Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə14/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   98
Müh 2016

Nüvə silahları
o silahlara deyilir ki, onların dağıdıcı təsir qüvvəsi nüvə daxili 
enerjinin ayrılması hesabına baş versin. Nüvə çevrilmələri zamanı əmələ gələn 
enerjiyə nüvə enerjisi deyilir. Məlum nüvə silahlarının istifadəsində partlayışlar iki 
üsulla həyata keçirilir: 
– atom silahlarının istifadəsində nüvədaxili ağır kimyəvi element atomları 
bölünərək daha yüngül atom və nüvələrə çevrilir və bölünmə reaksiyası adlanır; 
– hidrogen silahlarının istifadəsində yüngül kimyəvi element atomları birləşərək 
daha ağır atomlar əmələ gətirir və buna sintez üsulu deyilir. 
Nüvə silahlarında zəncirvari reaksiyaları uran və plutonium elementləri təşkil edir. 
Onlar çox radioaktiv maddələr olduqları üçün sərbəst halda belə bölünərək 
özlərindən hissəciklər buraxırlar.
Nüvə sursatının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil 
ekvivalenti – nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər olan 
adi partlayıcı maddənin (trotilin) tonla miqdarına deyilir. Nüvə sursatının trotil 
ekvivalenti tonla, kilotonla və meqatonla ölçülür. 
Nüvə sursatlarını istifadə etmək üçün onları aşağıdakı nüvə daşıyıcılarına 
yerləşdirirlər: 
– ballastik raketlərin başlıq hissələrində; 
– zenit və qanadlı raketlərin döyüş hissəsində
– aviasiya mərmilərində;
– artileriya mərmi və minalarında; 
– torpedoların döyüş hissələrində; 
– mühəndis minalarında. 
Nüvə partlayışlarının dağıdıcı faktorları insanların məhv edilməsində kompleks 
xarakter daşıyır, böyük ərazini əhatə edir və öz təsirini uzun müddət saxlayır. 
Nüvə silahının zədələyici amilləri: 
Nüvə partlayışı enerjisinin təqribən 50% – zərbə dalğasının, 35% –işıq 
şualanmasının, 10% – ərazinin radioaktiv çirklənməsinin, 4% – nüfuzedici 
rasiasiyanın və 1% – elektromaqnit impulsunun yaranmasına sərf olunur. 
1. Zərbə dalğası
– partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk 
sıxılmış hava qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə 
edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiq, dalğanın surət təzyiqi və 
izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə 
zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bərabərdir. Izafi 
təzyiq hər kv. sm. kq. qüvvə ilə ifadə olunur və KP (kilopaskalla) ölçülür.
Zərbə dalğası nəticəsində binalar, qurğular, tikililər dağılır, insanlar isə müxtəlif 
dərəcəli zədələr alırlar. İzafi təzyiqin miqdarından asılı olaraq aşağıdakı növlərə, 
zədələrə bölünür: 
– yüngül zədələnmə - izafi təzyiq 20 – 40 kPa bərabər olanda baş verir. Bu zaman 
yüngül kontuziya, qol və qıç nahiyələrinin burxulması və eşitmə qabiliyyətinin 
müvəqqəti itirilməsi baş verir
– orta zədələnmə – izafi təzyiq 40 – 60 kPa bərabər olanda baş verir. Belə 


hallarda bədənin ümumi kontuziyası, qol və qiç nahiyələrinin bərk burxulması, 
burun və qulaqlardan qanaxma baş verir; 
– ağır zədələnmə – izafi təzyiq 60 – 100 kPa bərabər olanda baş verir. Bu zaman 
qol və qıç nahiyələrinin sınması, daxili orqanların zədələnməsi, burun və 
qulaqlardan şiddətli qanaxma baş verir.
– ən ağır zədələnmə – izafi təzyiq 100 kPa - dan yüksək olanda baş verir. Bu 
zaman sümüklərin sınması, daxili orqanların dağılması, daxili qanaxma və beyin 
silkələnməsi baş verir və ölümlə nəticələnir.
Zərbə dalğasının önündə izafi təzyiq 10 kPa – dan artıq olan sahələr nüvə dağıntı 
ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr 4 növə ayrılır: tam 
dağıntı zonası, güclü dağıntı zonası, orta dağıntı zonası və zəif dağıntı zonası. 
1. Nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə tam dağıntı zonası deyilir. Bu 
sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq 
olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin 
lap yaxınlığında isə sığınacağların bir qismi uçulur. Küçələrdə başdan - başa 
uçqunlar əmələ qəlir və sığınacaqların giriş yolları uçqunlarla tutulur. 
2. İzafi təzyiqin təsirinə 50 kPa-dan – 30 kPa-dək məruz qalmış sahələr güclü 
dağıntı zonası adlandırılır. 3. İzafi təzyiqin təsirinə 30 kPa-dan – 20 kPa-dək 
məruz qalmış sahələr orta dərəcəli dağıntı zonası adlandırılır.
4. İzafi təzyiqin təsirinə 20 kPa- dan –10 kPa-dək məruz qalmış sahələr zəif 
dağıntılar zonası adlandırılır.
Zərbə dalğasının zədələyici təsiri partlayışın qücündən, partlayışın növündən, 
partlayış mərkəzindən olan məsafədən və yerin relyefindən asılı olur. 20 kilotonluq 
nüvə partlayışı zamanı zərbə dalğası 1km məsafəyə 2 saniyə, 2km məsafəyə 5 
saniyə, 3km məsafəyə 8 saniyə ərzində çatır. 
Zərbə dalğasından ən etibarlı mühafizə üsulu mühafizə qurğularında yerləşməkdir,
həmçinin xəndəklərdən, yeraltı zirzəmilərdən və yerin relyefindən də müəyyən 
qədər istifadə etmək mümkündür.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin