Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları



Yüklə 331,42 Kb.
səhifə16/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   49
İmkan və gerçəklik

Gerçəklik dedikdə müəyyən zamanda və şəraitdə bu və ya digər obyektin konkret varlığı başa düşülür. Hər hansı maddi obyektin aktual varlığı onun gerçəkliyini ifadə edir. Gerçəklik anlayışı öz məzmunu və mahiyyətinə görə imkan anlayışı ilə müqayisə olunur.

İmkan elə bir vəziyyət və ya şəraitdir ki, bu halda determinasiya amillərinin bir qismi mövcuddur. Digər hissəsi isə yoxdur və yaxud determinasiya amilləri yeni hadisənin yaranması üçün kifayət dərəcədə yetkin deyildir. Hər bir təbiət və ya cəmiyyət hadisəsi əv­vəlcə potensial vəziyyətdə olur, yalnız sonradan gerçəkliyə çevrilə bilir. Bu mənada inkişaf bir silsilə imkanların sıradan çıxması və onun yerinə yeni imkanların yaranması prosesidir. Gerçəklik aktual varlıqdırsa, imkan potensial varlıqdır. Buna görə də imkan kateqoriyası müəyyən bir yeni gerçəkliyin yaranmasının müqəddəm şərtlərini ifadə edir.

İmkan və gerçəklik bir-biri ilə ayrılmaz əlaqədədir, biri digərini şərtləndirir, biri vardırsa, o biri də ol­malıdır. Bu o mənada başa düşülməlidir ki, hər bir gerçəklikdə onun gələcək dəyişmə və inkişaf etməsi vardır. Digər tərəfdən isə onun özü əvvəldən mövcud olan başqa bir imkanın reallaşması nəticəsində yaranmışdır. Buradan aydın olur ki, imkan və gerçəklik kateqoriyaları dünyanın təşəkkül tapma və inkişaf səciyyəsini ifadə edir, lakin gerçəklik daha üstün yer tutur. Çünki o özünün gəlecək inkişaf imkanlarını da əhatə edir halbuki, heç bir imkan hələlik gerçəkliyi əhatə edə bilmir.

İmkan indidə gələcəyin olması deməkdir. O hazırki keyfiyyət müəyyənliyində mövcud olmayan lakin müəyyən dövrdə əmələ gələn və mövcud ola bilən, gerçəkliyə çevrilə bilən deməkdir.

Zaman baxımından imkan gerçəklikdən əvvəl gəlir. Bununla yanaşı əvvəlki gedişatın nəticəsi kimi çıxış edən gerçəklik həm də gələcək inkişafın çıxış nöqtəsidir. Belə ki, imkan mövcud gerçəklikdə yaranır, gələcək yeni gerçəklikdə reallaşır.

İmkan obyektin inkişafında müxtəlif istiqamətləri ifadə edən gizli meyllərdir. Buna görə də o, gerçəkliyi gələcək baxımından sə­ciyyələndirir. İmkanın gerçəkliyə çevrilməsi üçün iki şərt tələb olunur. Onlardan biri, müəyyən qanunun fəaliyyət göstər­məsi, ikinci isə müvafiq şəraitin yetişməsidir.

Hər bir sistemdə onu reallaşdırmağa lazım olduğundan artıq sayda imkanlar olur. Lakin onların yalnız bir qismi həyata keçir. İmkanlar arasında da mübarizə və seçmə qanunu fəa­liyyət göstərir. Təbiətdə imkanın gerçəkliyə çevrilməsi çox vaxt ko­rtəbii şəkildə olur. Bundan fərqli olaraq cəmiyyətdə insanların şüur və iradəsi, fəallıq dərəcəsi həmin prosesə güclü təsir göstərir.

Qeyd etmək lazımdır ki, gələcək birmənalı şəkildə indi ilə müəyyən olunmur. Çünki hər hansı hadisənin yaranması təsadüfi də ola bilir. Odur ki, indiki imkanın gələcəkdə gerçəkliyə çevrilməsini dəqiqliklə deyil, yalnız ehtimal şəklində irəlicədən söyləmək olar. Bu xüsusilə də cəmiyyət həyatına aiddir. Belə ki, burada hadisələrdə insanlar iştirak edirlər, onların hərəkətlərini isə əvvəlcədən birmənalı müəyyən etmək qeyri-mümkündür. Sosial hadisələrin gedişində bu hərəkətlər dəyişilir.

İmkan və gerçəklik kateqoriyaları dialektika sistemində özü­nəməxsus yer tutur. Belə ki, onlar həm inkişaf prosesini, həm də determinizm prinsipini ifadə edir. Birinci tərəf bunda çıxış edir ki, bütünlükdə inkişaf prosesini çoxlu imxanların yaranması və onlardan birinin reallığa çevrilməsi kimi səciyyələndirmək olar. Həmin reallaşmış imkan, yəni gerçəklik öz növbəsində yeni imkanlar silsiləsi yaradır və beləliklə də əvvəlki proses yenidən təkrarlanır. Həm də bu kateqoriyalar inkişafın daxili mexaniz­mini ifadə edir.

Bununla yanaşı, imkan və gerçəklik, determinizm əlaqələrini əks etdirən kateqoriyalardır. Bu mənada onlar qanun, mahiyyət və hadisə, səbəb və nəticə, zərurət və təsadüf ilə sıx əlaqədədirlər. Məsələn, imkan anlayışı hadisələrin sahmanlı qaydada şərtləndiyini bildirir, qanun ilə yaxındır. Çünki imkan, mümkün olmaq hər şeydən əvvəl fəaliyyət və inkişaf qanunlarına uyğun gəlmək deməkdir. Obyektiv qanunlar ilə ziddiyyət təşxil edən imkan ağlasığmazdır.

İmkanın müxtəlif növləri vardır: mühüm və qeyri mühüm, geriyə qayıdan və geriyə qayıtmayan, formal və real imkanlar. Geriyə dönən (geriyə qayıdan) elə imxana deyilir ki, o, gerçəkliyə çevriləndə, əvvəldən olan gerçəklik imkan şəklinə düşür. Buna misal olaraq suyun maye haldan qaza bənzər hala keçməsini göstərmək olar. Bu prosesdə mayenin imxanlarının qaza bənzər halda realla­şması, gerçəkləşməsi nəticəsində onun əvvəlki gerçək vəziyyəti yə­ni maye vəziyyəti imkan şəklinə çevrilir. Bunun əksi olan imkanlara, yəni gerçəkliyə çevrildikdən sonra geri əvvəlki vəziyyətinə qayıtması mümxün olmayan imkanlara, geriyə dönməz (geri qayıtmaz) imkan deyilir. Misal olaraq insanın ölüm imkanını göstərmək olar. Bu imkan həyata keçdikdən sonra, yəni insan öldükdə o biri daha əvvəlki vəziyyətə qayıtmaq imkanını tamamilə itirir.

İmkanın realformal növləri onun zərurət və təsadüf ilə necə münasibətdə olduğunu göstərir. Belə ki, təsadüflər ilə bağlı imkan formal imkan hesab olunur. Məsələn, lotereya bileti ilə müəy­yən uduşun sahibi olmaq belə irmandır. Çünki belə imkanın reallaş­ması çoxlu miqdarda zərurətin bir nöqtədə kəsişməsi deməkdir. Bu­na görə belə imkanların ehtimal dərəcəsi sıfırdan azacıq yüksəkdir.




Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin