Müqəddİmə Bir neçə zəruri xatırlatma


Məsələ 910: Bir şəxs namazın qiraət və zikrində səsini çox ucaldıb, qışqırsa, namazı batildir. Məsələ 911



Yüklə 9,34 Mb.
səhifə178/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   174   175   176   177   178   179   180   181   ...   519
Məsələ 910: Bir şəxs namazın qiraət və zikrində səsini çox ucaldıb, qışqırsa, namazı batildir.

Məsələ 911: Namazın qiraət və zikrini düzgün oxumaq lazımdır. Bilməyən bunu öyrənməlidir. Amma düzgün tələffüzü öyrənə bilməyənlər namazı bacardıqları kimi qılmalıdır. Bu qəbil insanlar imkan daxilində namazını cəmiyyətlə qılmağa çalışmalıdır.

Məsələ 912: Namazın qiraət və zikrini səhlənkarlıq səbəbindən öyrənməyənlərin namazı batildir. Vaxt dar olduqda vacib ehtiyat budur ki, elələri namazını cəmiyyətlə qılsın. Cəmiyyətlə qılmaq imkanı olmasa, dar vaxtda qıldığı namaz düzgündür.

Məsələ 913: Vacib ehtiyata əsasən, namazın vacib göstərişlərini öyrətmək müqabilində pul almaq olmaz. Amma müstəhəb göstərişlərin öyrədilməsi ilahi hökmlərin hifzi sayılmasa, bunun müqabilində muzd almaq olar.

Məsələ 914: İnsan Həmd-surəni və ya digər zikirlərin mətnindən hər hansı bir sözü bilməsə, ya onun fəthə və kəsrəsini dəyişik salsa, ya bir hərfini başqa hərf kimi oxusa (məsələn, “Zad” hərfinin əvəzinə “za” oxusa) leksik baxımdan səhv olarsa, namaz batildir.

Məsələ 915: Əgər bir şəxs namazın mətnində bir söz və ya bir ayəni uzun müddət oxuduqdan sonra yanlış oxuduğunu başa düşərsə, namazını yenidən qılması vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, onu ya təzələsin, ya da qəzasını qılsın.

Məsələ 916: Vacib deyil ki, təcvid alimlərinin daha gözəl oxunuşla bağlı göstərişlərinə əməl edilsin. Amma elə oxumaq lazımdır ki, “ərəbcə düzgün oxudu” söylənilsin. Amma təcvid göstərişlərinə əməl etmək daha yaxşıdır.

Məsələ 917: Vacib ehtiyat budur ki, namazda hərəkələrdə vəqf olunmasın. Hərəkələrdə vəqf dedikdə sözün son hərəkəsinin deyilməsi, amma sözdən sonra fasilə verilməsi nəzərdə tutulur. Məsələn, “Allahu əkbəru” deyib bir müddət fasilədən sonra “Bismillah” başlanılmamalıdır. Namazda “sükunla vəslin”, yə’ni son hərəkəni demədən fasilə verməməyin eybi yoxdur. Belə ki, “Allahu əkbər” sözünün son hərəkəsi deyilmir, eyni zamanda fasilə verilmədən sonrakı sözü oxunur.

Məsələ 918: Üç rəkətli və dörd rəkətli namazın üçüncü və dördüncü rəkətində insan həm Həmd oxuya bilər, həm də üç dəfə təsbihati-ərbəə (“Sübhanəllahi vəl həmdulillahi və la ilahə illəllahu vəllahu əkbər”) deyə bilər. Bu cümləni bir dəfə də demək bəs edər. Üçüncü və dördüncü rəkətlərin birində Həmd oxuyub, o birində təsbihat demək olar.

Məsələ 919: Namazın üçüncü və dördüncü rəkətlərində Həmdi və ya təsbihati ərbəəni astadan demək vacibdir. Vacib ehtiyata əsasən, “Bismillah” da astadan deyilməlidir.

Məsələ 920: Bir şəxs namazın birinci və ya ikinci rəkətində onu üçüncü və ya dördüncü rəkət sayaraq Həmd-surə əvəzinə təsbihat desə, rükudan öncə başa düşsə Həmd-surə oxumalıdır. Əgər rüku vaxtı və ya rükudan sonra anlasa, namazı düzgündür, müstəhəb ehtiyata əsasən, iki səcdəyi-səhv yerinə yetirməlidir.

Məsələ 921: Əgər üçüncü və ya dördüncü rəkətdə Həmd oxumaq istədikdə dilinə təsbihat gəlsə, ya da təsbihat oxumaq istədiyi vaxt dilinə Həmd gəlsə, bəs etməz, yenidən nəzərdə tutduğunu oxumalıdır. Amma hər ikisini niyyətində tutmuşsa, hansı birini oxusa bəs edər.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin