Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar



Yüklə 486,64 Kb.
səhifə23/33
tarix04.06.2022
ölçüsü486,64 Kb.
#116620
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   33
sertifikatlac

Mühazirə 13.
Mövzu: Avropa Birliyində (AB) sertifikasiya.
PLAN

  1. Uyğunluğun qiymətləndirilməsi üzrə AB-nin siyasəti

  2. AB-də Qlobal konsepsiya

  3. Layihələndirmə və istehsal mərhələləri



Ədəbiyyat
1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007
2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Uyğunluğun qiymətləndirilməsi üzrə AB-nin siyasəti, 1988-ci ildə Brüsseldə sertifikasiya və sınaq məsələləri üzrə Qərbi Avropa ölkələrinin simpoziumu olmuşdur. Burada AB üçün sertifikasiya və sınaqların vahid prinsiplərinin yaradılması üçün məsləhətlər işlənmişdir. Simpoziumun materiallarına əsasən, Avropa Cəmiyyətləri Komissiyası (ACK), texniki şərtlərə, sınaqlara və sertifikasiyaya kompleks yaxınlaşmaq üçün qətnamə hazırlanmışdır. Bu sənəd AB-nin sertifikasiya və məhsulun sınaqlarına aid məsələlərə yaxınlaşmanın inkişafında yeni, daha yüksək səviyyənin başlandığını təsdiq edir:



  • AB ölkələrinin müəssisələrinə keyfiyyətin idarə olunması sistemini EN 29001, EN 27002 və EN 29003 standartları əsasında tətbiq etmək təklif olunur;

  • Cəmiyyət üçün sınaq laboratoriyalarının, akkreditasiya və sertifikasiya orqanlarının səriştəliliyinin və sərbəstliliyinin qiymətləndirilməsinin vahid meyarlarını təsdiq edir.

AB ölkələrində məmulatların təhlükəsizliyinin təsdiqi prosedurlarında gözəçarpan fərqlər mövcud idi. Bu həm ərizə deklarasiya, həmçinin üçüncü tərəfin sertifikasiyası ola bilərdi. Lakin 1988-ci ildə texniki harmonizasiya haqqında AB-in Direktivi qəbul edilmişdir. Direktivdə əsas tələblərin və standartların mövqeyi dürüst müəyyən edilmişdir. Əsas tələblər standartların tələblərindən fərqli olaraq məcburidir. Əgər standart harmonikləşdirilibsə, onda bu standarta görə hazırlanmış məhsul, əsas tələblərə uyğun hesab edilir. Bu halda nəzarət prosesi istehsalçı üçün asanlaşır.
Əgər məhsul harmonikləşdirilmiş standarta görə deyil, əsas tələblərə uyğun hazırlanıbsa, onda uyğunluğa üçüncü tərəfin təsdiqi vacib hesab edilir.
Kompleks yaxınlaşma, səriştəlilik, yüksək texniki təchizat və şəffaflıq şəraitində, sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınmasına keçidi yaxınlaşdırır. Şəffaflığı təmin etmək üçün bütün maraqlı tərəflərin standartların tələbləri, sınaq metodları, məmulatların təhlükəsizlik tələbləri haqqında informasiya almaq üçün mühitin yaradılması tələb olunur. AB Komissiyasının yaratdığı «Sertifikat» verilənlər bankı Avropada mövcud olan bütün sertifikasiya sistemləri, sınaq metodikaları, laboratoriyalar, sınaq mərkəzləri və s. haqqında informasiyanı saxlayır.

  • AB-nə üzv ölkələrdə sınaq laboratoriyalarının akkreditasiyasına diqqət artır. milli akkreditasiya sistemlərinin EN45000 Avropa standartları bazasında inkişaf tendensiya və bu sahədə əməkdaşlıq həvəsləndirilir. 1989-cu ildə AB-də uyğunluğun qiymətləndirilməsi üzrə qaydaların harmonizasiyasının Qlobal konsepsiyası qəbul olunmuşdur. Direktivlərə uyğun olaraq, uyğunluq istehsalçı tərəfindən qiymətləndirilə bilər. İstehsalçı o məhsulun direktivlərinin tələblərinə uyğunluğunu ərizə-deklarasiya vasitəsilə təsdiq edir və məhsulu nişanla markalayır.(şək10.1.)


AB-nin direktivinə uyğnluq nişanı «Yeni» direktivlər məhsulun həyat tsiklinin müəyyən mərhələsi üçün (layihələndirmə, istehsal, realizasiya istifadə) konkretləşdirilmiş, təhlükəsizliyə harmonikləşdirilmiş tələbləri təcəssüm edir. Direktivləri uzun müddət dəyişdirməmək üçün onlara ümumi tələblər daxil edilir. Daha ətralı və fərdi tələblər standartlarda verilir.
«Yeni» direktivlər köhnələrdən struktura görə də fərqlənirlər: onlarda həm hüquqi, həm də texniki hissələr olmaqla, uyğunluğun qiymətləndirilməsi sisteminin prinsipləri və standartlara istinadlar verilir. Beləliklə, «yeni» direktivdə adı çəkilən məcburi xarakter daşımayan Avropa standartı onun tələblərinə uyğun olan məhsulun, heç bir maneə və məhdudiyyət olmadan, bazara daxil olmasını təmin edir. «Yenilərdən fərqli olaraq «köhnə» direktivlər sahə xarakterlidir, yəni onların tələbləri unifikasiya olunmalıdır. Köhnə direktivlərdə standartlara istinadlar edilmir. Bu da onların praktikada tətbiqini çətinləşdirir. Yeni Konsepsiya üzrə AB Direktivləri, istehsalçıların istifadə edə biləcəyi, uyğunluqların (modulların) təsdiq edilməsi üsullarını təyin edir. Konkret modulun seçilməsi hüquqi təchizatçıya (istehsalçıya) verilmişdir. Məhsulun müxtəlif həyat mərhələləri üçün müxtəlif modullar nəzərdə tutulmuşdur.
Avropa modullarının məzmununa baxaq:
Layihələndirmə mərhələsində «Tipik» nümunənin yoxlanılması» Modulu B təklif olunur. Sifarişçi səlahiyyətli orqana aşağıdakı sənədləri təqdim edir:
Məmulatın (tipin) nümunəsi; nümunəni şərh edən sənədləri: layihənin konsepsiyasını, çertiyojları, komponentlərin sxemlərini və s; tam, yaxud qismən tətbiq olunan standartların siyahısını; hesabatların və ekspertizaların nəticələrini; sınaqların protokollarını.
Sınaqların nəticələri müsbət olduqda səlahiyyətli orqan sifarişçiyə «AB» tipini təsdiq edən sertifikat verilir. Sertifikat ekspertizanın nəticələrini, onun qanuniliyini, təsdiq olunmuş nümunənin eyniləşdirilməsi üçün verilənləri və digər məlumatları əks etdirməlidir. Sertifikasiya üzrə digər orqanlar təcili olaraq verilmiş tipi təsdiq edən sertifikatın verilməsi haqqında məlumatlandırılır. Əgər sınaqların nəticələri mənfi olarsa, yaxud əvvəllər verilmiş «AB» sertifikatı ləğv olunarsa, onda sınaq orqanı bu barədə digər səlahiyyətli orqanları və ona bu səlahiyyətləri vermiş dövlətləri məlumatlandırmağa borcludur. Edilmiş dəyişikliklər təhlükəsizlik tələblərinə uyğunluğa gətirdiyi halda, təsdiq olunmuş nümunənin modifikasiyaları sınaqlardan keçməlidir.
AB istehsal mərhələsi üçün dörd modul təklif olunur.
Modul S «Məhsulun uyğunluğu haqda istehsalçının deklarasiyası (variant 1)». İstehsalçı ərz edir ki, onların göstərdikləri məhsullar «AB» sertifikatı almış nümunəyə tam uyğundur. İstehsalçı məmulatı CE uyğunluq nişanı ilə bağlamada, onu müşayiət edən sənədlərdə, yaxud məmulatın özündə həkk etməklə markalaya bilər. İstehsalçı istehsalın bütün mərhələlərində keyfiyyətin sabitliyini təmin edən lazımi tədbirlərin qəbul edilməsinə və bütün məmulatların sertifikatlaşdırılmış tipə tam uyğunluğuna görə məsuliyyət daşıyır.
Modul O. «Məhsulun uyğunluğu haqda istehsalçının deklarasiyası (variant 2)». Istehsalçı üçün modul S-də nəzərdə tutulmuş bütün öhdəliklərə uyğun olaraq bu modulda keyfiyyətin təmin edilməsi sisteminin istehsalatda təşkil edilməsi və ona AB-nin nəzarət xidməti tərəfindən nəzarətin vacibliyi nəzərdə tutulmuşdur. Sertifikasiya üzrə səlahiyyətli orqan keyfiyyət sistemini 29000 seriyalı (ISO 9000) Avropa standartına uyğunluğuna qiymətləndirir. Keyfiyyət sisteminə nəzarət istehsalçının sertifikasiya (qiymətləndirmə ilə bağlı öhdəlikləri yerinə yetirdiyinə arxayın olmaq üçün aparılır).
Modul E. «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası» (variant 3) keyfiyyətin sabit səviyyəsini istehsalın bütün mərhələlərində təmin etməyə və bütün məmulatların «ES» sertifikatında göstərilmiş tipə və həmçinin bu məmulatların direktivlərin tələblərinə uyğunluğuna nail olmağa borcludur. İstehsalçı səlahiyyətli orqanı seçir və o da bütün məmulatların keyfiyyətinin aşağıdakı prosedurlardan biri ilə uyğunluğunu yoxlayır.
Birinci prosedur – məhsul statistik nəzarətə uğradılır: Istehsalçı məmulatlar partiyasını təqdim edir və hər partiyadan bir nümunə seçilmiş meyarlara uyğunluğuna yoxlanılır. Əgər məmulatlar partiyası qeyri kondision, yəni şərtlərə uyğun olmayan kimi qəbul edilmişdirsə, nəzarətçi orqan məhsulun təchizatının qarşısını alan tədbirlər görür.
Modul F. «Səlahiyyətli orqan tərəfindən yoxlama (variant 1)». Səlahiyyətli orqan tərəfindən yoxlamaların nəticələrinə görə məmulatın «ES» tipli sertifikata və həmçinin Direktivlərin müvafiq tələblərinə uyğunluğunu (yaxud uyğunsuzluğunu təsdiq edir. Hər məmulat (CE ) uyğunluq nişanı ilə markalanır, istehsalçıya isə uyğunluq sertifikatı verilir. CE nişanı onu verən orqanın rəmzi ilə müşayiət olunur.
Layihələndirmənin və istehsalın birləşdirilmiş mərhələləri - Bu mərhələlərdə üç modul məsləhət görülür.
Model A. Uyğunluq haqqında istehsalçının deklarasiyası. Istehsalçı yazılı sürətdə rəsmi olaraq bildirir ki, onların hazırladığı məmulat Direktivin tələblərini ödəyir və CE nişanı ilə markalanır. (direktivlərin siyahısı verilir).
Modul G. «AB»-də uyğunluğun yoxlanması (variant 2). Ayrıca götürülmüş məmulatın, yaxud kiçik seriyalı məhsulların yoxlanması üçün istifadə olunur. Səlahiyyətli orqan yoxlamaların nəticələrinə görə məmulatın uyğunluğunu təsdiq edir və CE nişanı ilə markalamaq hüququ ilə uyğunluq sertifikatını verir. Hər bir məmulat standarta uyğun ekspertizaya və sınaqlara uğradılır. Səlahiyyətli orqana layihə üzrə bütün lazımi sənədlər verilir.
Modul N. «Layihənin və məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası». İstehsalçı müəyyən tipin layihəsinin Direktivin tələblərinə uyğunluğu və məhsulun verilmiş tipə uyğunluğunu rəsmi olaraq bildirir. Bundan başqa istehsalçı, AB xidmətləri tərəfindən nəzarət olunmalı, keyfiyyətin təmin edilməsi sistemində mütləq tətbiq edilməlidir.
Bütün modulların bir-birini tamamlamasına baxmayaraq, onlardan ayrı-ayrılıqda istifadə etmək olar. Modullu yaxınlaşma AB çərçivəsində uyğunluğun təsdiq edilməsi sisteminin çevikliyini təmin edir. Belə yaxınlaşmadan milli sistemləri də istifadə etmək mümkündür.
Direktivlər müəyyən növ məhsullar üçün uyğunluğun qiymətləndirilməsinin alternativ üsullarından istifadə edilməsini mümkün sayır. Məsələn, 93/42/AB direktivi dərman vasitələri üçün keyfiyyətin təmin edilməsi üsullarını və alternativ nəzarət növlərini müəyyən edir.
CE nişanı standarta uyğunluq haqqında şəhadət vermir, lakin ES Direktivinə uyğunluğunu təsdiq edir.
Beləliklə, CE nişanlı məhsul «Əsas tələblərə» (təhlükəsizlik, ekoloji) cavab verir və AB-ə üzv ölkələrin bazarlarında sərbəst dövr edə bilir. «Köhnə» direktivlərdən fərqli olaraq «yeni» direktivlərdə Avropa standartlarına (Avronormalara) istinadlar vardır, ona görə də CE nişanlı məhsul faktiki olaraq tamamilə standarta uyğun olur və bu uyğunluğun hər hansı bir sübuta ehtiyacı qalmır.
Avropalı istehsalçıya ixtiyari normativ sənədə uyğun məhsul buraxmaq hüquqi verilmişdir. Lakin belə halda o, məhsulunun xarakteristikalarının belə məhsula AB tərəfindən qoyulan tələblərə tam uyğun olduğunu sübut etməlidir. Əgər istehsalçının buraxdığı məhsulun parametrləri direktivdə göstərilmiş standartın tələblərindən yüksəkdirsə onda o, bunu könüllü qaydada sınaqdan keçirməklə sübut etməlidir. Bu zaman keyfiyyətin yüksək olduğunu təsdiq edən nişandan istifadə mümkündür. Məsələn, belə hal üçün Finlandiyada Fi nişanı mövcuddur.
Konkret AB Direktivində, ümumiyyətlə, məhsulun təchizatçısının, yaxud istehsalçısının istəyi ilə bir neçə (iki-üç) modulun tətbiq edilməsinin mümkünlüyü müəyyən olunmuşdur.
Modulların izahından görünür ki, uyğunluğun qiymətləndirilməsi prosedurları qarışıq xarakter daşıyır: onlarda istehsalçının və sertifikasiya üzrə səlahiyyətli orqanın fəaliyyəti nəzərdə tutulur ki, buna da uyğun olaraq istehsalçının ərizə-deklarasiyası və həmçinin sertifikasiyanın atributurları kimi sertifikatdan və uyğunluq nişanından istifadə olunur. Səlahiyyətli orqan üçüncü tərəf olduqda, modullar müxtəlif dərəcədə sertifikasiya proseduruna yaxın olur. İstehsalçının və səlahiyyətli orqanın fəaliyyətinin uzlaşdırılması modullara nəinki qiymətləndirmə, həmçinin uyğunluğu təmin edən üsul kimi baxmağa imkan verir.
CE uyğunluq nişanı məhsulun ona aid olan yeni qaydalı direktivlərin bütün tələblərinə uyğun olduğunu təsdiq edən vahid və yeganə nişandır. Bu Direktivlər, yaxud standartlar haqqında məlumat sınaq protokollarında və uyğunluq sertifikatlarında verilməlidir.
Sertifikatlaşdırılmamış məhsuldan təyininə görə istifadə edildikdə, istifadə edəndən müəyyən ehtiyat tədbirlərin görülməsi tələb olunur. Direktiv belə vəziyyət üçün xüsusi xəbərdarlıq nişanı – «İstehlakçı, ehtiyatlı ol» nişanını nəzərdə tutmuşdur. AB ölkələri üçün vahid uyğunluq qiymətləndirilməsi sistemini praktikada tətbiq edərkən, milli sertifikasiya sistemlərinin bu sistemdə yeri və rolu və həmçinin prosedurların qarşılıqlı tanınması ilə bağlı bir sıra heç də sadə olmayan problemlər meydana çıxmışdır.
Bu problemlərin həlli yolundan biri xüsusi orqanın - sınaqlar və sertifikasiya üzrə Avropa təşkilatının (SSAT-EOIS) yaradılması olmuşdur.



Yüklə 486,64 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin