraq­larına təsir edir, istehsalın ahəngdar olmasına xidmət edir.

İqtisadi üsul müəssisənin iqtisadi inkişafı ilə əla­qə­dar olub, onun iqtisadi potensialının, maliyyə im­kan­larının genişləndirilməsini nəzərdə tutur. Bu üsul daha çox kapital qoyuluşu həyata keçirməklə, inves­tisiyalar və ma­liy­yə kapitalı cəlb etmək, iqtisadi sferada münasibətləri geniş­lən­dirməklə, müəssisəyə tərəfdaşlar cəlb etməklə müəs­­si­sənin iqtisadi inkişafına nail olmağa imkan yaradır. İq­­ti­sadi metodun tətbiqi ilə planlaşdırma, təsərrüfat he­sa­bı, əmək haqqı, qiymət, maddi həvəs­lən­dirmə, maya də­yə­ri, mənfəət, gəlir və başqa mexanizmlər məqsədyönlü tə­si­rə çev­rilir. İqtisadi metodlar ehtiyatların qənaətinə, maya də­yə­rinin aşağı salınmasına, mal və xidmətlərin key­fiy­yə­ti­nin yaxşılaş­dırılmasına, gəlirin və mənfəətin həcminin ar­tı­rılmasına yönəldilir.

Bu üsula bəzən iqtisadi-təsərrüfatçılıq üsulu da de­yir­lər. Bu zaman üsul (metod) özünün hədəf sferasını geniş­ləndirərək təsərrüfat sahəsini də öz təsirinə məruz qoyur. Təsər­rüfat­çılıq üsulu yeni texnika və texnologiyanı tətbiq et­mək­lə, maddi-texniki bazanı inkişaf etdirməklə, məh­sul istehsalı pro­sesini təkmilləşdirməklə gəlirin artırıl­­masını təmin edən idarərtmə üsulu kimi başa düşülür. Bu üsul əl əmə­­yi­nin yüngülləşdirilməsinə və elmi texniki tərəqqinin nailiy­yətlərinin tətbiqinə nail olmaqla təsərrüfatçılığın apa­rıl­ması üsuludur.

Müəssisə təsərrüfat sferasını genişləndirməklə, ayrı-ayrı təsərrüfat sahələri yaratmaqla məhsul istehsalı pro­se­si­ni daha da genişləndirir. Həmin sahələrin fəaliyyəti bir-bi­ri ilə əlaqələndirilə və ya əlqalən­ləndiril­məyə bilər. Məsələn dəri məhsulları fabriki paralel ola­raq 3 təsərrüfat sa­hə­si yaradır. Birinci sahə dəri ayaqqabı, ikinci sahə dəri gö­­dəkcə, üçüncü sahə isə dəri çanta istehsalını həyata ke­çi­­rir. Dəri məhsulları istehsalı ilə məşğul olmaq istəyən di­gər fabrik də, 3 təsərrüfat sahəsi yaradır. Birinci sahə gön­də­ri tədarükü ilə, ikinci təsərrüfatçılıq sahəsi dəri mə­mu­lat­­larının emalı ilə, üçüncü sahə isə dəri çanta isteh­sa­lı ilə məş­ğul olur. Göründüyü kimi birinci müəs­sisə­də bütün tə­sə­r­­­rüfatçılıq sahələri paralel olaraq ayrı–ayrı çeşiddə məh­sul­­­lar isteh­sal edir. İkinci müəssisədə isə bir təsərrüfat böl­mə­­si digəri üçün xammal istehsal edir. Müəssisənin özü üçün xammal istehsal etməsi maya dəyərini aşağı salır, nə­ti­­cədə iqtisadi səmərəlilik göstəricilərinə müsbət təsir göstərilir.

İqtisadi və təsərrüfatçılıq üsulu həm iqtisadi, həm də təsərrüfatçılıq üsul­la­rı­nın tətbiqini tələb etdiyi üçün təşkilatın rəhbəri həm iqtisadi, həm də təsərrüfat fəa­liy­yəti ilə əlaqədar nəzəri və təcrübi biliklərə malik ol­ma­lıdır. Məsələn ticarət müəs­sisə­sinin rəhbəri ticarət sahəsini, icti­mai iaşə müəs­si­s­əsinin rəhbəri ictimai iaşə sahəsini, tikinti müəssisəsinin rəhbəri tikinti sahəsini mükəmməl bilmə­lidir. Çünki isteh­salın inkişafı və geniş­lən­dirilməsi, yeni texno­lo­giyaların tətbiqi ilə bağlı ide­ya­lar, təkliflər və fikirlər müəssisənin rəhbərində cəm­lə­nir. Bu istiqa­mət­də ən optimal variantların seçilməsi ilə bağlı qərar rəhbər tə­rəfindən qəbul edilir. Məhz buna görə də təsər­rüfat­çı­lı­ğın bu sahəsində bilik və bacarığı olmayan rəhbərlər düz­gün qərarlar qəbul etməkdə çətinlik çəkirlər. Nəticədə fəa­liy­yət səmərəsiz olur.

Rəhbərlər təsərrüfatı inkişaf etdirmək, genişlən­dir­mək üçün iqtisadi sahədə də bilik və bacarıqlara malik ol­ma­lıdırlar. Müəssisənin inkişafının əsasını onun maliyyə im­kanları və maliyyə fəaliyyəti təşkil edir. Bunun üçün rəh­­bərlər müəssisənin maliyyə imkanlarının genişlən­di­ril­mə­si, yüksək mənfəət əldə etmək, başqa sözlə desək müəs­­­sisənin iqtisadi qüdrətini artırmaq üçün daim yollar ax­­ta­rır­lar. Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair ver­gi xidməti orqanlarına, statistika şöbələrinə, sosi­al mü­­da­fiə fondlarına hesabatların verilməsi təşkilatın rəh­bə­ri­nin məsuliyyətinə aid edildiyi üçün idarəetmədə iqtisadi üsulun vacibliyi məsələsi burada da önə çıxır.

İqtisadi metod personalda əməyə maddi maraq (stimul) yaradır. Çünki sosial-iqtisadi tələbatların ödə­nil­mə­­si işçinin əmək fəallığını artırır. Sosial-iqtisadi tələ­bat­la­­rın ödənilməsi dedikdə, işçiyə əmək haqqının, əlavə əmək haqqının, mükafatların, maddi yardımların ve­­ril­­məsi başa düşülür. İqtisadi metod əl əmə­yinin yün­gül­ləş­di­ril­mə­sini və əmək şəraitinin yaxşılaş­dırılmasını təmin edir.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin