Məhsula keyfiyyət sistemlərinə, xidmətlərə və heyətə standartlar onların işlənməsi və tətbiqi zamanı nəzərə alınmalı spesifik xüsusiyyətlərə malikdirlər.
Mühazirə 10. Mövzu: Sertifikasiya sahəsində ISO-nun fəaliyyəti
PLAN 1. SERTİKO və KASKO komitələri. 2. Elektrotexniki məmulatların sertifikasiyası üzrə beynəlxalq konfrans. 3. SB sxemi haqqında məlumat.
Ədəbiyyat 1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007 2.КрыловаГ.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
ISO –nun sertifikasiya üzrə əsas fəaliyyəti təşkilati-metodik təminatdan ibarətdir. 1985-ci ilə kimi bu məsələlərlə sertifikasiya komitəsi (SERTIKO) məşğul olurdu. 1985-ci ildə fəaliyyət sahəsi genişləndiyi üçün bu komitə Sertifikasiya və Keyfiyyət üzrə Komitə (KASKO) adlandırılmışdır.
SERTIKO-nun işinin əsas nəticəsi BEK, Beynəlxalq ticarət mərkəzi, ticarət və inkişaf üzrə BMT-nin KONFRANSI və QATT/BTT ilə birlikdə «Sertifikasiya və ACO Prinsiplər və praktika» xüsusi tədqiqat materiallarının nəşri olmuşdur. Bu faktla beynəlxalq ticarətdə sertifikasiyanın rolunun artması təsdiqlənmişdir. ISO tərəfindən işlənmiş və işlənilən, sertifikasiya üzrə vahid təşkilati-metodiki sənədlər sertifikasiya prosedurunun harmonizasiyasına kömək edir ki, bu da öz növbəsində, milli qanunvericilikdəki müxtəlifliklərə baxmayaraq, sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınmasını mümkün edir. ISO, həmçinin, sertifikasiyanın olmadığı ölkələrdə bu sistemi yaratmaq üçün metodiki kömək göstərir.
KASKO – nun işində 50-yə qədər ölkə iştirak edir. 20-yə qədər ölkə isə nümayəndələrlə təmsil olunmuşdur. Komitənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
məhsulların və keyfiyyətin təmin edilməsi sistemlərinin müxtəlif ölkələrdə qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi metodikalarının öyrənilməsi;
keyfiyyətin təmin edilməsinin milli və regional sistemlərinin qarşılıqlı tanınmasına və qəbul edilməsinə, həmçinin sınaqlar, nəzarət sertifikasiya, keyfiyyət sistemləri və s. üçün beynəlxalq standartlardan istifadə etməsinə kömək etmək;
1987-ci ildə ISO-nun texniki komitəsi, bir çox ölkələrin milli təcrübəsini ümumiləşdirərək ISO 9000 standartlar seriyasını dərc etdi. Onların yeni, əlavələr olunmuş nəşri 1994-cü ildə çapdan çıxdı. Bu standartların əhəmiyyəti haqqında məlumat standartlaşdırma bölməsində verilir.
Laboratoriyalara ciddi tələblərdən biri işin keyfiyyətinin təmin edilməsi sisteminin mövcud olmasıdır. Bu sistemin təşkil ediciləri, laboratoriyanın heyəti üçün Rəhbəredici sənəddə şərh olunmuş və özündə aşağıdakıları birləşdirir:
işin keyfiyyətini təmin edən ümumi prosedurlar;
hər növ sınağın keyfiyyətini təmin edən tədbirlər;
standartların, sorğu kitablarının, metodik işləmələrin, təlimatların və s. mövcudluğu;
nümunələrin eyniləşdirilməsi qaydaları;
lazımi qaydada tərtib olunmuş protokolların mövcudluğu.
Sınaq laboratoriyalarının akkreditasiyası üzrə Beynəlxalq konfransın (İLAK) sifarişinə əsasən ISO/BEK laboratoriyaların ixtisas sınaqları Rəhbəredici 43 sənədini işləmişdir. Bu sənəddən sınaq laboratoriyalarının iş səviyyələrinin qiymətləndirilməsində, texniki səlahiyyətliliyi və fəaliyyət sahəsinin təyinində, tətbiq olunan sınaq metodlarının effektivliyinin qiymətləndirilməsində, laboratoriyaların akkreditasiyasında və s. kimi məsələlərin həllində, bütün ölkələr tərəfindən əsaslı metodik sənəd kimi istifadə olunur.
Sertifikasiya sahəsində ISO ancaq metodoloji problemlərlə məşğul olur. BEK isə beynəlxalq sertifikasiya sistemləri işləmiş və standartları, o cümlədən sınaqlarda və məhsulun uyğunluğa sertifikatlaşdırılmasında normativ baza kimi tətbiq olunan təhlükəsizlik üzrə standartları işləyir. ISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki və çoxtərəfli sazişlərin bağlanmasına kömək etməkdir. Onlar tərəfindən yaradılmış prinsiplər əsasında milli sertifikasiya sistemlərinin harmonizasiyasına iki yolla nail olmaq mümkündür: ölkənin BEK-in beynəlxalq sertifikasiya sistemlərinə qoşulması yolu ilə, ISO tərəfindən məsləhət görülən sertifikasiyanın vahid təşkilati-metodiki prinsiplərindən geniş istifadə etməklə.
Elektrotexniki məmulatların sertifikasiyasının beynəlxalq sistemi BEK (EMSBS) Elektrotexniki məmulatların beynəlxalq sertifikasiya sisteminin yaradılması ideyası hələ 1926-cı ildə yaranmışdır. Almaniya, İsveç, Norveç v Hollandiya nümayəndələri beynəlxalq təşkilat yaratmaq üçün birinci Beynəlxalq müşavirəyə toplaşdılar. Bu təşkilat elektrotexniki məmulatların təhlükəsizliyinə tələblər və onların qəbul qaydalarını işləməli idilər.
Çoxlu sayda təşkilati mərhələlərdən keçərək müasir beynəlxalq sistem, elektrik avadanlığının təhlükəsizlik standartlarının uyğunluğuna sınaqları üzrə – EMSBS BEK sistemi yaradıldı. Bu sistem 1985-ci ildən fəaliyyət göstərərək 34 ölkəni özündə birləşdirir.
Sistemin məqsədi – elektrotexnika sahəsində ixtisasçılar tərəfindən deyil, adi istehlakçılar tərəfindən istismar edilən elektrik avadanlıqları ilə beynəlxalq ticarətə kömək etməkdir. Bu növ məhsullara aşağıdakıları misal göstərmək olar: məişət elektrik avadanlığı, şəbəkəyə qoşulan elektron aparatları, elektron-hesablama texnikası, ofislərin və müəssisələrin elektrik avadanlığı və s. Belə məmulatların təhlükəsizliyə sertifikasiyası, dünyanın bütün ölkələrində, istehlakçıların hüquqlarının mühafizəsi üzrə qanunverici müddəalarda nəzərdə tutulmuşdur.
Elektrik avadanlığı ilə ticarətdə texniki maneələrin aradan götürülməsinin əsas üsulu, eynilə o biri məhsullarla ticarətdə olduğu kimi, iştirakçı ölkələrin apardığı sınaqların və sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınmasıdır. Buna kömək üçün EMSAS sertifikasiya sistemində SB sxemindən (SB Sheme) istifadə olunur. SB sxeminin iştirakçısı olan ölkələr, sertifikasiyanı öz milli sertifikasiyası kimi tətbiq etmək məsləhət götürüldüyü halda BEK-in təhlükəsizlik üzrə standartlarına uyğunluğa sertifikasiya aparmaq vacibdir. Yalnız EMSBS sertifikasiya sistemində iştirak edən ölkənin nümayəndəsi SB sxeminin üzvü ola bilər. Üzvlüyün üç kateqoriyası qəbul olunmuşdur:
Sertifikasiya üzrə milli orqanı tanıyan, bu ölkədə SB Sxeminin sertifikatlarının BEK-in bir, yaxud bir neçə standartlarına uyğunluğunu tanımaq deməkdir;
sertifikasiya üzrə milli orqanı tanıyan və sertifikat verən» bu milli orqan tərəfindən SB Sxemi üzrə sertifikatların verilməsi hüququnu tanımaq deməkdir.
SB Sxeminin üzvü olmağa hazır olmayanlar üçün assosiasiyalı üzvlük.
SB Sxeminə üzv qəbul olunmaq üçün qoyulmuş qaydalara uyğun olaraq, müəyyən sənədlər düzəltməklə, sifariş verilir. Sifarişə baxıldıqdan sonra SB Sxeminin orqanları komitəsi tərəfindən ekspertlər təyin olunur ki, onlar da sifarişçini sxemin iştirakçısına qoyulan tələblərə uyğunluğunu yoxlayır. Ekspertlər namizədin səriştəliliyini, işi yerinə yetirə bilmək qabiliyyətini, təcrübəsini, sertifikasiya olunan məmulatların standartlaşdırma sahəsində biliyini, SB Sxeminin qaydalarının yerinə yetirə bilməsi qabiliyyətini, ISO/BEK-in «Sınaq laboratoriyalarının qəbuluna ümumi tələblər» Rəhbəredici 38 sənədin tələblərinə uyğunluğunu qiymətləndirir.
SB Sxemində milli sertifikasiya orqanının tanınmasının baş meyarı, olduqca ciddi olan BEK-in standartlarına uyğunluğuna iki il müddətində, on sifarişdən az olmamaqla, sertifikasiyanın aparılmasıdır. Beləliklə, təcrübə kimi parametr qiymətləndirilir. Əgər təcrübə kifayət qədər deyilsə, namizəd birillik sınaq müddətinə şərti olaraq işə götürülür. SB Sxeminin sınaq laboratoriyasının təyin etdiyi sınaq müddətində namizədin üç sifariş üzrə məmulatların sertifikasiya sınaqlarının protokolları yoxlanılır. Nəzarət sınaqları üzrə bütün xərclər namizəd tərəfindən ödənilir. SB Sxemi fasiləsiz olaraq təkmilləşir. Xüsusilə, tanınma və inspeksiya nəzarəti proseduru sadələşir. Məsələn, «Müəssisənin fəaliyyətinə nəzarətin qarşılıqlı tanınması» Rəhbəredici sənəddə iştirakçı ölkələrin sertifikasiya üzrə milli orqanlarının yerinə yetirdiyi attestasiyanı və inspeksiya nəzarətini tanımaq məsləhət görülür.
SB sertifikatını almaq üçün iki alternativ prosedur mövcuddur:
Birinci prosedura uyğun olaraq SB sertifikatını, uyğun sınaqlardan və digər ölkənin milli orqanı tərəfindən təsdiq olunduqdan sonra sertifikasiya üzrə milli orqan verir.
İki prosedura uyğun olaraq SB sertifikatını sertifikasiya üzrə milli orqan verir. Lakin bu zaman sertifikasiya obyekti əvvəlcə verilmiş orqanda əməkdaşlıq edən laboratoriyada sınaqdan keçməlidir.
Sertifikatın alınması üçün əsas şərt sifarişdə istehsalçının ticarət markasının, yaxud firma nişanının mütləq olmasıdır. SB Sxemində iştirak edən və sertifikasiya üzrə milli orqanları olmayan ölkələrdə yerləşən istehsalçılar ancaq birinci prosedurdan istifadə edə bilərlər.
SB Sxemində sınaq laboratoriyası o zaman akkreditasiya ola bilər ki, onun yerləşdiyi ölkənin SB Sxemində iştirak edən sertifikasiya üzrə milli orqanı olsun.
SB Sxemində sertifikasiya üzrə 34 milli orqan və 70-dən artıq sınaq laboratoriyaları akkreditasiya olunmuşdur. Bunların hər biri EMSBS-in ixtiyari iştirakçı ölkənin istəyinə əsasən elektrik avadanlığının sınaqlarını yerinə yetirə və məmulatın təhlükəsizlik üzrə BEK-in standartının tələblərinə uyğunluğunu təsdiq edən SB sertifikatını verə bilər. Sertifikatda mütləq sınaqların protokolu verilir. Bu onunla əlaqədardır ki, əksər iştirakçı-ölkələrin standartlarında BEK standartlarından fərqlənən bu və ya digər meyllənmələr mövcuddur. Sınaq protokolu məmulatın deklarasiya olunan meyllənmələrə uyğunluğunu təsdiq edir ki, bu da digər ölkədə sınaqların aparılmasını lazımsız edir.
Lakin EMSBS-in iştirakçı-ölkələrinin heç də hamısı sınaqların protokolunu tanımır. Konkret olaraq Böyük Britaniya, Yaponiya, Cənubi Koreya və Israil bu protokolları tanımır.
Rusiya 1992-ci ildən EMSBS və SB sxeminin üzvüdür. QOST R sertifikasiya Sistemi çərçivəsində elektrik avadanlığının təhlükəsizlik standartlarına uyğunluğunu milli sertifikasiya sistemi – EATSSS fəaliyyət göstərir. Sistemin normativ bazasını əsasən BEK-in beynəlxalq standartları təşkil edir.