Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu



Yüklə 82,67 Kb.
səhifə1/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   30
ktm üzrə tədqiqat texnologiyaları



Mühazirə 1. Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu
Plan:

  1. Pedaqoji elmin mənbələri

  2. Pedaqoji tədqiqat metodları və onların səciyyəvi xüsusiyyətləri

  3. Tədqiqatın aktuallığı

1.1 Pedaqoji elmin mənbələri. Pedaqoji elmin mənbələri müxtəlifdir: pedaqoji proses, pedaqoji sənədlər, pedaqoji mövzuda yazılar, klassiklərin əsərləri və pedaqoji fikirləri, təhsil alanların fəaliyyəti, dövlət sənədləri, şifahi xalq yaradıcılığı nümunələri və s. Tədris və tərbiyə müəssisələrində həyata keçirilən pedaqoji proses pedaqoji elmin və pedaqoji biliklərin əsas mənbəyidir. Bu mənbələri iki qrupa ayırmaq olar: 1) geniş mənada pedaqoji prosesin özü, 2) şifahi və yazılı mənbələr. Birinciyə praktika, ikinciyə təlim-tərbiyə haqqında əsaslandırılmış fikirlər, mülahizələr, dövlət sənədləri, pedaqoji sənədlər, mütəfəkkirlərin pedaqoji ideyaları və s. daxildir.
Dövlət sənədi: Respublikamızda təhsil Azərbaycan dövlətinin müvafiq sənədləri əsasında təşkil olunur və inkişaf etdirilir. Ən əvvəl Azərbaycan Respublikası Konstitusiyası (Əsas qanunu), sonra təhsil sahəsində dövlət qanunvericiliyinin əsasları, təhsillə əlaqədar qəbul olunan qanunlar və digər rəsmi sənədlər nəzərdə tutulur. Bu sənədlərin tələblərini, təlim və tərbiyə qarşısında qoyduğu vəzifələri pedaqoji proseslə məşğul olan, pedaqoji problemləri tədqiq edən şəxslər öyrənməlidirlər. Pedaqoji sənədlər: Hər bir tədris və ya tərbiyə müəssisəsinin özünəməxsus sənədləri vardır. Bu sənədlər həmin müəssisələrdə aparılan işin xüsusiyyətlərini əks etdirir. Təhsil müəssisələrinin necə işlədiyini öyrənməkdə həmin sənədlər tədqiqatçıya zəngin məlumat verir. Pedaqoji mövzuda yazılar: Pedaqoji biliklər müvafiq kitablarda, jurnal və qəzetlərdə şərh edilir. Bu cür mənbələr keçmişdə tədris müəssisələrinin vəziyyətindən, oradakı təlim və tərbiyə işinin məzmunundan, üsulları və təşkili formalarından, pedaqoji fikrin tarixindən xəbər verir. Təhsilin, təlim və tərbiyənin, habelə inkişafın müasir problemlərini, qabaqcıl məktəb və müəllimlərin iş təcrübəsini, mövcud olan nöqsanları və onların aradan qaldırılması yollarını təhlil edən kitablar və məqalələr vardır. Təhsil alanların fəaliyyət məhsulları: Pedaqoji bilik mənbəyi olan uşaq fəaliyyəti məhsulları müxtəlifdir. Buraya fənlər üzrə uşaqların icra etdikləri işlər, sinifdənxaic və məktəbdənkənar tədbirlər zamanı onların yerinə yetirdikləri tapşırıqlar daxildir. Məsələn, ayrı-ayrı fənlərdən həll etdikləri məsələ və misallar, tərtib etdikləri planlar və xəritələr, quraşdırdıqları modellər, düzəltdikləri əyani vəsaitlər, hazırladıqları fotomantaj və fotostendlər, çıxardıqları divar qəzetləri və bülletenləri və s. şagirdlərin bacarıqları və qabiliyyətləri barədə, təlim və tərbiyənin necəliyi haqqında fikir söyləməyə əsas verir. Şifahi xalq yaradıcılığı nümunələri: Xalq təlim və tərbiyə haqqında, elm və bilik haqqında öz fikirlərini, istək və arzularını atalar sözlərində və zərb məsəllərdə, nağıl və dastanlarda, bayatı və tapmacalarda ifadə etmişdir. Canlı söz: təlim tərbiyə və təhsil işçilərinin söylədikləri fikirlər də pedaqoji bilik mənbələrindən biridir. Burada müəllimlərin və digər təhsil işçilərinin, şagirdlərin və valideynlərin, habelə pedaqoji prosesin digər iştirakçılarının dedikləri fikirlər nəzərdə tutulur.
Fizika tədrisi metodikası pedaqoji elm kimi aşağıdakı məsələləri həll edir:

  • orta ümumtəhsil məktəblərində fizika tədrisinin məqsədini müəyyən edir;

  • bir fənn kimi məktəb kimya kursunun quruluşunu və məzmununu müəyyənləşdirir və onu sistematik olaraq təkmilləşdirir;

  • şagirdlərdə təlim və tərbiyə üçün daha effektli təlim metodlarını işləyib hazırlayır, eksperimentdə yoxlayır və tətbiq edir.

Kimya tədrisi metodikasının başlıca vəzifəsi kimyanın təliminin nəzəriyyəsini təkmilləşdirmək, tədris prosesinin vacib qanunauyğunluğunu tətbiq etmək, orta məktəbdə kimyanın öyrənilməsi zamanı şagirdlərin onu qavrayaraq biliklər əldə etməsini, tərbiyəsini və inkişafını təmin etməkdən ibarətdir. KTM bir pedaqoji elm kimi kimyanın orta məktəbdə tədrisi prosesində təlimin qanunauyğunluğunu, gedişini, vasitələrini və şagirdlərin tərbiyə olunmasını tədqiq edir, əsaslandırır və tətbiq edir.
KTM qarşısında kimya kursunun məzmununun daha elmi olması, onun nəzəri və praktik sambalının artırılması, daha mühüm elmi və texniki kəşflərin kimya proqramına daxil edilməsi, bir sözlə tədris materialı və proqramının təkmilləşdirilməsi və cəmiyyətin artan tələbini ödəyən tədris prosesi yaratmaq vəzifəsi durur.
Bəzi şagirdlər tədris prosesində zəruri bilik, bacarıq və vərdiş ala bilmirlər. Bu müvəffəqiyyətsizliyin səbəbini açmaq üçün ilk növbədə aşağıdakıları nəzərdən keçirmək vacibdir: proqram həddindən artıq mürəkkəbdirmi, tədris kitablarının quruluşu və məzmunu əlverişlidirmi, tədris metodlarında hansı çatışmamazlıqlar vardır, əyanilikdən nə dərəcədə istifadə edilir və s. Kimyanın tədrisi ilə bağlı tədqiqatlar bir qədər çətindir – tədqiqatın gedişi prosesində hər bir şagirdin psixi keyfiyyətinin inkişafından asılı olaraq əqli və yaradıcı fəaliyyəti müxtəlif cür inkişaf edir və formalaşmağa başlayır. Əlbəttə biliklərin artması, əxlaqi-iradi keyfiyyətlərin, bacarıq və vərdişlərin inkişafı tədriclə baş verir və onların formalaşması üçün uzun müddət tələb olunur. Buna görə də kimyanın öyrənilməsi qısa müddət ərzində baş verə bilməz. Şagirdlərdə kimyəvi anlayışların formalaşmasını müşahidə etmək üçün uzun müddət tələb edilir.
Tədqiqatın aktuallığını əsaslandırmaq lazımdır. Bu məqsədlə nəzəri və metodik ədəbiyyatlarda, tədqiqat əsərlərində (dissertasiyalarda), məktəb təcrübəsində, proqram, dərslik və dərs vəsaitlərində problemin qoyuluşu təhlil edilməlidir. Təhlil zamanı problemin həll edilməmiş məsələləri müəyyənləşdirilməli və həlli vacib olan problem təyin olunmalıdır.

Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin