Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə177/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   173   174   175   176   177   178   179   180   ...   519
Məsələ 900: Müstəhəb namazlarda səcdə surələrini oxumaq olar. Bu halda səcdə ayəsindən sonra səcdə qılınır, sonra namaz davam etdirilir.

Məsələ 901: Müstəhəb namazlarda surəni oxumamaq olar. Hətta müstəhəb namaz nəzir vasitəsi ilə vacib olarsa da bu iş mümkündür. Amma xüsusi surələri olan müstəhəb namazlarda həmin namazın göstərişlərinə əməl edilməlidir.

Məsələ 902: Cümə gününün günorta namazında birinci rəkətdə “Həmd”dən sonra “Cumuə” surəsini, ikinci rəkətdə “Həmd”dən sonra “Munafiqun” surəsini oxumaq müstəhəbdir. Bu surələrdən birini oxumağa başlasa vacib ehtiyat budur ki, o biri surəyə keçməsin.

Məsələ 903: İstənilən bir namazda “İxlas” və ya “Kafirun” surəsindən digər bir surəyə keçməz olmaz. Yalnız cümə namazında “Cumuə” və “Munafiqun” surələrinin yerinə başqa bir surə oxunmuşsa, surənin yarısına çatmamış onu tərk edib “Cumuə” və “Munafiqun” surələrini oxumaq olar.

Məsələ 904: “İxlas” və “Kafirun” surələrindən başqa surələri yarıda saxlayıb başqa surə oxumaq olar. Bir şərtlə ki, həmin surənin ortasına çatmamış olsun.

Məsələ 905: Əgər surənin (“İxlas”) bir hissəsini unutsa və ya vaxt dar olduğundan davam etdirə bilməsə, onu saxlayıb başqa bir surə oxuya bilər. Saxlanılmış surənin yarıdan saxlanılmasının, İxlas və Kafirun olmasının fərqi yoxdur.

Məsələ 906: Kişilərin sübh, şam və xiftən namazlarında Həmd-surəni ucadan oxuması vacibdir. Onlar günorta və ikindi namazlarının Həmd-surəsini astadan oxumalıdırlar. Qadınlar günorta və ikindi namazının Həmd-surəsini astadan oxumalıdırlar. Onlar sübh, şam və xiftən namazlarının Həmd-surəsini həm ucadan, həm də astadan oxuya bilərlər. Amma əgər onların səsini naməhrəm eşidərsə, müstəhəb ehtiyat budur ki, Həmd-surəni astadan oxusunlar.

Məsələ 907: Həmd-surəni ucadan oxumaq zəruri olduğu vaxt bilərəkdən onun bir sözünü astadan oxumaq namazı batil edir. Eləcə də astadan oxumalı olduğu yerdə bir sözü ucadan oxuyarsa namazı batil olar.

Məsələ 908: Ucadan oxunmalı qiraəti bilərəkdən astadan, astadan oxunmalı qiraəti bilərəkdən ucadan oxuyan şəxsin namazı batildir. Amma məsələni bilmədiyindən və ya unutduğundan belə edərsə namazı düzgündür. Əgər məsələni öyrənməkdə səhlənkarlıq etmiş olarsa, vacib ehtiyata əsasən, namazı təzələməlidir.

Məsələ 909: Əgər Həmd-surə oxuduğu vaxt başa düşərsə ki, həmin hissəni göstərişin ziddinə olaraq ya uca, ya da astadan oxuyub, onu təkrar oxuması lazım deyil. Amma yaxşı olar ki, yenidən düzgün oxusun.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin