Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


Determinasiya əlaqələrini ifadə edən kateqoriyalar



Yüklə 331,42 Kb.
səhifə14/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   49
Determinasiya əlaqələrini ifadə edən kateqoriyalar

Dialektikada əlaqə və inkişaf prinsipləri ilə yanaşı determinizm prinsipi də çox mühüm yer tutur. Bu prinsip göstərir ki, dünyadakı bütün hadisə və proseslər müəyyən səbəb ilə şərtlənir. Onlar qanunauyğun surətdə yaranır, inkişaf edir və məhv olur. Səbəbiyyət və qanunauyğunluq əlaqələrinin qəbul edilməsi dünyanı elmi izah etmək imkanı verir.

Determinizm prinsipini bir sıra dialektika kateqoriyaları ifadə edir. Onların sırasında birinci yeri səbəb-nəticə əlaqələri tutur.

İnsanlar öz praktiki təcrübəsi və bilikləri əsasında müəyyən edirlər k'i, dünyadakı bütün hadisələr səbəb-nəticə münasibətlərinə malikdir. Müəyyən bir hadisədən əvvəl gələrək, onu törədən ha­disəyə səbəb deyilir, nəticə isə səbəbin yekunudur. Səbəb-nəticə əlaqələri öz əhatə dairəsinə görə ən ümumidir. Onlar zaman ardıcıllığına malikdir. Yəni əvvəl səbəb, sonra isə nəticə gəlir. Sonra, bu əlamətlər zəruri və birmənalı xarakter daşıyır, yəni səbəb olan yerdə mütləq nəticə də baş verməlidir.

Səbəb-nəticə münasibətləri müxtəlif formalarda çıxış edir. Bu­rada aşağıdakılar əsas yeri tutur: bir səbəb bir nəticəni törədir. Nisbətən mürəkkəb forma-bir neçə səbəb bir nəticəni törədir və ya əksinə, bir səbəb bir neçə nəticə əmələ gətirir. Nəhayət, nəticə öz növbəsində bir neçə nəticə əmələ gətirir.

Səbəb ilə nəticə hadisələr arasında genetik əlaqələri ifadə edir. Burada səbəb adlanan hadisə digərini-nəticəni əmələ gətirir müəyyən şəraitin olduğu halda səbəb mütləq nəticə törətməlidir. Buradan görünür ki, səbəb-nəticə əlaqələri qarşılıqlı təsirin ifadəsi­dir. Məhz qarşılıqlı təsirdə olan hadisələrdə müvafiq dəyişikliklər baş verir. Səbəb-nəticə münasibətlərində maddənin, enerjinin və ya informasiyanın səbəbdən nəticəyə ötürülməsi baş verir. Bu proses kütlənin saxlanması və enerjinin çevrilməsi qanunlarına əsaslanır.

Səbəbiyyət münasibətləri bir istiqamətlidir, yəni zaman ba­xımından qeyri assimetrikdir. Əvvəlcə səbəb özünü gö­stərir, sonra isə nəticə yaranır. Lakin hər əvvəl gələn hadisəni sonrakının səbəbi hesab etmək olmaz. Məsələn, şimşək ildırımdan əv­vəl görünsə də, onun səbəbi deyildir. Yaxud gecə-gündüz müna­sibətləri də bu qəbildəndir. Son dövrlərdə səbəbiyyət əlaqələ­rində informasiyanın ötürüldüyü fikri geniş yayılmaqdadır. Xüsusilə də mürəkkəb sistemlərdə ötürülən informasiya saxlanılır və idarəetmədə istifadə olunur. Səbəbiyyətin informasiya səpkisi sosial həyatın izahında çox mühüm rol oynayır.

Səbəbiyyət əlaqələri prosesində həm də səbəbin strukturunun müəyyən əlamətləri nəticəyə keçə bilir. Bu materiyanın inikas xassəsi ilə bağlıdır.

Səbəb-nəticə əlaqələri çoxtərəflidir. Belə ki, onlar birbaşa və dolayısı ilə özünü göstərə bilir. Səbəbiyyət əlaqələri həm də kompleks xarakter daşıyır. Səbəbiyyət anlayış­ına aşağıdakı dörd tərəf daxildir: əsl səbəb, səbəbin özünü göstərmə şəraiti, səbəbin baş verməsi üçün bəhanə və səbəbin stimulu.

Öz-özünü tənzim edən sistemlərdə (məsələn cəmiyyətdə) səbəbiyyət əlaqələri mürəkkəbdir. Burada özdeterminasıya (daxili determinasiya) mühüm yer tutur. Bu o deməkdir ki, belə sistemlərin vəziyyəti təkcə ətraf mühitin təsiri ilə müəyyən olunmur. Sistemin əvvəlki mərhələləri də ona güclü təsir edir. Səbəb-nəticə əlaqələri universal, obyeriiv və zəruridir Onlar məkan və zaman baxımından sonsuzdur.

Səbəb-nəticə əlaqələrinin bir mürəkkəb forması da qarşılıqlı təsirdir. Bu formada səbəb və nəticə bir-birinə təsir edir. Onların hər ikisi həm səbəb, həm də nəticə rolunu oynayır. Ümumiyyətlə səbəb-nəticə əlaqələrini bir istiqamətli təsəvvür etmək olmaz. Çünki əksər hallarda (xüsusən də mürəkkəb və­ziyyətlərdə) qarşılıqlı təsir mövcud olur. Səbəb ilə nəticənin qarşılıqlı təsiri əks əlaqə prinsipi adlanır. Həmin prinsip informasiyanın qəbul olunması, qorunması, işlənilməsi və istifadə olunmasını həyata keçi­rən özünütəşkil edən sistemlərdə fəaliyyət göstərir.

Səbəbin müxtəlif növləri mövcuddur: onlardan birincisi tam səbəb adlanır. Bu, nəticənin doğuran bütün hadisələrin məc­musudur. Sonra spesifik səbəb elə şəraitlər qismidir ki, onların qarşılıqlı təsiıi nəticəni əmələ gətirir. Səbəbin növlərindən biri də başlıca səbəbdir. O, başqa səbəblər içərisində həlledici rol oynayır.

Səbəblərin daxili xarici növləri də bir-birindən fərqləndirilir. Daxili səbəb bir sistemin çərçivəsi daxilində fəaliyyət göstərir. Xarici səbəb isə bir sistem ilə digər sistemin qarşılıqlı təsirini səciyyələndi­rir. Məsələn, istehsalın inkişafı cəmiyyətin tərəqqisinin daxili səbəbi­dir. Sosial həyat ilə mühitin qarşılıqlı təsiri isə onların hər biri üçün xarici səbəbdir.

Səbəblər obyektiv subyektiv ola bilir. Obyektiv səbəb insanların şüur və iradəsindən asılı olmayaraq özünü göstərir. Sub­yektiv səbəb isə insanların məqsədyönlü hərəkətlərini onların qətiy­yət və mütəşəkkilliyini, təcrübə və biliklərini ifadə edir.

Səbəbin özünü göstərə bilməsi üçün müəyyən şərait lazımdır. Şərait müəyyən bir hadisənin baş verməsi üçün zəruri olan şərtləıin məcmusudur. O, həm konkret hadisələri, həm də ətraf mühiti əhatə edir. Doğrudur, şərait özü özlüyündə nəticəni törətmir. Amma şərait olmasa nəticəni yaradan səbəb də reallaşmır. Məsələn insanın bə­dəninə mikroblar daxil olduqda, o, xəstələnə də bilər, xəstələnməyədə bilər. Bu konkret şəraitdən asılıdır.

Səbəbin reallaşmasında bəhanə də müəyyən rol oynayır. La­kin bəhanə nəticəni yaratmır. Onun baş verməsini sürətləndirir.

Fəlsəfi determinizm şərtlənmənin səbəbiyyətdən kənar növlərinin olduğunu qəbul edir. Misal olaraq hadi­sələr arasında funksional əlaqəni höstərmək olar. Məsələn, E-ms2 düsturu kütlə ilə enerji arasındakı funksional asılılığı ifadə edir. Təbiidir ki, onları səbəbiyyət əlaqələrinə aid etmək doğru olmazdı. Lakin səbəbiyyət əlaqələri ilə funksional əlaqələr sıx əlaqəlidir. Funksional əlaqə ha­disələrin spesifik asılılıq formasıdır. Bu halda, bir hadisənin dəyişi­lməsi digərinin dəyişilməsi ilə müşayiət olunur. Məsələn cəmiyyətdə yığım ilə istehlak, milli gəlir ilə kapital qoyuluşu arasında funksional asılılıq mövcuddur. Əlaqələrin geridönməzliyi ilə səciyyələnən qa­nunlar da funksional əlaqələr vasitəsilə tənzim olunur.

Determinizm prinsipi təbiət, cəmiyyət və şüur hadisələrinin təbii səbəblərlə əlaqələndiyini və bir-biıini şərtləndirdiyini irəli sürür.

Determinizmin dialektik mexaniki (və yaxud Laplas determinizmi) növləri mövcuddur. Birinci müəyyən hadisədə təsir göstərən qanunauyğunluqların xarakterindən asılı olaraq səbəbiyyət əlaqələrinini rəngarəngliyini qəbul edir. Mexaniki determinizm də səbəbiyyəlin mövcudluğunu təsdiq edir, lakin onu yalnız mexaniki qarşılıqlı təsir kimi izah edir. Materiya hərəkətınin digər (mexaniki hərəkətdən başqa) formalarının qanunauyğunluqları nəzərə alınmır. Digər tərəfdən, mexaniki determinizm səbəbiyyət əlaqələrində obyektiv təsadüfləri inkar edir. Nəticədə o, gəlib fatalizmə çıxır. Mexaniki determinizm yalnız mexanika ilə bağlı fəaliyyətdə fayda verir. Mürəkkəb proseslərin (mikrohissəciklərin hərəkəti, bioloji hadisələr, psixiki fəaliyyət və sosial həyat) izahında o yaramır.

Səbəbiyyət münasibətləri həm də məqsədəuyğunluq ilə əla­qəlidir. Məqsədəuyğunluq mövqelərində duranlar (teleologiya-məqsəd təlimi deməkdir) iddia edirlər ki, təbətdəki hər bir hadisə məq­sədəuyğun yaranmışdır. Hər cür inkişaf əvvəlcədən müəyyən olun­muş məqsədlərin həyata keçirilməsidir. Onların fikrincə, pişiklər si­çanları yemək üçün, siçanlar isə onları qidalandırmaq üçün yaran­mışlar. Xəstələr isə ona görə mövcuddurlar ki, həkimlər işsiz qalmasın.

Determinizm prinsipi aşağıdakı müddəaya əsaslanır. Dünyadakı hadisələrin mövcudluğu və inkişafı müəyyən sahmanlı və ni­zamlı şəkildə bir-birilə şərtlənir. Burada müəyyən qarşılıqlı şərtlənmə möv­cuddur. Bu prinsipin əksini indeterminizm təşkil edir. O dünya hadisələrinin qanunauyğun şərtlənməsini qəbul etmir və yaxud da determinizmin obyektiv xarakter daşıdığını inkar edir.

Beləliklə, determinizm obyektiv hadisələrin ümumi şərtlənmiş olması haqqında təlimdir. Bu prinsip də dünyadakı mövcudatların qarşılıqlı təsiri ideyasına əsaslanır. Determinizm heç bir şeyin universal qarşılıqlı əlaqədən kənar olmadığını göstərir. Həmin prinsip həm də çoxtərəfli determinasiya əlaqələrinin genetik məzmununu, səbəblərini aşkar edir. Determinizm səbəbiyyət əlaqələrindən ayrı­lmazdır. O, həm də səbəbiyyət əlaqələrindən kənar determinasiyanın olduğunu qəbul edir. Buradan aydındır ki, determinizm ilə səbəbiyyəti eyniləşdirmək doğru deyildir.

Fəlsəfi determinizm konsepsiyasının məzmununu səbəb-nə­ticə ilə yanaşı təsadüf-zərurət, azadlıq, imkan və gerçəklik kateqoriyaları açır. Qeyd edək ki, səbəb-nəticə əlaqələri heç də həmişə qəti şərtlənmiş xarakter daşımır. Burada təsadüflər, ehtimal da müəyyən yer tutur.


Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin