Mühazirə 7. Mövzu: Xarici ölkələrdə sertifikasiya.
PLAN Rusiya Federasiyasında sertifikasiya.
Almaniyada sertifikasiya.
Yaponiyada sertifikasiya.
ABŞ-da sertifikasiya.
Ədəbiyyat 1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007 2.КрыловаГ.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Rusiya Federasiyasında sertifikasiya aşağıdakı dövlət qanunlarına uyğun təşkil olunur və aparılır: «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında», «Məhsulun və xidmətlərin sertifikasiyası haqqında», «Standartlaşdırma haqqında», «Yanğın təhlükəsizliyi haqqında», «Əhalinin sanitar-epidemioloji rifah halı haqqında» və s. Prezidentin fərmanları və hökumət aktları.
1992-ci ildə RF-də qəbul olunmuş «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun bir sıra prinsipial müddəalar müəyyən etmişdir.
Belə ki, bu qanun istehlakçılarına bütün sivil dövlətlərdə tanınan, hüquqlarını qanuniləşdirmiş, məhsulların, işlərin və xidmətlərin həyat və sağlamlıq üçün təhlükəsizliyinə hüququnu; alınan məhsulların, yerinə yetirilən işlərin və göstərilən xidmətlərin lazımi keyfiyyətinə hüququnu, dəymiş ziyanın ödənilməsi hüququnu və istehlakçının hüquq və maraqlarını məhkəmədə müdafiəsinə, keyfiyyətsiz məhsulun satışı zamanı, ya da yerinə yetirilən iş və göstərilən xidmət lazımi səviyyədə olmadıqda istehlakçıların hüquqlarının müdafiəsi mexanizmini müəyyən etmişdir.
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin əsasını mülki qanunvericiliyin normativ aktları təşkil etdiyi üçün bu qanun başqa qanunlar arasında xüsusi yer tutur. Rusiya Federasiyasında fəaliyyət göstərən bütün qanunverici aktlar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunla uyğunlaşdırılmışdır.
Hökumət qanunun ayrı-ayrı müddəaları əsasında alqı-satqı müqavilələri, ayrı-ayrı məhsul növlərinin satışı, müxtəlif növ işlərin yerinə yetirilməsi və s. üzrə müxtəlif aktlar və qaydalar təsdiq edir.
Məhsulların (işlərin, xidmətlərin) təhlükəsizliyini təmin etmək məqsədilə «istehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun məcburi sertifikasiyanı tətbiq edir. Sertifikasiya məhsulun keyfiyyətinin dövlət standartlarının məcburi tələblərinə uyğunluğunu təsdiq edir.
Məcburi sertifikasiya Qanununa əsasən aşağıdakılar sertifikasiya olunmalıdır:
qanunverici aktların dövlət standartlarında istehlakçıların həyat və sağlamlıqlarının təhlükəsizliyinin təmin edilməsinə , ətraf mühitin qorunmasına və həm də istehlakçıların əmlakına ziyan vurmasının qarşısının alınmasına yönəldilmiş tələblərin qoyulduğu məhsullar (işlər, xidmətlər);
istehlakçıların həyat və sağlamlıqlarının təhlükəsizliyini təmin edən vasitələr.
Pərakəndə satış şəbəkəsi vasitəsilə realizə olunan məhsul partiyası, yaxud hər məhsul vahidi uyğunluq sertifikatı ilə təmin olunmalıdır. Bu sertifikatı satıcı alıcının tələbi ilə təqdim etməyə borcludur. Məhsullar, sertifikasiya üzrə milli orqan tərəfindən verilmiş və Rusiyada tanınan xarici sertifikatlarla müşayiət oluna bilər.
Sertifikasiyadan keçmiş və sertifikatla təsdiq olunmuş məhsulların üzərində (yaxud məhsulu müşayiət edən sənədlərdə, ya da qablarda) dövlət standartı tərəfindən müəyyən olunmuş uyğunluq nişanı olmalıdır.
Sertifikatın və uyğunluq nişanın olmasına məsuliyyəti satıcı (istehsalçı) daşıyır.
«Məhsulun və xidmətlərin sertifikasiyası haqqında» qanun 1993-cü ildə qəbul olunmuşdur. Qanunda sertifikasiyanın məqsədləri müəyyən olunmuş, sertifikasiya üzrə milli orqan və onun fəaliyyət istiqamətləri təyin edilmişdir.
Qanun sertifikasiyanın aşağıdakı məqsədlərini təyin edir:
beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirak etmək üçün respublikanın vahid məhsul bazarında mülkiyyətinin bütün formada təşkilatları üçün şəraitin yaradılması;
məhsulun seçilməsində istehlakçıya kömək etmək və onları istehlakçının (icraçının, satıcının) məsuliyyətsizliyindən qorumaq;
insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün məhsulun təhlükəsizliyinə nəzarət;
məhsulun, istehlakçı tərəfindən göstərilmiş keyfiyyət göstəricilərinin təsdiq edilməsi.
Qanunda məcburi və könüllü sertifikasiya nəzərdə tutulmuşdur.
Almaniyada sertifikasiyanın hüquqi bazasını əhalinin sağlamlığının və həyatının qorunması, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi, resursların qənaəti, istehlakçıların maraqlarının mühafizəsi sahəsindəki qanunlar təşkil edir. 1990-cı ildən ölkədə keyfiyyətsiz məhsul hazırlanmasına görə məsuliyyətlilik haqqında qanun fəaliyyət göstərir.
Bu qanun Avropa Şurasının (AŞ) üzvü olan ölkələrin qanunvericiliyi ilə harmonizasiya edilmişdir və vahid bazar məkanında sertifikasiya üçün qanunverici baza rolunu oynayır. Qanun oyuncaqlardan tutmuş bəzi növ avadanlığa qədər çox geniş sayda məhsulları əhatə edir.
Almaniyanın TTBM/BTT informasiya mərkəzinin məlumatına görə ümumi Milli Sertifikasiya sistemi bir neçə sertifikasiya sistemini əhatə edir.
A- Reqlamentlərə uyğunluğun sertifikasiya sistemi;
A1-DIN standartlarına uyğunluğun sertifikasiya sistemi;
A2- VDE sertifikasiya sistemi;
A3- BVGW sertifikasiya sistemi;
B – Almaniyanın keyfiyyətə və markalamaya təminat institutunun RAN sertifikasiya sistemi.
S- Sənaye texnologiyasının GS pişanına sertifikasiya sistemi;
D – Tikinti konstruksiyalarının Federal normada uyğunluğuna nəzarət sistemi.
E – Ölçmə vasitələrinin və etalonların sertifikasiya sistemi;
F – Almaniyanın sənaye qanunvericiliyinin 24-cü bölməsinə uyğunluğun sertifikasiya sistemi.
Sistem A1. DIN standartlarının tələblər qoyduğu bütün növ məmulatları əhatə edir. Bu sistemə Almaniyanın standartlaşdırma institutu rəhbərlik edir.
A2- bu sistemdə VDE qaydalarının, bəzən də DIN standartlarının yayıldığı bütün növ elektrotexniki və elektron məmulatlar sertifikasiya olunur.
Sistem A3. Almaniyanın qaz və su təchizatı üzrə Assosiasiya firmalarının – DIVIGW sertifikasiya sistemidir.
Sistem V. Almaniyanın keyfiyyətə və markalamaya təminat institutunun rəhbərliyi altında işləyir və RAL sistemi adlanır. Bu sistemin tərkibinə 150-yə qədər keyfiyyət üzrə cəmiyyət daxildir. RAL sistemi kənd təsərrüfat məhsulları və tikinti materialları sahəsinə nəzarət edir.
Sistem S Məmulatların, cihazların təhlükəsizliyi haqqında qanun (GSG) tələblərinə uyğunluğun təsdiq edən sertifikasiya sistemidir. Bu GSG nişanı ilə markalanmaqla təsdiqlənir. Almaniyada 100-ə qədər sertifikasiya üzrə orqan fəaliyyət göstərir ki, onlarda GSG nişanına uyğunluğuna sınaqlar aparır.
Sistem D O biri sistemlərdən fərqli olaraq məcburidir və tikinti profili məhsullara aiddir. Sistemə ümumi rəhbərlik Almaniyanın tikintisi texnikası institutu (DIVT) tərəfindən yerinə yetirilir. Sistemin əsas normativ sənədləri DIN standartlarıdır.
Sistem E Qanunverici metrologiya çərçivəsində fəaliyyət göstərən sertifikasiya sistemidir.
Almaniyada metrologiya sahəsində əsas federal orqan Federal Fiziki Texniki institutudur. Bu sistemdə cihazların həm məcburi, həm də könüllü yoxlamasını aparmaq olar. Federal Fiziki Texniki beynəlxalq qanunverici metrologiya təşkilatının (BEQMT) məsləhətlərindən və AŞ-nın direktivlərindən istifadə edir.
Sistem F Buxar qazlarının, yüksək təzyiqli balonların, maye yanacaqların daşınma vasitələrinin, partlayışdan qorunan elektrik avadanlığının, qaldırıcı qurğuların sertifikasiyası ilə məşğul olur.
Almaniyada akkreditasiya işlərinə rəhbərliyi akkreditasiya üzrə Almaniya Şurası (DAR) aparır.
Yaponiyada sertifikasiya üç formada fəaliyyət göstərir:
Qanunverici tələblərə uyğunluğu təsdiq edən məcburi sertifikasiya;
Hökumət tərəfindən səlahiyyət verilmiş orqan tərəfindən JİS milli standartlara uyğunluğu təsdiq edən könüllü sertifikasiya;
Sertifikasiya üzrə xüsusi orqanların apardığı könüllü sertifikasiya;
Məcburi sertifikasiya fəaliyyətdə olan qanunlarla reqlamentləşdirilir (onlar 30-dan artıqdır).
Sertifikasiya üzrə qanunverici müddəaların yerinə yetirilməsinin təmini nazirliklər və digər dövlət orqanları arasında bölüşdürülür. Məsələn, Xarici Ticarət və Sənaye Nazirliyi on qanunun yerinə yetirməsini təmin edir.
Qanunlarda bəzi növ məhsullar üzrə, onları istifadə edən üçün, təhlükəsizlik səviyyəsini xarakterizə edən kateqoriyalar mövcuddur. Məsələn, elektrotexnika məhsulları üçün A və B kateqoriyaları müəyyən edilmişdir.
Daha təhlükəli A kateqoriyalı məhsullar üçün üçüncü tərəfin sertifikasiyası, B kateqoriyalı məmulatlar üçün isə hazırlayanın ərizə deklarasiyası nəzərdə tutulmuşdur.
Keyfiyyət sisteminin sertifikasiyasını aparmaq üçün Yaponiya Assosiasiyası yaradılmışdır (YAB).
Onun əsas funksiyaları aşağıdakılardır:
Məhsulun və keyfiyyət sisteminin sertifikasiyası üzrə orqanların və auditorların təhsili ilə məşğul olan təşkilatların akkreditasiyası; auditorların attestasiyası və həm də uyğun təchizatçıların qeydiyyatı;
Tədqiqatların aparılması və xaricdə keyfiyyət sisteminin sertifikasiyası üzrə orqanların akkreditasiyasının qarşılıqlı tanınması üzrə praktiki fəaliyyətin yerinə yetirilməsi;
YAB-ın bütün fəaliyyəti ISO və BEK sənədlərinə uyğun qurulur.
Məsələn, YAB tərəfindən ISO/KASKO-nun sənədi əsasında ISO/BEK rəhbərlik layihəsi. Sertifikatlaşdırılmış auditorlara YAB üç kateqoriyada sertifikat verir: baş auditor, auditor və auditorun köməkçisi.
ABŞ-da müxtəlif növ məhsulların təhlükəsizliyinə aid çoxlu sayda Qanunlar fəaliyyət göstərir.
Bu qanunlar uyğunluğa sertifikasiyanın hüquqi əsasını təşkil edir. Bunlardan istehlak malların təhlükəsizliyi haqqındakı Qanun ən geniş fəaliyyət diapazonu ilə fərqlənir.
Bu qanunlar əsasən dövlət standartlarına uyğun hazırlanmış, həm də dövlət tərəfindən daxili və xarici bazarlardan alınan məhsullar məcburi sertifikasiyadan keçməlidirlər.
Məcburi sertifikasiyaya dövlət orqanları tərəfindən nəzarət edilir.
Könüllü sertifikasiya istehlakçıların, yaxud istehsalçıların ərizəsi əsasında onların təqdim etdiyi normativ sənədlərə uyğunluğuna aparılır.
Ölkədə Federal hökumət tərəfindən təsdiq edilən sertifikasiya proqramlarının üç əsas kateqoriyası fəaliyyət göstərir:
1-ci kateqoriya-məhsulların və xidmətlərin təhlükəsizliyə sertifikasiyası.
Bütün bu proqramlar məcburi xarakter daşıyır;
2-ci kateqoriya-məhsul nümunələrinin və istehsalın fasiləsiz nəzarətini əvəz edən yoxlama proqramları;
3-cü kateqoriya-məhsul satışa daxil olana qədər keyfiyyətin və istehsal şəraitinin qiymətləndirilmə proqramları.
1-ci kateqoriyalı proqramlar həmcins məhsulun sertifikasiya sistemi ilə oxşardır. Avtomobillər, konteynerlər, gəmilər, magistral boru kəmərləri və s. kimi məhsulların məcburi sertifikasiyası aparılır. 2-ci və 3-cü kateqoriyaların proqramları üzrə məcburi və könüllü sertifikasiya aparılır.
2-ci kateqoriyalı proqramlara uyğun olaraq dövlət idarələrində (müdafiə Departamenti, Ticarət Departamenti, Kənd Elektrikləşdirmə idarəsi və s.) istifadə olunan məhsullar sertifikasiyalaşdırılır. Əgər məhsul dövlət təşkilatları tərəfindən dövlət vəsaitinə alınırsa, sertifikasiya məcburidir.
3-cü kateqoriyanın proqramları, əsasən, könüllüdür. Lakin bəzi növ məhsullar üçün (məsələn yumurta, tütün və s.) sertifikasiya məcburidir. Ölkədə sertifikasiyaya ümumi rəhbərliyi Sertifikasiya Komitəsi yerinə yetirir.
Sertifikasiya işlərində 2000-dən çox sınaq laboratoriyaları iştirak edir. Sınaq laboratoriyalarının akkreditasiyası üzrə 100 dənə sistem fəaliyyət göstərir.