1.4.MALIYYƏNIN DIGƏR FƏNLƏRLƏ VƏ IQTISADI KATEQORIYALARLA QARŞILIQLI ƏLAQƏSI
Maliyyə elmi iqtisadi nəzəriyyənin müvafiq bölməsini əhatə etməklə, bir çox fənlərin – “Büdcə sistemi”, “Müəssisələrin maliyyəsi”, “Maliyyə hüququ” və s. ümumi nəzəri əsasını təşkil edir. Maliyyə elmi bir sıra elmlərlə qarşılıqlı əlaqıdı öyrənilir.
1.Maliyyə elminin hüquq arasında əlaqə. Maliyyə elmi dövlət hüququ və xüsusi hüquqla sıx əlaqəyə malikdir. Dövlət hüququnun əsas sahəsi konstitusiya hüququdur. Belə ki, vətəndaşların vergi ödənilməsi ilə bağlı hüquq və vəzifələri, büdcə hüququ, büdcənin parlamentdə təsdiqi və digər məsələlər AR Konstitusiyası ilə tənzimlənir. Bundan əlavə dövlət maliyyəsi idarəetmə hüququ ilə sıx bağlıdır. Dövlətin xidmətləri həm mərkəzi, həm də yerli hakimiyyət orqanları tərəfindən yerinə yetirilir. Bu xidmətləri yerinə yetirmək üçün təbii ki, pul vəsaitləri lazımdır. Ona görə də yerli büdcələr mühüm rol oynayır.
Xüsusi hüquq sahələrinə maliyyə hüququ, əmlak hüququ, bank hüququ, vergi hüququ və s. aiddir.
2.Maliyyə ilə statistika arasında əlaqələr. Dövlət büdcəsinin gəlir və xərclərini proqnozlaşdırarkən, biznes plan hazırlanmasında, idxal və ixrac əməliyyatlarının təhlili və s. proseslərdə statistik göstəricilərdən istifadə edilir. Əhalinin və ya müxtəlif sahələrin iqtisadi vəziyyətinə dair statistik göstəricilərlə tanış olmadan düzgün proqnozlara əsaslanan dövlət büdcəsi hazırlamaq mümkün deyildir.
3.Maliyyə elminin menecmentlə qarşılıqlı əlaqəsi. Menecment iqtisadiyyatın idarəedilməsini əhatə edir. Maliyyə menecmentin obyekti kimi çıxış edir həm də ona təsir edir.
4.Maliyyə eliminin sosiologiya elmi ilə qarşılıqlı əlaqəsi. Sosiologiya elminin əsas vəzifəsi sosial hadisələri öyrənməkdir. Sosial davranış, sosial təbəqələşmə, sosial hadisələrə aiddir. Maliyyə hadisələri dövlət xərcləri, vergilər və s. yaranan bütün sosioloji hallar sosiologiya elminin obyektidir. Öyrənilən sosial hadisələr maliyyə münasibətləri ilə tənzimlənir.
5.Maliyyə ilə xarici ticarət arasındakı əlaqə. Bazar iqtisadiyyatının ən mühüm funskyalarından biri müxtəlif mal və xidmətlər üçün bazarda yaranan tələbin ödənilməsi məqsədilə iqtisadiyyatda istifadə olunmayan mənbələri aşkar etməkdir. Bu mənbələrdən istifadə olunması ilə biznes bölməsi meydana gəlir. Beynəlxalq iqtisadi əlaqələr biznes əsasında inkişaf edir. Biznesin reallaşdırılması xarici ticarət vasitəsi ilə mümkündür. Xarici ölkələrdən idxal edilən mallara görə ödənilən vergilər və rüsumlar, və onların alınma səsbabləri maliyyə münasibətləri ilə tənzimlənir.
Maliyyə eyni zamanda bir çox katiqoriyalarla qarşılıqlı əlaqədədir.
Dostları ilə paylaş: |