Mühazirə 14. Mövzu: MDB-də sertifikasiya. PLAN Rusiya Federasiyasının QOSTR sistemi
Ölçmə vasitələrinin sertifikasiyası haqqında Əsasnamə
Ədəbiyyat 1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007 2.КрыловаГ.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
MDB məkanında sertifikasiya üzrə fəaliyyətin istiqamətini təyin edən əsas sənəd 1992-ci ildə imzalanmış «Standartlaşdırma, metrologiya və sertifikasiya sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında» müqavilədir. Müqavilənin sertifikasiyaya aid müddəaları əsasında birliyin iştirakçı ölkələri, sertifikasiya sisteminin formalaşdırılmasında və realizəsində və bu sahədə işlərin təşkilində tam sərbəstliyə malik olmaqla, ISO/BEK-in Rəhbəredici sənədləri və bu sahədə yığılmış təcrübəni nəzərə almaqla milli sertifikasiya sistemlərini formalaşdırır.
Rusiyanın QOSTR sistemi daha çox beynəlxalq qaydalarla uzlaşdırıldığından MDB ölkələri sertifikasiya üzrə metodik sənədləri tərtib edərkən Rusiyanın qaydalarını əsas götürmüşdür.
Müqaviləni imzalayan dövlətlər sertifikasiya üzrə orqanların, sınaq laboratoriyalarının sınaqlarının və sertifikasiyanın nəticələrinin, qarşılıqlı təchiz olunan məhsula sertifikatların və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında razılıq əldə etmişlər. Sonra qarşılıqlı tanınma üçün aşağıdakı akkreditasiya şərtləri də qəbul edilmişdir: milli sertifikasiya sistemində orqanların və laboratoriyaların akkreditasiyası, sınaq laboratoriyalarının, sınaqları dövlətlərarası standartlar əsasında aparmaq üçün praktiki təcrübənin olması; MDB ölkələrinin qoşulduğu və tanınma haqqında məsələləri həll edən, beynəlxalq sertifikasiya sistemlərində akkreditasiya.
Beynəlxalq sertifikasiya sistemlərində tərəflər müstəqil iştirak edir. Müqavilə, tərəflərin beynəlxalq sertifikasiya sisteminin qaydalarından irəli gələn hüquq və vəzifələrinə toxunmur.
Sertifikasiya sınaqları ixtiyari ölkənin akkreditasiya olunmuş laboratoriyasında aparıla bilər.
Müqavilənin iştirakçısı olan ölkələrdə tanınmış beynəlxalq, dövlətlərarası, yaxud milli standartlar sertifikasiyanın normativ bazası kimi qəbul edilmişdir.
Müqaviləni imzalayan ölkələr qarşılıqlı təchiz olunan məhsulun məcburi sertifikasiyasının mərhələli tətbiq olunma qaydasını razılaşdırmaq, sfnaqların nəticələrinin obyektivliyini və məhsulun sertifikasiyasının nəticələrinin düzgünlüyünü təmin etmək barədə razılığa gəlmişdir.
Məhsulu idxal edən ölkədə sertifikasiyanın nəticələrinin gözlənilmədiyi müəyyən olunduğu halda milli sertifikasiya orqanı öz ölkəsində sertifikatların tanınmasını saxlama səlahiyyətinə malikdir, bu barədə məhsulu ixrac edən ölkənin milli orqanına və standartlaşdırma, metrologiya və sertifikasiya üzrə Dövlətlərarası Şuranın Texniki katibliyinə xəbər verməlidir.
Sertifikasiya üzrə razılaşdırılmış siyasətin sonrakı inkişafı 1994-cü il üçün imzalanmış «Sertifikasiya üzrə işlərin aparılması və qarşılıqlı tanınması prinsipləri haqqında Müqavilə» sənədində öz əksini tapmışdır. Bu müqavilənin əsas müddəaları aşağıdakıların tanınmasını təmin edir:
təsdiq olunmuş siyahıya uyğun olan və məcburi sertifikatlaşdırılmalı məhsullara və xidmətlərə sınaq protokollarını, sertifikatların və uyğunluq nişanlarının qarşılıqlı tanınması; milli sertifikasiya sistemlərinin və onların verdikləri sertifikatların, müəyyən olunmuş prosedurların gözlənildiyi şərt daxilində qarşılıqlı tanınması;
müqavilənin iştirakçısı olan ölkələrin ekspertlərinin fikirlərini (rəylərini, mülahizələrini) nəzərə almaqla standartlaşdırma, metrologiya və sertifikasiya üzrə milli orqanlar tərəfindən sertifikasiya üzrə orqanların akkreditasiyası;
müqavilənin iştirakçısı olan ölkələrin sertifikatlaşdırılmış məhsula inspeksion nəzarətin yerinə yetirilməsi hüquqi;
MDB-yə üzv ölkələrin heç də hamısı eyni səviyyədə qarşılıqlı tanınma haqqında çoxtərəfli müqavilələrin bağlanmasına hazır olmadığı üçün qərara alınmışdır ki, hələlik ikitərəfli müqavilələr bağlansın. Belə müqavilələr milli sertifikasiya orqanları səviyyəsində bağlanır;
Sertifikasiya sahəsində qarşılıqlı tanınma haqqında Müqavilə aşağıdakıları təyin edir;
Milli sertifikasiya sistemlərində akkreditasiya olunmuş sertifikasiya orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınması şərtlərinin və prosedurlarının konkret müddətlərini;
Qarşılıqlı tanınma haqqında Müqavilə çərçivəsində göndərilən məhsulun təhlükəsizliyinin təsdiq olunması qaydasını;
İstehsalçının və sertifikatı verən orqanın ixrac olunan məhsulun təhlükəsizliyinə cavabdehliyini, ixrac edən ölkənin sertifikatını məhsulu qəbul edən tərəf, xarici sertifikatların tanınması üçün nəzərdə tutulmuş qaydada tanıyır.
MDB məkanında sertifikasiyanın inkişafı istiqamətində mütərəqqi addım, Müqavilənin iştirakçıları olan ölkələr üçün, standartlaşdırma, metrologiya və sertifikasiya üzrə vahid tələbləri müəyyən edən normativ sənədlərin qəbul edilməsi olmuşdur. Bunlar, həmcins məhsulların sertifikasiya qaydasını və həmçinin bir sıra xidmət növlərini müəyyən edən, dövlətlərarası normativ sənədlərdir.
Dövlətlərarası Şuranın qəbul etdiyi qərarlar arasında bütün iştirakçı ölkələr üçün laboratoriyaların akkreditasiyası üzrə Avropa-Asiya regional təşkilatı (EAL) haqqında razılıq mühüm əhəmiyyətə malikdir.
Sertifikasiyanın təşkilində Dövlətlərarası Şura tərəfindən ölçmə vasitələrinin sertifikasiyası haqqında Əsasnamənin qəbul edilməsini də irəliləyiş saymaq olar. Əsasnamədə deyilir: Müqavilənin iştirakçısı olan ölkədən ölçmə vasitələrinin idxalına (ixracına) maraqlı olan təşkilat öz milli orqanı vasitəsilə ixrac (idxal) edən ölkənin milli orqanına sertifikat və yoxlama metodikası ilə birlikdə istismar sənədlərini təqdim edir. Bu vəziyyət qarşılıqlı təchizat olunan məhsulun sınaqlarının nəticələrinin iştirakçılar tərəfindən tanınması üçün prinsipial əhəmiyyətə malikdir.
Standartlaşdırma, metrologiya və sertifikasiya üzrə Dövlətlərarası Şura daimi fəaliyyətdə olan texniki katibliyin və bir neçə işçi qrupun işinə rəhbərlik edir. Onların arasında aşağıdakı qrupları göstərmək olar: standartlaşdırma, vaxtın və tezliyin vahidliyinin təmini, texniki-iqtisadi və sosial informasiyanın sinifləşdirilməsi və kodlaşdırılması, standart nümunələr və s. üzrə qruplar.
Dövlətlərarası Şuranın fəaliyyətində aşağıdakıları əsas nailiyyət saymaq olar:
Keçmiş SSRI-nin normativ sənədlərinin bütün fondlarının və etalonlar bazasının saxlanılması. Bu MDB çərçivəsində standartlaşdırmanın və metrologiyanın təkmilləşdirilməsi üzrə dövlətlərarası proqramların işlənməsi üçün mühüm əhəmiyyət kəsb edir;
MDB-yə üzv ölkələrin standartlaşdırma, metrologiya və sertifikasiya üzrə milli qanunlarının harmonizasiyası;
Standartlaşdırma, metrologiya və sertifikasiya sahəsində ümumi iqtisadi məkanında və istehsal sferasında inteqrasiyanın möhkəmləndirilməsinə kömək edən, dövlətlərarası və sahələrarası müqavilələrin hazırlanması.
Sertifikasiyada əsas istiqamət qarşılıqlı təchizat olunan məhsulun təhlükəsizliyinin edilməsidir. Bu da milli sertifikasiya sistemlərinin qarşılıqlı tanınması ilə bağlıdır. Bu sahədə çətinlik təşkilatın inkişafının MDB-nin üzv ölkələrində sertifikasiya praktikasının eyni səviyyədə olmamasıdır. Bu problemin həlli həmcins məhsulun sertifikasiyasının dövlətlərarası sistemlərinin yaradılmasına imkan verəcəkdir.
Son bir neçə ildə milli sertifikasiya sistemləri həm təşkilati və həmçinin metodik planda təkmilləşməkdə davam edir.