Almaniyada ekosertifikatlaşdırma işlərinə 1974-cü ildən başlanmışdır. Bir neçə ildən sonra ekonişan “Mavi mələk” təsdiq olunmuşdur. Bu nişan ölkədən xaricdə də tanınır.
“ Mavi mələk” nişanının verilməsi ilə ekosertifikatlaşdırmanın inkişafı BMT-nin ətraf mühitin qorunması proqramı ilə bağlıdır. Bu nişanla markalanmış məhsul, onun ekoloji təhlükəsizliyinə təminat verən, müəyyən olunmuş qrup kriteriyalara uyğun olur.
Məsələn, avtomobilin ekonişanlı olması onun işlənmiş qazları təmizləyən etibarlı sistemlə təchiz olunduğunu göstərir. Almaniyanın ekosertifikatlaşdırma proseduru diqqətə layiqdir. İlk mərhələdə ekonişana namizəd məhsul açıq təqdim olunur.
Şəkil 2. Ekonişan“Mavi nişan” A B-də xüsusi nişanla (şəkil 3) ekomarkalamaq qəbul olunmuşdur.
Nişanın tətbiqindən məqsəd – istehlakçıları alınan məhsulun ekolojiliyi haqında düzgün məlumatlandırmaq və istehsalçıları ətraf mühitin mühafizəsi üzrə normaların və tələblərin gözlənilməsinə stimullaşdırmaqdır.
Ekonişanın yeyinti məhsullarına, içkilərə və dərman preparatlarına aid deyildir. Ekonişanla elə məhsullar markalanırlar ki, onların tərkibində direktivlərlə qorxulu, lakin buraxıla bilən hədlərdə, maddələr və preparatlar olur. İşərənin rəngi ağ fonda yaşıl, mavi və qara (və əksinə) ola bilər. Ekonişandan istifadə etmək hüququnu almaq üçün istehsaçı məhsulu onun ekolojiliyini qiymətləndirmək üçün təqdim etməlidir. Bu işlə, bir qayda olaraq, sertifikatlaş dırma orqanları məşğul olur. Bunun üçün hər bir məhsul
növü üzrə ayrıca müqavilə bağlanmalıdır. Ekonişandan reklamda geniş istifadə olunur. O, məhsulun bazara daxil olmasına Şəkil 3. AB-nin ekomarkalama nişanı kömək edir və satıcının (istehsalçının) rəqabət mövqelərinə müsbət təsir göstərir.
Məhsullara ekoloji tələblər çox aktual olduğundan, ekonişan isə satış səviyyəsinə birbaşa təsir etdiyindən, müasir bazarlarda ekonişanların qeyri-düzgün rəqabəti baş verir ki, bu da istehsalçı tərəfindən ekomarkalamadan qeyri qanuni istifadə edilməsi, yaxud alıcılara tanış olamayan yeni nişanların icad edilməsi ilə bağlıdır. Bu həm alıcılara, həm də ekosertifikatlaşdırma ideyasının özünəziyan vurur.