3.Pedaqoji ustalığın mahiyyəti və quruluşu.
“Usta” ̶ çalışdığı sahəni incəliklərinə qədər bilən, gördüyü işi yüksək səviyyədə icra edən, peşənin sirlərini şagirdlərinə mükəmməl öyrədən şəxsdir.
“Ustalıq” müəyyən işin qüsursuz yerinə yetirilməsin təmin edən keyfiyyətidir.
“Ustad pedaqoq” – yüksək mədəniyyətə malik mütəxəssis, öz işinin mahir bilicisi, tədris etdiyi fənni, təlim-tərbiyə metodikasını mükəmməl bilən, dərin psixoloji hazırlığa, elm və incəsənətin müxtəlif sahələrinə dair zəngin məlumata malik müəllimdir.
“Pedaqoji ustalıq” – hər bir müəllimin daim təkmiləşməsi nəticəsində yiyələnə biləcəyi təlim və tərbiyə dərəcəsi ̶ sənətdir. Pedaqoji ustalıq təlim-tərbiyə prosesini, şagirdlərin dünyagörüşü və qabiliyyətlərini hərtərəfli inkişaf etdirmək bacarığıdır.
Pedaqoji ustalıq fəaliyyət zamanı üzə çıxır, amma fəaliyyətin eyni deyildir o, xüsusi bacarıqların daha üstün səviyyəsidir. Amma bu da əsas deyildir. Əsas olan pedaqoqun mövqeyi, öz şagirdlərinin fəaliyyətini virtiuozcasına idarə edə bilmək qabiliyyətidir.
Pedaqoji ustalıq humanizmə istiqamətlənməyi, peşə biliklərini, pedaqoji qabiliyyətləri və pedaqoji texnikanı özündə birləşdirir.
Dostları ilə paylaş: |