Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları



Yüklə 331,42 Kb.
səhifə15/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   49
Zərurəttəsadüf kateqoriyaları hadisələrin qarşılıqlı mü­nasibətlərində determinasiyanın səviyyəsini mənalandırır. Zərurət hadisələrin mahiyyətindən, daxili əlaqələrindən və ziddiyyətlərindən irəli gələn nəticədir. O, göstərir ki, bu hadisə mütləq və özü də məhz bu cür baş verməlidir. Zərurətə misal olaraq canlı orqanizmlərdə maddələr mübadiləsini göstərmək olar. O, həy­atın mahiyyətindən irəli gəlir.

Təsadüf bir qayda olaraq həmin predmetlər üçün xarici, yardımçı, qeyri mühüm əlaqələrdən irəli gələn nəticədir. Buna görə də o, baş verə də bilər, verməyə də bilər, məhz bu cür deyil, başqa cür də baş verə bilər. Keçmişdə belə bir fikir mövcud idi ki, təsadüf, səbəbi məlum olmayan hadisəni ifadə edən subyektiv an­layışdır. Hadisənin səbəbi aşkar ediləndə o, daha təsadüflükdən çıxır. Əlbəttə, bu cür yanaşma doğru deyildir. Təsadüf çox vaxt zəruri proseslərin kəsişmə nöqtəsində baş verir. Məsələn, taxıl yetişmiş zəmiyə dolu düşürsə, bu təsadüfdə iki zərurət qo­vuşur. Birinci odur ki, həmin moment üçün taxılın yetişməsi tam bioloji zərurət üzündən baş verir, ikinci zərurət isə meteroloji qanu­nauyğunluğa uyğun olaraq dolunun yağmasıdır. Həmin zərurətlərin birləşməsi təsadüfü doğurmuşdur. Çünki ola bilərdi ki, dolu məhz bu əraziyə deyil, başqa yerə yağsın.

Zərurət ilə təsadüfün qarşılıqlı əlaqələri çox mürəkkəbdir. Onları bir-birinə qarşı qoymaq doğru deyildir. Hər şeydən əvvəl, təsadüf zərurətin təzahür formasıdır. Bu o deməkdir ki, hər bir zəru­rət təsadüflər çoxluğu içərisindən özünə yol açır. Təsadüfün bu rolu çoxlu sayda baş verən kütləvi hadisələrdə (məsələn böyük ədədlər qanunu) daha aydın görünür. Digər bir cəhət təsadüfün zərurəti tamamlamasıdır. Qeyd olu­nmalıdır ki, zərurət mütləq deyil, nisbidir. Biz hər hansı bir hadisənin zəruriliyindən danışdıqda istər istəməz onu elə şərtlərin məcmusu ilə müəyyənləşdiririk ki, həmin hadisə məhz onlara münasibətdə zəruridir. Zərurət kimi təsadüf də nisbi xaraıder daşıyır. Eyni bir ha­disə müxtəlif şəraitə münasibətdə həm zərurət, həm də təsadüf kimi çıxış edə bilər. Bir münasibətdə zəruri olan hadisə digər münasibətdə təsadüfi ola bilir. Əlbəttə, zərurət və təsadüfün nisbiliyini şişirtmək doğru deyidir. Əks halda relyativiznı özünü göstərir. Belə halda elə görünə bilər ki, hadisələrdə zərurinin və təsadüfinin fərqləndirilməsi subyektin seçdiyi şərtlərin əhatə dairəsi ilə müəyyən olunur. Lakin əslində bu belə deyildir. Bu və ya digər predmetin mövcudluq şəraiti obyektiv formalaşır və öyrənilən hadi­sənin daxili mahiyyəti ilə sıx bağlıdır. Maddi predrnetlər məkanca bir-birindən müəyyən məsafədə yerləşən sistemlərdir. Onların əsa­sını təşkil edən daxili əlaqələrin məcmusu sanki bir maddi sistemi digəri ilə əlaqələndirən xarici əlaqələr məcmusuna qarşı durur. Xa­rici əlaqələr məhz hadisələrin daxili mühüm əlaqələrinin reallaşdığı şərait kimi çıxış edir.

Elmdə elə hadisələr təsadüfi hesab edilir ki, onlar şəraitlərin dəyişməsi gedişində yaranır. Məsələn orqanizmlərin irsiyyət strukturunda baş verən dəyişikliklər təsadüfidir, çünki onlar həyat ilə bilavasilə əlaqəsi olmayan bir çox amillərin təsiri ilə müəyyən olunur. Dəmir pulu göyə atarkən hansı tərəfin düşməsi də təsadüfidir, çünki onu göyə atmanın ilkin şəraiti sözün müəyyən mənasında öz və­ziyyətini dəyişdirə bilir.

Zəruri hadisələr mühüm əlaqələrdən irəli gəlir və stabil şə­raitdə baş verir. Məsələn, planetlərin öz dəyişməz orbiti üzrə hərəkəti zəruridir. Bu hərəxət fəza mexanikasının öyrəndiyi qanunlar üzrə gedir. Həm də bu hərəkətin baş verməsinin xarici şəraiti sa­bitdir. Orqanizmlərin öz növ xassələrini irsən keçirməsi də zəruri hadisədir. Bu proses genetika qanunları ilə şərtlənir, irsən keçmə mexanizmi də xarici şəraitin təsirindən nisbi mənada asılı deyildir. Zərurət ilə təsadüfün qarşılıqlı əlaqəsi bir neçə momentlə səciyyələnir. Birinci moment, zərurət və təsadüfün cüt kateqo­riyalar kimi anlaşılması ilə əlaqəlidir. Bu kateqoriyalar arasında münasibət dialentik ziddiyyətlidir: onlar bir-birini şərtləndirir, biri dig­ərindən kənarda mövcud deyildir; həm də biri digərini inkar edir. Nə təsadüf, nə də zərurət xalis şəkildə mövcud deyildir.

İkinci moment, təsadüfün zərurətin forması kimi səciyyələndi­rilməsi ilə əlaqəlidir. Zərurət həmişə təsadüflər kütləsindən keçərək özünə yol açır

Üçüncü moment, təsadüflərin zərurəti tamamlaması fikrində ifadə olunur. Elm əsasən predmetləri müəyyən edən mühüm və zəruri əlaqələri aşkar etməyə yönəlir. O, təkcə hadisələrin çoxluğuna deyil, həm də bu çoxluğa daxil olan hər bir predmetə aiddir. Həmin təkcə predmet isə ümumi cəhətlər ilə yanaşı həm də fərdi cəhətlərə malikdir. Bu fərdi cəhətlərin yaranması və təzahür etməsi isə təsadüflərlə müəyyən olunur. Buna görə də bu və ya digər obyekt haqqında hərtərəfli biliyi yalnız o vaxt əldə etmək olar ki, predmetin ümumi zəruri cəhətləri haqqında bilik, həmin hadisənin təsadüfi unikal xassələri haqqında bilik ilə tamamlansın. Zərurət biliyini təsadüf biliyi ilə tamamlamağın vacibliyi geologiya, biologiya və tarix elm­lərində xüsusilə mühümdür. Məsələn, Yer üzərində həyatın əmələ gəlməsi prosesinin izahı burada materiyanın təkamülü və yeni struktur səviyyələrin yaranması haqqında ümumi və zəruri biliklərə əsaslanmalıdır Bununla yanaşı həyatın meydana gəldiyi dövrdə yerin konkret şəraiti də öyrənilməlidir. Bu sonuncu isə materiya təkamülünün ümumi qanunları ilə müqayisədə xeyli dərəcədə təsadüfi xarakter daşıyır.

Nəhayət, dördüncü moment budur ki, maddi sistemlərin inkişafı və təkamülü gedişində zərurət və təsadüf biri digərinə çevrilə bilər. Üzvi alə­mdə növlərin tənamülü ayrı-ayrı orqanizmlərin genetik strunturunda baş verən dəyişinliklər bazasında həyata keçirilir. Bu dəyişikliklər təsadüfidir, çünki həmin orqanizmlər üçün etinasız olan xarici şə­rtlərlə müəyyən olunur. Sonradan ləbii seçmə gedişində bu təsadüfi dəyişikliklərdən orqanizmin həyat fəaliyyəti üçün faydalı olanlar möhkəmlənir və müəyyən müddət keçdikdən sonra növün zəruri əlamətlərinə çevrilir. Beləliklə də onlar təsadüflərdən zərurətə çevri­lirlər. Həyatın əmələ gəlməsini tədqiq edən müasir fransız bioloqu J.Mono bu prosesdə təsadüflərin fundamental rol oynadığını gö­stərir. O, həyatın yaranması prosesini təsadüfi az ehtimallı hadisələr silsiləsi kimi təsəvvür edir. Onun konsepsiyasında təsadüf zəru­rətdən ayrılır və mütləq xarakter daşıyır. Alman alimi M.Eygen isə bioloji strukturların yaranmasında zərurət ilə təsadüfin əlaqələrini aşkar etmişdir. O canlının yaranmasında bu prosesi şərtləndirən əsas kimi mütləq təsadüfləri qəbul etmir. Onun konsepsiyasında təsadüfün zərurətin təzahür forması kimi çıxış etməsi ideyası və eləcədə bioloji təkamül gedişində onların bir-birinə çevrilməsi ideya­sı özünü göstərir.

Müasir elmi naliyyətlər sübut edir ki, zərurətlər ilə yanaşı təsadüflər də çox mühüm rol oynayır. Buna görə də onlar ara­sında tabelik münasibətləri deyil, bərabərhüquqlu əməkdaşlıq münasibətləri (O.Tofler) mövcuddur. Bunu maddi sistemlərin öz-özünü təşkil etmə qabiliyyəti haqqında sinergetika konsepsiyasının nümunəsində yəqin etmək olar. Həmin konsepsiyaya görə qeyri-müvazinət vəziyyətində olan açıq sistemlərdə məhz təsadüflər çoxluğu onun strukturu üçün təhlükə törədən fluktuasiyaları (orta vəziyyətdən kənara çıxma, təsadüfi yayınmalar) yaradır Bu proses isə özünün kritik mərhələsində bifurkasiyaları (ikiyə bölünmə, haça­lanma deməndir) əmələ gətirir. Həmin mərhələdə sistemin hansı vəziyyətdə olacağını irəlicədən söyləmək mümkün olmür. Çünki bu mərhələdə təsadüflər hökmranlıq edir. Məhz onlar köhnə sistemin qalıqlarının yeni inkişaf vəziyyətinə keçməsinə təkan verirlər. Mümkün olan çoxlu variantlardan biri kimi sistem öz yolunu seçir. Bundan sonra zərurət öz qüvvəsim göstərir.

Təsadüflərin fundamental rolu həm də özünütəşkiletmə pro­sesləri üçün səciyyəvi olan geridönməzlik keyfiyyətində özünü gö­stərir. Bu o deməkdir ki, bifurkasiya nöqtəsində təsadüf nəticəsində sistemin əldə etdiyi yol heç cür əvvəlki səviyyəyə geri dönə bilmir. Geri dönmə qeyri mümkün olur



Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin