Məsələ 896: Gündəlik vacib namazların birinci və ikinci rəkətində “təkbirətül-ehram”dan sonra Həmd-surəsi oxunmalıdır. “Həmd”dən sonra vacib ehtiyata əsasən, Qur’ani-Məcidin surələrindən biri tam şəkildə oxunmalıdır. “Həmd”dən sonra hər hansı surədən bir neçə ayə oxumaq bəs etməz. Nəzərdə saxlamaq lazımdır ki, “Fil” və “Qüreyş”, eləcə də “Züha” və “Şərh” surələri namazda bir surə sayılır.
Məsələ 897: Vaxt dar olanda, oğru və ya yırtıcı qorxusu olanda, yalnız “Həmd”i oxumaq bəs edər. Tələsik bir iş olanda da surəni oxumamaq mümkündür.
Məsələ 898: “Həmdi” surədən qabaq oxumaq vacibdir. Bir şəxs bilərəkdən bu qaydanı pozsa namazı batildir. Əgər rükudan qabaq bu iş baş verərsə, yenidən və düzgün oxumaq lazımdır. Rükuya çatdıqdan sonra yada düşərsə, namaz düzgün sayılır. “Həmdi”, surəni və ya hər ikisini unutduqda da bu hökm gücündədir.