3. Sürüşmə və uçqunlar.
Sürüşmə
– dağ yamaclarında və yarğanlarda, dənizlərin, göllərin və çayların
sıldırım sahillərində seysmik təkandan, sürüşən kütlənin öz ağırlığından, yamacın
altının yuyulmasından, ifrat nəmişlikdən və digər proseslərdən
dağ süxur
kütlələrinin ağırlıq qüvvəsinin təsiri altında yamac boyu yerdəyişməsidir. Sürüşmə
zamanı qruntun həcmi onlarla və 100 minlərlə m3, ayrı-ayrı hallardaisə hətta daha
çoxdur.
Torpaq sahələrinin üzərindəki tikililərlə
birlikdə, yamacın aşağı sürüşməsi Qafqaz
dağ silsiləsinin şimal-şərq və cənub yamaclarında, xüsusən də, İsmayıllı
(Girdmançay hövzəsində), Ağsu (Ataçay hövzəsi), Şamaxı (Qozluçay , Pirsaatçay ,
ətraflarında) və Xızı rayonlarında daha tez-tez baş verir.
Belə hallar həmçinin
Dəvəçi, Zaqatala, Qusar, Oğuz rayonlarında də müşahidə edilir. Talış dağları
zonasında, o cümlədən Yardımlı çökəkliyində də güclü sürüşmələrə rast gəlinir.
Uçqun — dağ süxurlarının ağırlıq qüvvəsi təsiri altında dağ zirvələrindən qopub
aşağı dığırlanmasıdır.
Sürüşmə və uçqun halları Şamaxı - Qobustan ərazisinin dağlıq
hissəsini, Qobustan-
Qaradağ və şərqi Abşeronun qismən düzənlik hissəsini də əhatə edir. Bir çox
hallarda geniş sürüşmələrə sel və zəlzələlərdə səbəb olur. Məsələn, 1986-cı ildə
İsmayıllı rayonunda sürüşmə məhz zəlzələ nəticəsində baş vermişdir.
Dostları ilə paylaş: