Mühazirə otağı/Cədvəl İY saat 10­ ­ 30 ; 12 00 Məsləhət saatları



Yüklə 62,15 Kb.
tarix02.01.2022
ölçüsü62,15 Kb.
#9150
növüMühazirə

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Sph 202: Nitq mədəniyyətinin Əsasları

Kredit: 3




Departament

Təhsil

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

2015

Fənni tədris edən müəllim(lər)

Asmar Yusifzade

E-mail:




Telefon:

050 589-04-84

Mühazirə otağı/Cədvəl

İY - saat 10­­30 ; 1200

Məsləhət saatları




Prerekvizitlər

-




Tədris dili

Azərbaycan




Fənnin növü

(məcburi, seçmə)

Məcburi




Dərsliklər və əlavə ədəbiyyat

1) “Azəbaycan dili” (nitq mədəniyyəti). Mədəd Çobanov. Ali məktəblər üçün dərslik. Bakı-2006

2) “Jurnalistin nitq mədəniyyəti”. Nəsir Əhmədli. Bakı-2005

3) “Televiziya nitqi və ədəbi tələffüz”. Qulu Məhərrəmli. Bakı-1999

4) “Orfoqrafiya-orfoepiya lüğəti”. Əziz Əfənzadə. Bakı-1989

5) “Natiqlik sənətinin əsasları”. Məmmədəli Əsgərov. Maarif nəşriyyatı. Bakı-1975

6) “Kütləvi kommunikasiya və dil”. Qulu Məhərrəmli. Çaşaoğlu-2004

7) “Ədəbi dilimiz haqqında”. Ə.bəy Haqverdiyev. Seçilmiş əsərləri. Bakı-2005

8) “Televiziya dili”. Qulu Məhərrəmli. Bakı-2002

9) «Дикция и орфоепия». Е.И.Леонарди. Москва 1987

10) “Nitq mədəniyyətinin əsasları”. Nadir Abdullayev, Zabit Məmmədov. Bakı-2010

11) “Səhnə danışığı”. Əzizağa Quliyev. Bakı-2011

12) “Dilimiz,ədəbiyyatımız və kimliyimiz uğrunda”,Bakı 2011




Kursun vebsaytı










Tədris metodları

Mühazirə

+




Qrup müzakirəsi

+




Praktiki tapşırıqlar

+




Praktiki məsələnin təhlili

+




Digər







Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

5 mart

20

Praktiki məsələ







Fəallıq




10

Tapşırıq və testlər







Kurs işi (Layihə)




20

Prezentasiya/Qrup müzakirə

+




Qiymətləndirmə

Final imtahanı



40

Digər – davamiyyət




10

Yekun



100

Kursun təsviri

Qeyd olunduğu kimi, dərslərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulur.

Mövzuların ardıcıllığı aşağıdakı kimidir:

İlk dörd dərs həftəsi sözlərin düzgün tələffüz olunmasına və heca vurğusunun təyininə həsr olunacaq.

İkinci ay, yəni növbəti dörd həftənin dərsləri mətnlərin düzgün oxunması məşğələləridir. İkinci ayın sonunda aralıq imtahanı veriləcək. Aralıq imtahanı orfoqrafiya və orfoepiyaya aid olacaq. Sonrakı dörd həftə ərzində analitik, informasiya, publisistik və bədii mətnlər oxunacaq, yazılaraq birlikdə müzakirə olunacaq.

Kursun son üç həftəsi şifahi ədəbi dilin dialekt və şivələrdən fərqinə həsr olunacaq.

Kursun axırında müəyyən olunmuş mövzu ətrafında tələbə araşdırması müzakirə ediləcək.

Sonda yuxarıda göstərilmiş tələblər əsasında qiymətləndirmə-imtahan keçiriləcək.


Kursun məqsədləri

“Nitq mədəniyyətinin əsasları” fənninin bütün humanitar fakultələrə, xüsusən müəllim ixtisası alanlara tədrisi vacibdir.

Kursun məqsədi – natiqlik məharəti, bunun üçün lazım olan keyfiyyətləri aşılamaqla yanaşı, tələbələrdə öz fikirlərinin düzgün, aydın, məntiqli, yığcam şəkildə ifadə edə bilmək vərdişi yaratmaqdır.

Bu kurs nəzəri biliklə yanaşı praktiki məşğələlərdən ibarətdir. Danışıq texnikası, orfoepiya, intonasiya, mimika və jest, analitik və bədii verilişlərdə oxu tərzi kimi anlayışları ayrı-ayrılıqda öyrətmək, nitq mədəniyyətinin praktik cəhətdən mənimsənilməsini və fakultənin proqram tələblərini təmin etmək məşğələlərin əsas məqsədidir.

Tədris prosesində nitq mədəniyyətinə yiyələnməyin daha səmərəli üsulları şərh olunacaq.

Qeyd:

“Nitq mədəniyyətinin əsasları” fənni ali məktəblərin bir çoxunda tədris olunur. Lakin həmin fənnin müasir tələblərə cavab verən dərsliyi yoxdur. Mövcud vəsaitlərdə natiqlik sənətinin, mədəni nitqin ümumi məsələlərindən bəhs olunur. Digər tərəfdən həmin vəsaitlər birbaşa və ya dolayı yolla tərcümə məhsulu olduğundan, oradakı şərhlər, mülahizələr dilimizin təbiəti ilə istənilən dərəcədə uzlaşa bilməz.



Kursun xüsusi məqsədləri

*Azərbaycan ədəbi dilinin zəngin və gözəl olduğunu tələbələrə izah etmək;

*Təkcə təhsil sahəsinin mütəxəssisləri üçün deyil, digər peşə sahiblərinin və ümumiyyətlə, hər bir azərbaycanlının öz dilində səlist danışığının onun bir şəxsiyyət kimi formalaşmasında əhəmiyyətini aşılamaq;

*Əcnəbi dillərdə təhsil alan tələbələrə öz doğma dilimizi mükəmməl bilmələrinin tövsiyə etmək.




Tədrisin (öyrənmənin) nəticələri

  • Xəbər, publisistik, analitik və bədii mətnləri düzgün qiraət etməli;

  • Bu və ya digər sözün, ifadənin düzgün deyiliş qaydasını izah etməli;

  • Dili qüsurlu tələbələrlə xüsusi artikulyasiya məşğələləri.




Qaydalar (Tədris siyasəti və davraniş)

Davamiyyət

Tələbələrin dərsləri buraxması nəticə baxımından arzulanan deyil. Çünki məşğələlər praktik xarakter daşıyır və mövzular bir-birilə bağlıdır.


Gecikmə

Tələbə geciksə həmin gün məşğələyə buraxılmayacaq.


Dərsə hazırlıq

Kursun mahiyyəti fərdi və sinifdənkənar hazırlıq tələb edir. Əlavə ədəbiyyatdan istifadə yalnız informativ xarakter daşıyacaq, praktik məşğələlərə, mətnlərin düzgün qiraət olunmasına kömək etmək üçündür.

Məşğələlər əsasən dialoqlar üzərində qurulur..
İmtahan

Bildiyiniz kimi, təkrar imtahana icazə verilmir. Əgər siz üzürlü səbəblərdən imtahana buraxılmamısınızsa, onu növbəti semestrdə verməlisiniz. Əgər imtahan üzürsüz səbəbdən buraxılıbsa, onda qiymətiniz sıfıra bərəbər olacaq. İmtahan vaxtının dəyişməsi barədə müəllimə imtahandan əvvəl müraciət etməlisiniz. İctimai tədbirlərlə əlaqədar dərsburaxmalar üzürlü sayılmayacaq.


*Kurs universitetin bal sisteminə uyğundur, yəni tələbə ən azı 60%-lik həddi keçməlidir.


Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix (planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1.

29/İ – 2015

29/İ – 2015




Nitq mədəniyyətinin məntiqi əsasları. Müəllimin nitqinə olan tələblər və ona nail olmağın yolları

Məktəblinin nitq mədəniyyətinin inkişafında müəllimin rolu.



“Natiqlik sənətinin əsasları”. Məmmədəli Əsgərov. Maarif nəşriyyatı. Bakı-1975

2.

5/İİ – 2015

5/İİ – 2015




Nitq mədəniyyəti və ədəbi dil normaları.

Danışıq texnikasına yiyələnməyin yolları.



“Jurnalistin nitq mədəniyyəti”. Nəsir Əhmədli. Bakı-2005

3.

12/İİ – 2015
12/İİ – 2015


Diksiya qüsurları və onların aradan qaldırılması yolları.

Artikulyasiya məşğələləri.



“Jurnalistin nitq mədəniyyəti”. Nəsir Əhmədli. Bakı-2005

4.

19/İİ – 2015

19/İİ – 2015



Səsin nizamlanması.

Tələffüsü inkişaf etdirən təmrinlər.

Azərbaycan ədəbi dilinin orfoepiya qaydaları. Düzgün danışığa olan tələblər.


“Səhnə danışığı”. Əzizağa Quliyev. Bakı-2011

5.

26/İİ- 2015
26/İİ- 2015

Dili zənginləşdirməyin yolları – sinonimlər.
Alınma sözlərin tələffüz qaydaları.

“Səhnə danışığı”. Əzizağa Quliyev. Bakı-2011

6.

5/İİİ- 2015

5/İİİ- 2015



Aralıq imtahanı




7.

12/İİİ- 2015
12/İİİ- 2015

Heca vurğusunun əhəmiyyəti.
Məntiqi vyrğunun yerinin dəyişməsi ilə cümlənin mənasının dəyişdiyi hallar.

“Orfoqrafiya-orfoepiya lüğəti”. Əziz Əfənzadə. Bakı-1989

8.

19/İİİ- 2015

19/İİİ- 2015



Şifahi ədəbi dilin dialekt və şivələrdən fərqi.

Nitq mədəniyyəti və söz yaradıcılığı.



“Jurnalistin nitq mədəniyyəti”. Nəsir Əhmədli. Bakı-2005

9.

26/İİİ- 2015
26/İİİ- 2015

Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri.

Müasir dövrdə Azərbaycan ədəbi dilinin inkişafı xüsusiyyətləri.



“Natiqlik sənətinin əsasları”. Məmmədəli Əsgərov. Maarif nəşriyyatı. Bakı-1975

10.

2/İY- 2015

2/İY- 2015




Nitqin növləri və formaları.

Fikrin dəqiq çatdırılmasında söz seçiminin əhəmiyyəti.



“Jurnalistin nitq mədəniyyəti”. Nəsir Əhmədli. Bakı-2005

11.

9/İY- 2015

9/İY- 2015



“O” saitinin “A” kimi tələffüz olunduğu

hallar.
Artıq şəkilçilər.



“Nitq mədəniyyətinin əsasları”. Nadir Abdullayev, Zabit Məmmədov. Bakı-2010

12.

16/İY – 2015

16/İY – 2015



Diskusiya mədəniyyəti.

Danışığa kömək edən digər vasitələr - mimika və jestin əhəmiyyəti



“Radio, Televiziya və ədəbi dil”. Nizami Xudiyev. Bakı-2001

13.

23/İY – 2015

23/İY – 2015




Bədii mətnlərin oxunuş qaydaları.

Praktiki məşğələ.



“Azəbaycan dili” (nitq mədəniyyəti). Mədəd Çobanov. Ali məktəblər üçün dərslik. Bakı-2006

14.

30/İY – 2015

30/İY – 2015




Natiqlik məharəti. Lazım olan keyfiyyətlər.

Qanadlı ifadələr və onlardan istifadə qaydaları.



“Natiqlik sənətinin əsasları”. Məmmədəli Əsgərov. Maarif nəşriyyatı. Bakı-1975

15.

7/Y – 2015

7/Y – 2015



Ortaq türk dili sahəsində görülən işlər.

Praktiki məşğələ.



İnternet
















May 2015

Final imtahan




Yüklə 62,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin