Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə19/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   98
Müh 2016

Mövzu: 4. Bakterioloji silah. 
Bioloji (bakterioloji) silah
– kütləvi qırğın silahlarının bir növü olub – bakterial 
vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və 
tərtibatlara deyilir. Bioloji (bakterioloji) silahın əsasını xəstəlik törədən mikroblar 
və onlardan alınan toksinlər təşkil edir. 
Bioloji (bakterioloji) silahlar insanların, heyvanların və bitkilərin məhv 
edilməsi, ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir.
Bakterioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında 
kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. 
Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi 
xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla 
belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici 
mühitdə və ya yoluxmuş həşəratlarda, gənələrdə və gəmiricilərdə qala bilir. 


Bakterioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya 
gizli təsir dövrünün olmasıdır. 
Düşmən bakterioloji vasitələri, təyyarə bombaları, top mərmiləri, raketlər, 
içərisinə maye və ya toz halda mikrob və zəhər qatışığı doldurulmuş xüsusi 
konteynerlər vasitəsilə ata bilər. 
Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxdurulmasıdır. 
İçərisində bakterioloji vasitələr olan döyüş sursatı partlayarkən havada duman və 
ya tüstü şəkilli aerozol buludu yaranır. Onun zədələyici təsiri tətbiq edilən xəstəlik 
törədicinin miqdarından, ərazinin relyefindən və meteoroloji şəraitdən asılıdır. 
Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bioloji silahın tətbiqi 
nəticəsində insan, heyvan və bitki tələfatı olsun.
Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə keçdikləri üçün 
bakterioloji yoluxmanın sərhədləri daha da genişlənir və yoluxucu xəstəliklərin 
yayılma təhlükəsi artır.Profilaktik tədbirlər görmək üçün bakterioloji vasitələrin 
vaxtında aşkar edilməsinin çox böyük əhəmiyyəti vardır. Düşmənin bakterioloji 
silahdan istifadə etdiyini zahiri əlamətlərə görə, bu vasitənin hansı yoluxucu 
xəstəlik törədəcəyini isə laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən etmək 
olar. 
Düşmənin bakterioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında 
kütləvi epidemiya, həmçinin mal qaranın kütləvi qırılması halları baş verə bilər.
Bunun qarşısını almaq üçün observasiya və karantin rejimləri tətbiq edilir və bu 
zonalarda zərərsizləşdirmə tədbirləri (dezinfeksiya, dezinseksiya və deratizasiya) 
həyata keçirilir. 
Xəstəlik törədən mikrobların və onların toksinlərinin məhv edilməsinə 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin