Mühazirə 16. Fənn: Sertifikasiyanın əsasları. Mövzu: Sertifikasiya üzrə orqanların fəaliyyətinin təşkili. PLAN Məhsulların sertifikasiyası üzrə orqan
Sertifikasiya üzrə orqanın strukturu
Ədəbiyyat 1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007 2.КрыловаГ.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Sertifikasiyanın keyfiyyəti, əsasən, sertifikasiya üzrə orqanın fəaliyyətindən, onun yüksək səviyyədə səlahiyyətlilikdən və müstəqilliyindən asılıdır.
Sertifikasiya üzrə orqanın bütün fəaliyyəti müştərilərin istəklərinin təmin olunmasına yönəlməlidir. Sertifikasiya üzrə orqan sifarişçiyə orqanın xidmətləri haqqında məlumatlardan maneəsiz olaraq istifadə etmək imkanı yaratmalıdır. Ona qəbul olunma maliyyə və digər şərtləri irəli sürmək məsləhət görülmür. Orqan öz fəaliyyətini yerinə yetirərkən köməkçi olan prosedurlar diskriminasiya xarakterli olmamalıdır.
Məhsulların (xidmətlərin, keyfiyyət sistemlərinin, heyətin) sertifikasiyası üzrə orqan kimi akkreditasiya olunmağa təqdim olunan təşkilat QOSTRS 1000.5-96 standartının aşağıdakı tələblərinə uyğun olmalıdır.
Fəaliyyətdə olan qanunvericiliyə uğun hüquqi statusa;
sınaq sahəsində, keyfiyyətin qiymətləndirilməsində müəyyən iş təcrübəsinə, normativ sənədlə iş təcrübəsinə və həmçinin sifariş olunmuş sahədə nüfuza;
lazımi vasitələrə və sənədləşdirilmiş prosedurlara.
Sertifikasiya üzrə orqan aşağıdakı əsas funksiyaları yerinə yetirir:
orqanın bütün funksiyalarının realizəsi zamanı funksiyaların cavabdehliklərin və heyətin qarşılıqlı fəaliyyətinin bölgüsünü təmin edir;
orqan öz funksiyalarını əsaslandırılmış prosedurlarla və sertifikasiya sxemləri üzrə yerinə yetirməsi üçün təşkilati-metodiki sənədləri işləyir;
akkreditasiya sahəsinə uyğun sertifikasiyada istifadə olunan normativ sənədlər fondunu formalaşdırır (komplektləşdirir) və aktuallaşdırır;
məhsulu sertifikatlaşdırır, uyğunluq sertifikatı və uyğunluq nişanının tətbiqi üçün lisenziyanı verir (yaxud özü nişanı tətbiq edir);
uyğunluq sertifikatını qeydiyyatdan keçirir;
xarici sertifikatların, sınaq protokollarının və məhsulun qoyulmuş tələblərə uyğunluq şəhadətnamələrinin analizini və uçotunu aparır;
sertifikasiya sxemi üzrə sertifikatlaşdırılmış məhsulun inspeksion nəzarətini aparır;
verilmiş sertifikatların fəaliyyətini ləğv edir, yaxud müvəqqəti olaraq saxlayır, korreksiyaedici tədbirlərin işlənməsində iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir;
heyətin yerləşdirilməsini və ixtisasların artırılmasını təmin edir.
sınaq laboratoriyaları ilə, sertifikasiya üzrə digər orqanlarla (o cümlədən digər ölkələrlə), sertifikasiya üzrə milli orqanla qarşılıqlı fəaliyyət göstərir;
məhsulu hazırlayanlarla (satıcılarla), məhsula dövlət nəzarətini yerinə yetirən təşkilatlarla, istehlakçılarla və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir;
daxili yoxlamanın və özünün müasir sənədin tələblərinə və həmçinin məhsulun sertifikasiya sistemlərində müəyyən olunmuş tələblərinə uyğunluğunun təmin edilməsini yerinə yetirir;
öz fəaliyyətinin bütün məsələləri üzrə sənədləşdirməni aparır;
öz fəaliyyətinə inspeksion nəzarəti aparan orqanların bu sənədlərdən istifadə etməsinə imkan yaradır;
Bütün maraqlı tərəfləri sertifikasiyanın nəticələri haqqında, o cümlədən sertifikasiyadan keçməyən məhsul haqqında, yaxud müəyyən edilmiş pozuntular və məhsulun qoyulmuş tələblərə uyğun olmaması haqqında məlumatlarla təmin edir.
Yuxarıda sadalanan funksiyalarla bağlı olaraq sertifikasiya üzrə orqan uyğun inzibati və təşkilati struktura, ixtisaslı heyətə, sənədlərin idarə olunması sisteminə və sertifikasiya üzrə işlərin keyfiyyətinin təmin edilməsi sisteminə malik olmalıdır.
Sertifikasiya üzrə orqanın müstəqilliyi onun şəkildə göstərilən inzibati strukturu ilə təyin edilir.
Sertifikasiya üzrə orqanın strukturu qərəzsizliyə və bütün maraqlı tərəflərin sertifikasiya sisteminin öz funksiyalarının yerinə yetirilməsində iştirakına bərabər imkanların yaradılmasına təminat verməlidir. Bunun üçün, sertifikasiya üzrə orqanda fəaliyyət göstərən, əlaqələndirici şuranın işində maraqlı tərəflərin nümayəndələri iştirak edirlər. Sertifikasiya üzrə orqan daimi (ştatlı) heyətə malik olmalıdır. Sertifikasiyanın nəticələrində kommersiya marağı olan tərəflərin heyətə təsir göstərməsinə yol verilə bilməz. Sertifikasiya üzrə orqan, onun akkreditasiya sahəsini tam, yaxud qismən əhatə edən sınaq laboratoriyasına malik ola bilər (sınaq laboratoriyası uyğun qaydalar üzrə akkreditasiya olunmalıdır).
Əlaqələndirici Şura sertifikasiya üzrə orqanın fəaliyyətini QOST PS51000. S-96 və EN450//-450B standartının və sertifikasiya prosedurlarının tələblərinə uyğun təmin edir. Onun funksiyalarına aşağıdakılar daxildir:
Sertifikasiya orqanının fəaliyyətini təyin edən siyasətin formalaşdırılması;
Bu siyasətin aparılmasına nəzarət;
Sertifikasiya üzrə işlərin qiymətinin təyin edilməsinə nəzarət;
Lazımi hallarda sertifikasiya üzrə işlərin yerinə yetirilməsi həvalə olunan ştatdan kənar sertifikasiya üzrə müəssisələrin tərkibinin təyin edilməsi;
Sertifikasiya üzrə milli orqanla və məhsulun sertifikasiyası məsələləri üzrə digər təşkilatlarla qarşılıqlı fəaliyyətin təşkili.
Əlaqələndirici Şura sertifikasiya üzrə orqanın işində maraqlı olan bütün strukturlarından ibarətdir. Nazirliklər, professional assosiasiyalar, banklar, sığorta şirkətləri, sənaye, elm və təhsil nümayəndələri Əlaqələndirici şuranın üzvü ola bilərlər. Hər hansı bir tərəfin maraqlarının digər tərəflərin maraqlarının üstələnməsinin qarşısını almaq üçün Əlaqələndirici Şurada onların üzvlülüyü bərabər paylanmalıdır. Bir qayda olaraq bu Şura 8-10 nəfərdən ibarət olur.
Müşahidəçi Şura, əgər o qeyri-dövlət təşkilatıdırsa, sertifikasiya üzrə orqanın təsisçilərindən ibarət olur. Sertifikasiya üzrə orqan onların vəsaiti hesabına təşkil edilir və akkreditasiya olunur. Bu Şura orqanın fəaliyyətinə ümumi nəzarət edir, lakin o, sertifikasiya üzrə orqana gəlirləri təmin edən mənbə kimi təsir etmir. Əgər sertifikasiya üzrə orqan dövlət idarəsidirsə (məsələn ATM), onda müşahidəçi Şura funksiyasını təşkilatın rəhbərliyi yerinə yetirir.
Sertifikasiya üzrə orqan sertifikasiya üzrə cari işlərə göstərilən funksiyalara uyğun cavab verir. Onun işinə icraçı direktor rəhbərlik edir. Sertifikasiya üzrə orqanın ştatında, bir qayda olaraq, keyfiyyətin təmin edilməsi sisteminə cavabdeh 1-ə ekspert-auditor və katib olur. Digər ekspertlər və həmçinin mühasib və mütəxəssislər (məsələn, kompüter şəbəkəsi üzrə), bir qayda olaraq, müqavilə əsasında cəlb olunurlar. Apellyasiya komissiyası sertifikasiya üzrə fəaliyyətə və qərara sifarişçi tərəfindən şikayətlərə baxmaq üçün lazımdır. Onun tərkibinə müstəqil hüquqşünaslar və sertifikasiya üzrə orqanın fəaliyyət sahəsinin mütəxəssisləri daxil olurlar. Orqanın strukturunda sertifikasiya üzrə komissiya EN45013 Avropa standartlarının tələblərinə uyğun sınaq, nəzarət və sertifikasiya funksiyalarının dəqiq bölgüsü üçün nəzərdə tutulmuşdur. Bir qayda olaraq onun tərkibinə orqanın rəhbəri və sertifikasiya prosesində iştirak etməmiş 1-2 ekspert daxil olurlar. Komissiyanın işi, uyğunluğun qiymətləndirməsini aparmış, ekspertin hesabatının yoxlanılmasından və sertifikatın verilməsi, yaxud verilməməsi haqqında qərarın qəbul edilməsindən ibarətdir. Belə komissiyanın mövcudluğu keyfiyyət sisteminin və heyətin sertifikasiyasını aparan orqanlar üçün xarakterikdir.
Sertifikasiya üzrə orqanın strukturunda keyfiyyətin təmin edilməsi sisteminə cavabdeh onun öhdəliklərinə böyük əhəmiyyət verildiyindən xüsusi ayrılmışdır. Keyfiyyət sisteminə cavabdehin funksiyalarını orqanın birbaşa rəhbərinin tabeliyində olan, ştatdakı əməkdaşı yerinə yetirir. Bəzən kənardan bu işə keyfiyyətin təmini məsələləri üzrə məsləhətçi cəlb olunur. Sertifikasiya üzrə orqanın keyfiyyət sahəsində həll etməli məsələləri «keyfiyyət üzrə Rəhbərlik» adlı xüsusi sənəddə şərh olunur. Bu sənədin əsas bölmələri aşağıdakılardı:
Keyfiyyət sahəsində siyasət haqqında ərizə;
Sertifikasiya üzrə orqanın hüquqi statusunun qısa təsviri;
Sertifikasiya üzrə orqanın fəaliyyətinin təşkili haqqında arayış. Bura həmçinin onun hüquqi statusu, səlahiyyətləri və prosedur qaydaları haqqında məlumatlar daxil edilir;
Sertifikasiya üzrə orqanın heyətinin (həm ştatda, həm ştatdan kənar) soyadları, ixtisasları, praktiki iş təcrübəsi, səlahiyyətləri, o cümlədən attestasiyadan keçmiş ekspertlərin mövcudluğu və təsdiq edən sənədlərin qeydiyyat nömrələri. Ştatdan kənar heyətin yerinə yetirdiyi işin həcmi konkret məhsulun sertifikasiyası üzrə işin həcminin 10%-dən artıq olmamalıdır;
Sertifikasiya ilə məşğul olan heyətin ixtisaslarının lazımi səviyyədə saxlanılması və yüksəldilməsi haqqında ətraflı məlumat;
Heyətin tabeliyini, cavabdehliyini və öhdəçiliyinin bölgüsünü əks etdirən təşkilat sxemi;
İlkin və sonrakı sınaqların nəticələrinin qiymətləndirilməsi proseduru haqqında məlumatlar;
İstifadə olunan sınaq vasitələri haqqında məlumatlar;
İnspeksion nəzarətin aparılması qaydası haqqında məlumatlar;
Subpodratçıların siyahısı və prosedurların qiymətləndirilməsi və onların səlahiyyətliliyinin yoxlanılması haqqında ətraflı məlumatlar;
Heyətin, onun xidmət vəzifələrini və cavabdehliyini göstərən vəzifə təlimatları;
Apelyasiyaların verilməsi və baxılması qaydası haqqında ətraflı məlumatlar;
Sertifikasiya üzrə orqanın fəaliyyətinin daxili yoxlanılması qaydası;
Arxiv işlərinin aparılması qaydası;
Sənədlərin saxlanılması müddəti;
Sınaq laboratoriyası QOST RS5100.5-96 standartının tələblərinə uyğun olaraq sertifikasiya orqanının strukturuna daxil ola bilər. Avropa təcrübəsində EN 45000 seriyalı standartlarının tələblərinə görə sertifikasiya üzrə orqanlar və sınaq laboratoriyaları ayrı olmalıdır.
Sertifikasiya üzrə orqanın strukturu «Sertifikasiya üzrə orqan haqqında əsasnamədə» göstərilir. Bu sənəd orqanın hüquqi statusunu təyin edir və aşağıdakı məlumatları əks etdirir:
akkreditasiya sahəsini;
sertifikasiya üzrə orqanın hüquqi statusunun qısa təsvirini;
sertifikasiya üzrə orqanın Dövlətstandart və digər təşkilatlarla qarşılıqlı əlaqəsini, o cümlədən sertifikasiya üzrə orqan ilə qarşılıqlı əlaqədə olan təşkilatların siyahısını;
sertifikasiya üzrə orqanın maliyyə fəaliyyətini;
heyətin (həm ştatda, həmçinin ştatdan kənar) soyadları, adları atalarının adlarını, ixtisaslarını, praktik iş təcrübəsini və səlahiyyətlərini.
Məcburi sertifikasiyanı aparan orqan haqqında Əsasnamədə onun maliyyə fəaliyyəti barədə aşağıdakılar müəyyən olunmalıdır:
sertifikasiya üzrə orqan qeyri-kommersiya əsasında işləyir, yəni qanunla nəzərdə tutulmuş ödənişlər verildikdən sonra, yerdə qalan gəlirdən ancaq sertifikasiya sahəsində fəaliyyətin realizə olunması və inkişafı üçün istifadə olunur;
heyətin əmək haqlarının orqanın gəlirinin ölçüsündən birbaşa asılılığına yol verilir;
orqanın fəaliyyəti dayandırıldıqdan sonra onun əmlakının bölünməsinə yol verilmir. (bu əmlakdan ancaq sertifikasiya məqsədləri üçün istifadə etmək nəzərdə tutulur).
sertifikasiya üzrə işin ödənişini sifarişçi «Məhsulların və xidmətlərin sertifikasiyası haqqında» Qanunda nəzərdə tutulmuş qaydada yerinə yetirir.
Sertifikasiya üzrə orqanın texniki səlahiyyətliliyi elə səviyyədə olmalıdır ki, o, sertifikasiya sisteminin qaydalarına, sertifikasiya üzrə orqan haqqında Əsasnaməyə və keyfiyyət üzrə Rəhbəredici sənədlərə uyğun sertifikasiya üzrə bütün kompleks işləri yerinə yetirə bilsin. Bununla bağlı orqan aşağıdakılara malik olmalıdır:
keyfiyyət sisteminin daxili və xarici auditləri də daxil olmaqla, sertifikasiyanın bütün mərhələlərinin aparılması üçün işlənmiş və sənədləşdirilmiş proseslərə;
sertifikasiyanın nəticələrini işləyib tərtib etmək üçün və eləcə də informasiya fəaliyyətini həyata keçirmək üçün lazım olan texniki vasitələrə;
sertifikasiyanı aparmaq üçün və məxfiliyi, kommersiya sirrini təmin edə bilən binaya;
orqanın tərkibinə sınaq laboratoriyası daxil olarsa – sınaq avadanlığına.