6.5.BÜDCƏNIN QEYRI-VERGILI GƏLIRLƏRI
Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında qeyri-vergi gəlirləri də iştirak edir. Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən büdcənin qeyri-vergi gəlirlərinə mülkiyyətdən gəlirlər, mal və xidmətlərin satışından daxilolmalar, cərimə və sanksiyalar üzrə daxilolmalar və könüllü köçürmələr, məqsədli büdcə fondlarının gəlirləri və Dövlət Neft Fondundan daxilolmalar aiddir.
Mülkiyyətdən gəlirlər- dövlət mülkiyyəti ilə bağlı olan vergi olmayan gəlirlərdir.Bu nğv daxilolmalar 2011ci ildə 0,12 % ( 9,0 mln manat) olmuş, 2013cü ildə isə 0,53% (11,0 mln manat) proqnozlaşdırılmışdır. Bu gəlirlər faizlərdən, dividentlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən, pul-şey lotoreyaları üzrə axilolmalardan və icarə haqlarından ibarətdir:
Faizlərdən gəlirlər dövlət tərəfindən verilmiş depozitlərlə, qiyçətli kağızlarla, büdcə ssudaları ilə və dövlət zəmanəti ilə verilmiş kreditlərlə bağlıdır. Faizlərin ödəyiciləri dövlət maliyyə və qeyri-dövlət maliyyə təşkilatları, özəl sektora aid təşkilatlar, xarici hökumətlər və digər mənbələr ola bilər.
Divientlərdən gəlirlər dedikdə, dövlətin səhmdar kimi çıxış etdiyi təşkilatlardan divident formasında əldə etdiyi gəlirlər başa düşülür. Dividentlər dövlət maliyyə və qeyri-dövlət maliyyə təşkilatları, özəl sektora aid təşkilatlar, xarici hökumətlər və digər mənbələr tərəfindən ödənilə bilər.
Dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalara həmin müəssisələrin qanunvericiliklə müəyyən edilmiş qaydada nəzərdə tutlmuş mənfəətindən ayırmalar aid edilir. Milli Bankın mənfəətindən ayırmalar, Dövlət neft Fondudan daxilolmalar və sığorta təşkilatlarından ayırmalar da buraya daxildir.
Dövlət əmlakının satışından daxilolmalara dövlətə məxsus olan bina və tikililərin, avadanlıqların, nəqliyyat vasitələrinin, digər əsaslı vəsaitlərin, dövlətə məxsus olan müəssisə və təşkilatların, maddi aktivlərin satışı və özəlləşdirilməsindən daxilolmalar. Büdcə təşkilatlaından ödənişli xidmətlərdən daxilolmalarvə inzibati tədiyyələr aiddir. İnzibati tədiyyələrə və ödəniçlərə dövlət rüsumu, birdəfəlik rüsum və sairödənişlər daxildir.
Qeyri-kommersiya təşkilatlarının fəaliyyətindən gəlirlər dedikdə, büdcədən maliyyələşən təşkilatların göstərdikləri müxtəlif ödənişli xidmətlərə görə daxilolmalar başa düşülür. Dövlət neft fondunun və Məqsədli Büdcə Fondlarının gəlirləri də bu kateqoriyaya aiddir.
Cərimə və sanksiyalar üzrə daxilolmalara cinayət və inzibati qaydada hüquq pozuntularına görə, həmçinin torpaq qanunvericiliyinə uyğun olaraq tutlan cərimə sanksiyalar aid edilir. Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr, sanksiyalar və sair daxilolmalar da bu qrupa aiddir.
2013-cü ildə dövlət büdcəsində vergiolmayan gəlirlərin həcmi 12750,0 mln manat, o cümlədən Dövlət Neft Fondundan daxilolmalar 11350,0 mln manat (59,7%) proqnozlaşdırılmışdırki bunun da büdcə gəlirlərində xüsusi çəkisi 66,6%-ə bərabərdir.
Rüsum vətəndaş və təşkilatlardan hər hansi bir fəaliyyətin həyata keçirilməsi müqabilində tutulan vəsaitlərdir. Rüsumların tətbiqində məqsəd rüsumla bağlı fəaliyyətin həyata keçirən təşkilatın xərclərinin ödənilməsidir. Rüsumlar dövlət orqanlarının öz funksyalarını həyata keçirmələri ilə əlaqədar və konkret olaraq bir fəaliyyətə görə tutulur, məqsədli xarakter daşıyır.
Ölkəmizdə rüsumların əsas üç növü mövcuddur: gömrük rüsumları, dövlət rüsumları və birdəfəlik rüsumlar.
Gömrük rüsumları. “Gömrük tarifi haqqında” AR qanununun 2-ci maddəsinə əsasən AR gömrük tarifi ölkənin gömrük sərhəddindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsum dərəcələrinin məcmusudur. Gömrük rüsumları – mallar ölkə ərazisinə gətirilən və ya ərazindən çıxarılarkən gömrük orqanları tərəfindən tutulan haqdır.
“ Dövlət rüsumu haqqında “ Azərbaycan respublikasının 2010-cу il 4 dekabr tarixli Qanuna əsasən dövlət rüsumu qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə - sənədlərin tərtibi, qeydiyyatı, razılığın verilməsi və s. –dövlət büdcəsinə ödənilən haqdır.
Dövlət rüsumunun ödəyiciləri:
Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər.
Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır.
Dövlət rüsumu aşağıdakı hallarda tutulur:
- məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi;
- notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması;
- vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;
- Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığından çıxma;
- Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması;
- standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi
- xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi;
- hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı;
- qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydə alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi;
- Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi;
- Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı;
Dövlət rüsumlarından daxil olmalar 2015-ci ilin dövlət büdcəsinin gəlirlərində 115 mln manat olacağı proqnozlaşdırılır ki, bu da 2014-cü ilin icra göstəricisi ilə müqayisədə 8,0 mln manat və ya 6,5 % azdır. 2013-cü il ilə mqayisədə isə 8,6 mln manat və ya 6,9 % azdır.
Dövlət rüsumları milli valyutada nağd və köçürmə yolu ilə tam məbləğdə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumlarının dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank qəbzinin əsli, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi verilir.
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vərəqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər və daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər, habelə AR vətəndaşlığının qəbul edilməsi barədə vəsadət qaldıran xaricdə yaşayan azərbaycanlılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Dostları ilə paylaş: |