Mühazirə 11. Mövzu: Elektron texnikası məmulatlarının sertifikasiya sistemi üzrə beynəlxalq BEK sistemi PLAN
Elektron texnikası məmulatlarının sertifikasiyası üzrə beynəlxalq BEK sistemi.
BMT-nin Avropa iqtisadi komissiyasının (AIK) fəaliyyətinə sertifikasiya.
Ədəbiyyat 1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007 2.КрыловаГ.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Elektron texnikası məmulatlarının (ETM) sertifikasiyasının beynəlxalq sisteminin yaradılmasına səbəb bu məhsulların bazarlarında Avropa və Amerika firmaları arasında rəqabətin kəskinləşməsi olmuşdur. Avropa bazarını amerikalı rəqiblərindən qorumaq üçün «Elektrotexnikada standartlaşdırma üzrə Avropa komitəsi» (SENƏLEK) çərçivəsində keçən əsrin 60-cı illərinin axırında elektron texnikası məmulatlarının sertifikasiya sistemi SESS yaradılmışdır. Bu sistem AB-nin üzvü olan ölkələr və «Sərbəst ticarət üzrə Avropa assosiasiyası» (STAA) üçün bağlı regional sistem kimi yaradılmışdır. Avropa standartlarına ETM-in regional sertifikasiyası, Qərbi Avropa ölkələrinin sertifikatlaşdırılmış məmulatlarının satın alınmasına üstünlük verilməsi haqqında dövlət səviyyəsində qərarlarını stimullaşdırdı.
Beləliklə, qeyri-Avropa şirkətləri üçün yaranmış «texniki maneəni» dəf etmək lazım gəlirdi. ABŞ, Yaponiya, Kanada, Avstraliya və digər dövlətlərin təşəbbüsü ilə «Tariflər və ticarət üzrə baş razılaşma» (TTBR - QATT) və «Ümumdünya ticarət təşkilatında (ÜTT-VTO) ticarətdə texniki maneələr üzrə Razılaşmanın layihəsinin hazırlanmasına başlanmış, ISO-da sertifikasiya üzrə komitə (SERTIKO) təşkil olunmuş. BMT-nin «Avropa iqtisadi komissiyasının» (AIK) nəzdində yaradılmış, standartlaşdırma sahəsində siyasətə cavabdeh vəzifəli şəxslərin apardığı müşavirlərin mühüm suallar siyahısına sertifikasiya üzrə məsləhətlərin işlənməsi daxil edilmişdir. Bütün bunların nəticəsində BEK-də elektron texnikası məmulatlarının sertifikasiyası üçün beynəlxalq sistem yaradılmışdır. Sistemin əsas qaydaları və prosedurları 1980-ci ildə qəbul olunmuşdur.
ETM-in Sertifikasiya sisteminin yaradılmasında məqsəd-elektron texnikası məmulatlarına, onların uyğunluqlarının qiymətləndirilməsi metodlarına vahid tələblərin qoyulması vasitəsilə bu məhsullarla beynəlxalq ticarətə kömək etməkdir ki, onlar sistemin bütün iştirakçı ölkələrində təkrar sınaqlar aparılmadan eynilikdə qəbul edilsin.
Sistemə ümumi rəhbərlik BEK-in Şurası qarşısında hesabat verməli olan sertifikasiya üzrə Rəhbəredici komitəyə həvalə olunmuşdur. BEK-in üzvü olan ixtiyari ölkə aşağıdakı şərtləri yerinə yetirdikdə Sistemdə iştirak edə bilər:
standartlaşdırma və sertifikasiya üzrə milli təşkilatın mövcudluğu;
sistemin bütün qaydalarının yerinə yetirilməsinə razılıq və uyğun milli sənədlərin nəşri;
digər iştirakçı ölkələrdə buraxılan elektron texnikası məmulatlarının sınaq protokolları və sertifikatlarının tanınması (sistemin tələblərinə uyğun olduqda).
sistemin üzvünün maliyyə öhdəliklərini yerinə yetirməsi; burada BEK Sistemində iştirakının iki növü nəzərdə tutulmuşdur.
sertifikasiya üzrə Rəhbəredici komitədə səsvermə hüququ ilə iştirak etmə və nəzarət üzrə Əlaqələndirmə komitəsində məsləhətçi üzvlük;
Rəhbəredici komitədə səsvermə hüquqi ilə iştirak etmək və nəzarət üzrə Əlaqələndirmə komitəsində tam hüquqlu üzvlük;
İngilis, fransız və rus dilləri sistemin rəsmi dilləridir.
Sertifikasiyanı BEK sistemi üzrə aparıldığını bildirən ölkə, sistemin qaydalarına əsasən, elektron texnikası məmulatlarının sertifikasiya qaydasının BEK sisteminin müddəalarına uyğunluğuna və uyğunluq nişanından düzgün istifadə edilməsinə cavabdeh olan milli nəzarət xidmətinə malik olmalıdır. Bu ölkədə sınaq laboratoriyalarının istifadə etdiyi ölçmə vasitələrinin yoxlanılması üzrə milli orqan fəaliyyət göstərməlidir. BEK sisteminə daxil olmaq istəyən ölkəyə, nəzarət üzrə milli müddəaları bəyəndikdən sonra əlaqələndirici komitə inspektorlar qrupu göndərir. Qrup aşağıdakıları yoxlayır:
milli nəzarət xidmətinin funksiyalarının BEK sisteminin qaydalarına uyğunluğunu;
işin həqiqi vəziyyətinin nəzarəti haqqında milli əsasnamənin məzmununa uyğunluğunu;
elektron texnikası məmulatlarının sertifikasiyası üzrə təcrübənin, attestasiya olunmuş istehsalçı-müəssisələrin və asılı olmayan sınaq laboratoriyalarının (mərkəzlərin) siyahılarının aparılması.
Sistemin qaydalarına görə təcrübəlilik meyarı kimi heç olmasa bir istehsalçı müəssisənin attestasiyası və iki növdən az olmamaqla elektron texnikası məmulatlarının, sistemdə qoyulmuş tələbələr üzrə sertifikasiyası sayılır.
İnspeksiya qrupu sınaq laboratoriyalarına və ölçmə vasitələrinin yoxlama laboratoriyasına baş çəkir. BEK sistemi üzrə sertifikasiya olunacaq ETM-istehsal olunduğu texnoloji xətlərdən biri ilə tanış olur. Bununla belə nəzərə almaq lazımdır ki, məmulatın standartı (yaxud texniki şərtləri) inspektorlar qrupuna onun gəlişinə qədər təqdim olunmalıdır. Gəlişin nəticəsinə görə inspektorlar qrupu Əlaqələndirici komitənin sədrinə hesabatında qəbul olunmuş qərar barədə məlumat verilir. Qərara görə namizəd qəbul oluna və yaxud olunmaya bilər. İkinci halda müəyyən edilmiş çatışmazlıqlar və onların aradan qaldırılması üçün müddətlər göstərilir. Belə prosedurlardan sonra namizədin təsdiq olunması üçün məsləhət verilir. Namizəd ölkə inspeksionlar qrupunun nəticələri ilə razılaşmamaq hüququna malikdir və öz etirazını əlaqələndirici komitəyə yazılı surətdə təqdim edə bilər. Sistemin üzvü olmuş ölkə, milli nəzarət sistemində baş verən və elektron texnikası məmulatlarının sertifikasiyasının təşkilinə təsir göstərə bilən, hər bir dəyişiklik haqqında nəzarət üzrə Əlaqələndirici komitəyə xəbər verməlidir. Bu dəyişikliklər nəzarət üzrə Əlaqələndirici komitə tərəfindən bəyənilməlidir. BEK sistemində attestasiya olunmuş milli nəzarət xidmətləri hər üç ildə bir dəfə milli nəzarətin müddəalarında edilmiş dəyişikliklərin tam siyahısını mütləq Əlaqələndirici komitəyə göndərməlidir.
BEK sistemi üzrə elektron texnikası məmulatlarının sertifikasiyasının mühüm mərhələləri aşağıdakılardır: istehsalçı müəssisələrin attestasiyası və sınaq laboratoriyaların akkreditasiyası, qəbul olunan normativ sənədlərin uyğunluğunun yoxlanılması və tipin qəbulu.
Müəssisənin yoxlanması (attestasiyası) üçün milli nəzarət xidmətinin nümayəndəsi keyfiyyətin nəzarəti və müəssisədə ETM-in sınaqları, fəaliyyətdə olan sınaq və ölçmə avadanlığının siyahısını, onun yoxlanması haqqında sənədləri və s. təqdim etməlidir.
Sınaq laboratoriyası akkreditasiyası üçün məcburi şərt təcrübəli və səlahiyyətli (etibarlı işini bilən) heyətin, lazımi avadanlığın, aktual sınaq metodikalarının mövcud olmasıdır. Sınaq laboratoriyasının fəaliyyəti ETM-i hazırlayandan və istehlakçılardan asılı olmamalıdır. Laboratoriyada BEK sisteminin tələblərinin yerinə yetirilməsinə cavabdeh təyin olunmalıdır. O, milli nəzarət xidməti ilə daimi işçi əlaqələrdə olmalı, sınaqların nəticələrinin lazımi qaydada tərtibini təmin etməli; laboratoriyanın işində olan məxfiliyi gözləməlidir.
BEK sistemi üzrə olan sertifikasiyanın normativ sənədlərinə konkret tələblər irəli sürülür.
Sistemin bazasını BEK standartları təşkil etməlidir;
iştirakçı-ölkələrdə bu standartlar birbaşa, yaxud dolayı metodlarla qəbul olunmalıdır;
qəbul olunmuş sənəd milli qaydalarla tərtib olunsa da, beynəlxalq standartın məzmunu mütləq saxlanmalıdır.
Hər hansı konkret məmulata BEK standartı olmadıqda «müvəqqəti sənəd» yəni sertifikasiya məqsədləri üçün milli, yaxud bir qayda olaraq, firmanın normativ sənədindən istifadə etməyə icazə verilir. Bu zaman sertifikasiya üzrə milli təşkilat müvəqqəti texniki şərtlərin BEK sisteminin tələblərinə uyğunluğuna məsuliyyət daşıyır və onların fəaliyyət müddəti BEK-in analoji texniki şərtləri nəşr olunduqdan bir il sonra qurtarır. Sistemin qaydalarına görə sertifikasiya üçün tətbiq olunan bütün standartlara, BEK-in rəhbəredici № 102 «Elektron texnikası məmulatlarının sertifikasiya məqsədləri üçün texniki şərtlərin qurulması qaydaları» sənədinin tələblərinə uyğun qurulan vahid massiv kimi baxılır. Rəhbərlik aşağıdakı normativ sənədləri müəyyən edir:
əsaslı texniki şərtləri;
ümumi texniki şərtləri;
qrup texniki şərtləri;
konkret tip məmulatlara texniki şərtlərin formalarını;
konkret tip məmulatlara texniki şərtlər.
Əsaslı texniki şərtlər elektron texnikasının bütün məmulatlarına, yaxud bir neçə qrup məmulatlara tələblər qoyur. Onlara aşağıdakıları aid etmək olar, məsələn, xarici faktorların təsiri zamanı sınaqların aparılması metodlarına, partiyalar üzrə və dövri nəzarətin təşkili qaydalarına və s. BEK-in standartları.
Ümumi texniki şərtlər. ETM-in qruplarına, yaxud yarımqruplarına aiddir. Onlar terminləri və təyinləri, şifrləri, verilmiş qrup üçün xarakteristik olan sınaq metodlarını və s. müəyyən edir.
Qrup texniki şərtlər konkret yarımqrupa aiddir. Onlar ETM-in konkret tipinə uyğun sənədin formasını, yaxud onun işlənməsinə təlimatları özlərində əks etdirirlər.
Texniki şərtlərin formaları konkret tip məhsullara işlənir, normativ sənədlərin infikasiyası üçün istifadə edilir və qrup, yaxud ümumi texniki şərtlərin müddəalarına əsaslanır. Bir qayda olaraq onlarda, sertifikasiyada mütləq istifadə olunan, texniki meyarların nomenklaturası və həmçinin sınaq şəraiti müəyyən olunur.
Konkret məmulata texniki şərtlər məmulatın BEK Sistemində sertifikasiyası üçün lazım olan məmulatları birbaşa, yaxud onlara istinad formasında özündə əks etdirir. Bu növ texniki şərtlərin nəinki BEK-in texniki komitələri, həmçinin standartlaşdırma üzrə milli təşkilatlar və attestasiya olunmuş istehsalçı müəssisələr işləyə bilər.
Məmulatın tipik qəbulu o şərtlə aparılır ki, belə məmulatların istehsal texnologiyasında bir və yaxud bir neçə attestasiya olunmuş müəssisələr istifadə etsin.
Elektron texnikası məmulatının tipinin bəyənilməsinə nail olmaq üçün istehsalçı-müəssisə sertifikasiya üzrə milli orqana sifarişlə müraciət edir və bildirir ki, müəssisədə istehsalata və məmulatların sınaqlarına qoyulmuş tələblər gözlənilir. Sınaqların nəticələrinə görə müəssisə sertifikasiya üzrə səlahiyyətli orqan tərəfindən verilən, elektron texnikası məmulatının tipinə uyğunluq sertifikatı alır.
Sistemin qaydalarına görə buraxılan məmulatların keyfiyyətinin sertifikatlaşdırılmış tipə uyğunluğuna nəzarəti aparılır. Məmulatlar partiyalarının nəzarət sınaqları iki qrupa bölünür: qrup A- xarici baxış, ölçülərin və ayrı-ayrı mühüm xarakteristikaların yoxlanılması; qrup B – xarici baxış, ölçülərin və bütün texniki xarakteristikaların yoxlanılması.
Sistemin qaydalarına görə qəbul olunmuş məmulat partiyaları uyğunluq nişanı ilə markalanırlar. Bu uyğunluq nişanı dövlət sertifikasiya sistemində qəbul olunmuş milli nişanı təmsil edir və ona milli nəzarət xidməti, sertifikasiya üzrə milli təşkilat və nəzarət partiyasının nömrəsi haqqında məlumat olunur.
Uyğunluq sertifikatı, qəbul olunmuş rekvizitlərdən və informasiyadan aşağıdakı mətni əks etdirir: «Hazırlanmış məmulatlar elektron texnikası məmulatlarının BEK sistemində sertifikasiya prosedurunun qaydalarına uyğun, koordinasiya komitəsinin tamhüquqlu üzvü olan milli nəzarət xidmətinin nəzarəti altında və yuxarıda göstərilmiş texniki şərtlərə uğun olaraq qəbul olunmuşdur».
Sertifikasiya üzrə AIK-in işində mühüm nailiyyət 1988-ci ildə qəbul olunmuş «Sertifikasiya üzrə beynəlxalq razılaşmaların işlənməsinə və imzalanmasına kömək» sənədinin hazırlanmasıdır. Bu sənədə əsasən AIK-in üzvü olan ölkələrin hökumətləri sertifikasiya sistemlərinin qarşılıqlı tanınması iki və çoxtərəfli razılaşmaların əldə edilməsi və kömək etməlidir. İqtisadi əməkdaşlığın qarşılıqlı faydalı şərtləri belə razılaşmalar üçün əsas olmalıdır. Razılaşmalar aşağıdakıları nəzərdə tutur:
fəaliyyətdə olan qaydaları və öhdəlikləri qəbul etməyə hazır olan digər ölkənin qoşulması üçün xarakterli olması;
xaricdən gətirilən və ölkənin daxilində istehsal olunmuş məhsullar üçün hüquqların, öhdəliklərin və rejimlərin bərabərliyi;
təchizatçı ölkədə aparılmış sınaqların nəticələrinin qarşılıqlı tanınması;
sertifikasiya prosedurunun müqavilənin tələblərinə uyğunluğuna arxayın olması və təminatı üçün ixtisaslı heyətin və lazımi sınaq bazasının mövcudluğu;
milli standartların harmonikləşdirilməsi.
BMT AIK-i qarşılıqlı inama nail olmağa kömək edə bilən tədbirlər müəyyən etmişdir. BMT-nin AIK-də standartlaşdırma, sertifikasiya və keyfiyyət məsələləri ilə həmçinin xüsusiləşdirilmiş komitələr məşğul olurlar. Məsələn, kənd təsərrüfatı üzrə Komitə aqrosənaye məhsullarının sertifikasiyası üçün məsləhətlər işləyir; meşə üzrə Komitə-meşə məhsullarının standartlaşdırılması və sertifikasiyası üzrə; nəqliyyat üzrə Komitə nəqliyyat vasitələrinin sertifikasiyası üzrə BMT-nin AIK-in Qaydalarını işlənmişdir ki, onun da əsasında yol nəqliyyat vasitələri avadanlıqlarının sertifikasiya (omoloqasiyası) sistemi yaradılmışdır.