göstərişlərinə uyğun hərəkət etməlidir. Yoluxmanın hansı ərazidə
baş verməsindən
asılı olmayaraq müdafiə rejimləri qurulur və yaşayış məntəqələrinin hansı hissədə
olacağı müəyyənləşdirilir.
Ərazinin radioaktiv zəhərlənməsi əhalinin yoluxmamış və ya az yoluxmuş zonalara
köçürülməsi zərurətini yaradır.
Yerdəyişmə və daşınma qısa müddətdə həyata keçməlidir ki, insanlar şüalanmaya
az məruz qalsınlar. Radioaktiv maddələrlə yoluxmuş ərazilərdə mülki müdafiə
orqanları tərəfindən təyin edilmiş ciddi rejimə əməl edilməlidir.
Bu cür yoluxmaya
məruz qalmış ərazilərdə su içmək, siqaret çəkmək, qidalanmaq,
qorunma
vasitələrini dəyişmək, hündür və sıx kollarn arasında hərəkət etmək olmaz. Bu
ərazidə olan yaşayış yerlərinə daxil olarkən paltarları və ayaqqabıları radioaktiv
tozdan təmizləmək lazımdır. Açıq vəziyyətdə saxlanılan məhsullardan və su
hövzələrindən istifadə etmək qəti qadağandır.
Qorunmamış məhsullara radioaktiv tozun daxil olma dərinliyi müxtəlif ola bilər:
taxılda - 3 sm-ə qədər, unda - 0.5-1 sm, şəkər tozunda - 1.5-2 sm, darı və
qarabaşaqda - 1 sm, duzda - 0.5 sm.
Radioaktiv maddələr tərəvəz, meyvə,
giləmeyvə və ətiri daha çox zədələyir. Açıq su hövzələri və quyulara düşən
radioaktiv maddələr aşağı çökür və tədricən suda həll olur. Bu səbəbdən yemək
hazırlayarkən zirzəmi və anbarlarda müxtəlif materiallara bükülüb saxlanılan
ərzaqlardan istifadə etmək lazımdır. Yemək hazırlamaq
və içmək üçün suyu
borulardan və qorunan quyulardan, qışda isə üstü qalın buz qatı ilə örtülmüş su
hövzələrindən götürmək olar.
Yoluxmuş qida məhsulları və su istifadə olunmazdan
əvvəl dezaktivasiya
olunmalıdır.
Dezaktivasiyadan sonra qida məhsullarının tam təmizləndiyini yoxlamaq üçün
dozimetrik cihaz olan radiometrdən istifadə edilir. Yoxlama xüsusi laboratoriya və
sanitar-epidemioloji stansiya tərəfindən aparılır. Əgər yoluxma normadan artıq
olarsa, dezaktivasiya təkrarlanmalıdır.
Dostları ilə paylaş: