Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar


Mühazirə 6. Mövzu: Sınaq laboratoriyalarına (mərkəzlərinə) olan tələblər və onların akkreditasiya qaydaları



Yüklə 486,64 Kb.
səhifə6/33
tarix04.06.2022
ölçüsü486,64 Kb.
#116620
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   33
sertifikatlac

Mühazirə 6.
Mövzu: Sınaq laboratoriyalarına (mərkəzlərinə) olan tələblər və onların akkreditasiya qaydaları.


PLAN

  1. Terminlər və təriflər.

  2. Akkreditasiya olunan laboratoriyalara tələblər.

  3. Sınaqların nəticələrinin qeydiyyatı.

  4. Akkreditasiya olunmuş laboratoriyaların vəzifələri.



Ədəbiyyat
1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007
2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Akkreditasiya olunan sınaq laboratoriyalarına tələblər və onların akkreditasiya qaydaları AZS «Milli sertifikasiya sistemi sınaq laboratoriyalarına (mərkəzlərinə) tələblər və onların akkreditasiya qaydaları» rəhbəredici normativ sənəddə öz əksini tapmışdır. Mövcud sənəd çərçivəsində «Standartlaşdırma sahəsində və bu sahə ilə sıx əlaqədar fəaliyyət növlərində ISO-BEK2 rəhbəredici sənədlərində ifadə olunan aşağıdakı termin və təriflərdən istifadə olunur:


Sınaqverilmiş məhsulun, prosesain yaxud xidmətin müəyyən olunmuş üsullara uyğun olaraq bir, yaxud bir neçə göstəricini müəyyən edən texniki əməliyyatdır.
Sınaq metodu – sınağın müəyyən edilmiş aparılma qaydalarıdır;
Sınaq protokolu - sınağın nəticələrini və sınağa aid edilən digər informasiyaları iradə edən sənəddir;
Sınaq laboratoriyası – sınaqlar aparılan laboratoriyadır;
Akkreditasiya üzrə orqan (laboratoriyalar)- laboratoriyaların akkreditasiya sistemini idarə edən, akkreditasiya aparan və akkreditasiya aparmağa hüquq verən orqandır; Laboratoriyalararası müqayisəli sınaqlar-əvvəlcədən müəyyən olunmuş şərtlərə uyğun olaraq iki, yaxud bir neçə müxtəlif laboratoriyaların eyni, yaxud oxşar məmulatın və ya materialların sınağının təşkili, aparılması və qiymətləndirilməsidir;
Sınaqların (laboratoriyalarda) keyfiyyətinin yoxlanması – laborator­iyalararası müqayisəli sınaqlar vasitəsilə verilmiş laboratoriyanın müəyyən edilməsidir;
Sistemdə laboratoriyaların akkreditasiyası texniki səlahiyyətliliyin və müstəqilliyin rəsmən tanınması və ya standartların və yaxud digər normativ sənədlərin tələblərinə uyğun olaraq konkret sınaq tipinin, konkret məhsulun sınaqlarının aparılmasında texniki səlahiyyətin rəsmən tanınmasıdır.
Məhsulun, komplektləşdirici məmulatların, xammal və materialların sınaqlarını aparan, aid olduğu sahədən və mülkiyyət formasından asılı olmayaraq, istənilən laboratoriya akkreditasiya oluna bilər. Hüquqi şəxs statusuna malik olan, yaxud hüquqi, şəxs statusu alan təşkilat və müəssisənin struktur bölməsinə daxil olan istehsalçılardan, istehlakçılardan və layihəçilərdən asılı olmayaraq və işlərin obyektiv, tam və dəqiq yerinə yetirilməsini təmin edən laboratoriya texniki səlahiyyətliliyə və müstəqilliyə akkreditasiya olunur.
Hüquqi şəxs statusuna malik olan, yaxud hüquqi şəxs statusu alan təşkilat və müəssisənin struktur bölməsinin tərkibində olub, işlərin tam və dəqiq yerinə yetirilməsini təmin edən, həmçinin kontrakt əsasında işləyən laboratoriya texniki səlahiyyətliliyə akkreditasiya olunur. Yerinə yetirilən işlərin obyektivliyi Azərdövlətstandartın və ya onun vəkil etdiyi orqanın nümayəndəsinin olması ilə təmin edilir. Laboratoriya akkreditasiya olunduqda ona akkreditasiya attestatı verilir.
Attestatın forması əlavədə verilir. Akkreditasiya attestatının fəaliyyət müddəti 3 ildən artıq olmamalıdır.
Laboratoriyanın akkreditasiya sahəsi onun akkreditasiyası zamanı müəyyən olunur. Rəhbəredici sənədlə təyin olunmuş akkreditasiya tələbləri bütün laboratoriyalar üçün ümumidir və lazım gələrsə akkreditasiya olunan laboratoriyaların özünə xas olan xüsusiyyətlərindən asılı olaraq başqa tələblərdə daxil edilə bilər.
Akkreditasiyanı və akkreditasiya olunmuş laboratoriyaların inspeksiya nəzarətini istehlakçıların, istehlakçı cəmiyyətlərin və digər maraqlı təşkilatların nümayəndələrini cəlb etməklə Azərdövlətstandart həyata keçirir. Nəzarət akkreditasiya attestatının qüvvədə olduğu bütün müddət ərzində həyata keçirilir. Akkreditasiya olunmuş laboratoriya öz fəaliyyətini «Sınaq laboratoriyası haqqında Əsasnaməyə»yə uyğun olaraq həyata keçirir. Akkreditasiya olunmuş laboratoriya haqqında Əsasnamə akkreditasiyanın nəticələri üzrə Azərdövlətstandart təsdiq edir. Laboratoriyanın akkreditasiya attestatı Azərdövlətstandart tərəfindən AZS sisteminin Dövlət Reyestində qeydiyyatdan keçirilir.
Akkreditasiya olunan laboratoriyanın təşkilat strukturu aşağıdakıları nəzərdə tutmalıdır:

  • tanınmış texniki funksiyaları yerinə yetirmək imkanını verən keyfiyyətə təminat sistemini;

  • əməkdaşlara, işlərin nəticələrinə təsir edə bilən qanuna zidd təzyiqlərin göstərilməsinin mümkünlüyünün istisna edilməsini.

Akkreditasiya olunmuş laboratoriyanın heyəti peşəkar hazırlığa, ixtisas və sınaq keçirmək təcrübəsinə malik olan mütəxəssislərdən ibarət olmalı və laboratoriyaya təhkim olunan məhsulların sınağının keçirilməsini təmin etməlidir.
Hər bir mütəxəssis üçün onun funksialarını, vəzifələrini və məsuliyyətini, aparılan işin keyfiyyətinə tələbləri, təhsilini, texniki biliklərini və iş təcrübəsini müəyyənləşdirən təlimat olmalıdır. Sınaqlarda bilavasitə iştirak edən əməkdaşlar sınaq aparmaq hüququ almaq üçün qüvvədə olan mühəndis-texniki işçilərin attestasiya qaydaları və fəhlələr üçün soraq kitabçası çərçivəsində attestasiyadan keçməlidirlər. Sınaq laboratoriyası öz heyətinin təhsilini və ixtisasını artırılmasını müntəzəm təmin etməlidir.
Sınaqlar keçirilən şəraitlərdə ətraf mühit sınağın nəticələrinə təsir etməməli və ölçmənin tələb olunan dəqiqliyinə mənfi təsir göstərməməlidir.
Sınağın aparıldığı binalar istehsal sahəsinə, vəziyyətinə və oradakı şəraitinə görə (temperatur, nəmliyin, havanın təmizliyinin, işığın, səs və titrəmədən izölə etmənin, maqnit, elektrik və digər fiziki sahələrin şüalanmasından müdafiə, elektrik enerjisi, su, hava, istilik, soyuqluq agenti və s. ilə təchizatı) təmin olunmasına, tətbiq olunan sınaq metodlarının tələblərinə, sanitar norma qaydalarının, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə uyğun olmalıdır. Sınağın keçirildiyi yerə daxil olmaq nəzarətdə olmalıdır. Laboratoriyaya kənar şəxslərin girişi məhdud olmalıdır. Ətraf mühitin şəraiti tələb etdi halda, laboratoriya heyəti və laboratoriyaya gələnlərin xüsusi geyimləri olmalıdır.
Laboratoriya sınağının aparılması üçün lazımi avadanlığa və akkreditasiya sahəsi üzrə təyin olunmuş bütün parametrləri ölçmək üçün ölçü vasitələrinə malik olmalıdır.
Sınaq avadanlığı və ölçü vasitələri laboratoriyanın akkreditasiyasına uyğun olan sınaqların metodikalarına aid normativ sənədlərin tələblərinə cavab verməlidir. Başqa təşkilatların attestasiyadan keçmiş sınaq avadanlığından və yoxlamadan keçmiş ölçü vasitələrindən müqavilə, yaxud digər sənədlər əsasında icarə şərtləri ilə istifadə etməyə yol verilir.
Bütün avadanlıq və ölçü vasitələri onların mühafizəsini, zədələnmədən və vaxtından tez yeyilmədən müdafiəsini təmin edən şəraitdə saxlanılmalıdır.
Vaxtaşırı texniki xidmət tələb edən avadanlıqlar üçün texniki xidmət üzrə təlimat və qrafik, həmçinin yoxlama qrafiki tərtib və təsdiq olunmalıdır.
Nasaz sınaq avadanlığı və ölçmə vasitələri istismardan çıxarılması və onların öz funksiyalarını yerinə yetirmə bilmədikləri üçün, yaxud istifadəyə yararsızlığını göstərməklə etiketləşdirilməlidir. Hər sınaq avadanlığı və ölçü vasitəsi qeydiyyatdan keçməlidir.
Hər vahid üçün qeydiyyat sənədlərində (vərəqdə, xəritədə və s.) aşağıdakı məlumatlar olmalıdır.

  • adı və növü;

  • istehsalçı müəssisə (forma), tipi (marka), zavod və inventar nömrəsi;

  • istehsal, alınma və istismara buraxılma tarixi;

  • alınma zamanı vəziyyəti (təzə istifadə olunmuş, təmirdən sonra və s.);

  • hazırkı zamanda yerləşdiyi yer;

  • nasazlıqlar, təmir və texniki xidmətlər barədə məlumatlar.

Bütün sınaq avadanlığı və ölçü vasitələri attestasiya, yoxlanılma və həmçinin təmirinin mümkünlüyü ilə təmin olunmalıdır. Sınaq laboratoriyasında istifadə olunan attestasiya və yoxlanış, qaydaları sənədləşdirilməlidir. Cihazların yoxlanış qaydaları fəaliyyətdə olan normativ-texniki sənədlərin müəyyən etdiyi tələblərə uyğun olmalıdır.
Akkreditasiya olunmuş laboratoriya aşağıda göstərilən müvafiq sənədlərə malik olmalıdır:

  • sınaqdan keçirilən məhsula və onun sınaq metodlarına texniki tələbləri müəyyən edən sənədlər: standartlar və texniki şərtlər, həmçinin beynəlxalq standartlar (qaydalar, texniki tövsiyələr və s.).

  • akkreditasiyadan keçmiş laboratoriyaya təhkim olunmuş məhsulun sınağını aparma proqramı və metodlarını müəyyən edən sənədlər. Standartlaşdırılmış sınaq metodları laboratoriyada müəyyən olunmuş qaydada attestasiya olunur;

  • sınaq avadanlığının və ölçü vasitələrinin lazımi vəziyyətdə saxlanmasını təmin edən sənədlər; Tətbiq olunan ölçü vasitələrinin yoxlanış və sınaq avadanlığının attestasiya metodikası və standartlaşdırılmış ölçü vasitələrinin yoxlama metodikaları, tətbiq olunan ölçmə vasitələri üçün istismar edilmə sənədi;

  • informasiya və sınaqların nəticələrinin saxlanma sistemini təyin edən sənədlər (protokollar, işçi jurnallar, hesabatlar və s.).

Laboratoriyada sınağın keyfiyyəti, təhlükəsizlik texnikası və sənədlərin aparılması ilə bağlı müəyyən olunmuş yerlərdə təlimatların, normativ-texniki sənədlərin, rəhbəredici sənədlərin və digər sənədlərin olmasını və aktlaşdırılmasını təmin edən üsullar müəyyən edilməli və sənədləşdirilməlidir.
Sınağın nəticələrinin alınması zamanı elektron sisteminin köməyi ilə göstəricilərin işlənməsi, sistemin etibarlığı hesabına onların təhrif olunması istisna edilir. Sistem müvafiq tədbirlərin qəbulu üçün hesablamanın yerinə yetirilməsi zamanı hesablama avadanlığının nasazlığını aşkar etmək imkanına malik olmalıdır.
Hər bir sınaq laboratoriyasının sınaqlarının nəticələrinin qeydiyyat sistemi olmalıdır. Bu sistem ilkin ölçmələrin, hesabatın və digər məlumatların, həmçinin şəxsiyyəti göstərməklə nümunəni alanların, sınağa hazırlayanların və sınaqları, ölçmələri aparanların qeydiyyatını təmin etməlidir. Saxlanmaq üçün nəzərdə tutulmuş və qeydiyyatdan keçirilmiş sınaqlar haqqında informasiyaların həcmi və məzmunu təkrar keçirilmiş sınaqların nəticələri ilə müqayisədə imkanlarını təmin etməlidir.
Bütün sənədlərin saxlanma şəraiti təyin olunmuş müddət ərzində onların mühafizəsini və məxfiliyini təmin etməlidir. Təhlükəsizlik sınaqlarının nəticələrini əks etdirən sənədlərin saxlanma müddəti məhdudlaşdırılmır. Sənədlərin saxlanma müddəti və şəraiti sənədləşdirilməlidir. Sınaqların nəticələrinin qeydiyyatının və verilməsinin bütün mərhələlərində sənədləşdirmənin hüquqi qanunauyğunluğu təmin olunmalıdır. (düzəlişlərin istisna olunması, imzaların, möhürün, tarixin və kargüzarlığın digər tələblərinin eyniləşdirilməsi).
Laboratoriyanın apardığı işlər (sınağın nəticələri və digər məlumat dəqiq, aydın və birmənalı təqdim olunmaqla) hesabatda öz əksini tapmalıdır. Sınaqlar üzrə hər bir hesabat aşağıdakı məlumatları əks etdirməlidir:

  • laboratoriyanın adı, ünvanı və sınağın keçirilmə yeri (əgər sınaq başqa yerdə keçirilmirsə);

  • hesabatın (sınağın nömrəsi) və onun hər səhifəsinin, həmçinin səhifələrinin ümumi sayının vahid şəkildə eyniləşdirilməsi;

  • sifarişçilərin soyadı və ünvanı;

  • sınaq nümunələrinin eyniləşdirilməsi və təsviri;

  • nümunələrin qəbulu və sınaqların keçirilmə tarixi;

  • normativ – texniki sənədlərin, şərti işarələnməsi, yaxud metodun və ya sınaqların keçirilmə metodikasının təsviri;

  • sınaqların şərtləri ilə əlaqədar hər hansı normaldan kənara çıxmaq və ya kənarolunma, yaxud bu sınaqlar üçün lazım olan digər informasiya;

  • standartlaşdırılmamış sınaq metodunun, yaxud üsulun istifadə olunmasının eyniləşdirilməsi;

  • seçilmə, tədqiqat və onların nəticələrinin cədvəllər, qrafiklər, cizgilər və fotolarla təsdiq olunması və zəruri hallarda bütün aşkar olunmuş nöqsanların göstərilməsi. Ölçmənin xətasının müəyyən edilməsi;

  • sınağın hesabatı üçün məsul şəxsin vəzifəsi, imzası, tarix;

  • sınaq barədə hesabatın ancaq sınağa məruz qalmış nümunələrə aid olduğunu göstərən sifariş;

  • sınaq laboratoriyasının icazəsi olmadan hesabatın tam çap olunmaması barədə göstəriş.

Sınaq barədə hesabata çapdan sonra düzəlişlər yaxud əlavələr edilmir. Onlar məsələn, «sınaq barədə hesabata əlavələr adlandırılan başqa bir sənədə daxil edilir».
Akkreditasiya olunmuş laboratoriyanın statusu ilə şərtləşdirilmiş vəzifələri və hüquqları aşağıdakılardır:

  • rəhbəredici sənəddə müəyyən edilmiş akkreditasiya tələblərinə uyğunluğun hər zaman saxlanılması;

  • ancaq akkreditasiya sahəsinə aid olan sınaqların akkreditasiya haqqında sifarişin verilməsi;

  • sınaqların nəticələrinin dəqiqliyinin, obyektivliyinin və düzgünlüyünün təmin edilməsi;

  • təhlükəsizlik tələbləri üzrə sertifikasiya aparmaq üzrə sınaqlara yalnız istehsalçının sertifikatlaşdırılan məhsulunun tipini təmsil edən dəqiq eyniləşdirilmiş nümunələrin qəbul edilməsi;

  • sınaq avadanlığının və ölçü vasitələrinin vəziyyətinə, vaxtında yoxlanılmasına və attestasiyadan keçməsinə, onlara xidmət göstərilməsinə və təmirinə nəzarətin təmin edilməsi;

  • sınaqların mənfi nəticələri barədə sertifikasiya üzrə orqanları, Azərdövlətstandartı və (istehsalçının yerləşdiyi ərazi üzrə) ərazi orqanlarının xəbərdar edilməsi;

  • akkreditasiya attestatının qüvvədə olma müddəti qurtardıqdan sonra akkreditasiya olunmuş laboratoriyanın hüquqlarından istifadə edilməməsi;

  • sertifikasiya üzrə orqanın akkreditasiyaya sifarişin verilməsi ilə əlaqədar gördüyü işlərin (iştiraketmə, qiymətləndirmə, inspeksiya və digər xidmətlər) xərclərinin ödənilməsi;

  • akkreditasiya üzrə orqana ziyan dəyəcək halda akkreditasiya səlahiyyətlərinin istifadə edilməməsi.



Yüklə 486,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin