Məsələ 927: Namazın hər rəkətində qiraətdən (Həmd-surədən) sonra rükuya getmək vacibdir. Rüku dedikdə əlləri dizə qoyacaq həddə əyilmək nəzərdə tutulur. Vacib ehtiyat budur ki, əllər dizlərə qoyulsun.
Məsələ 928: Əgər bir şəxsin qolları və dizi başqalarından fərqlidirsə, məsələn, qolları çox uzundur və azca əyildikdə dizlərinə çatır, bu şəxs adi həddə əyilməlidir.
Məsələ 930: İnsan rüku məqsədi ilə əyilməlidir. Belə bir niyyət olmadan əyildikdə onu rüku saymaq olmaz. İnsan ayaq üstə dayanmalı və rüku məqsədi ilə əyilməlidir.
Məsələ 931: Rükuda zikr demək vacibdir. Vacib ehtiyata əsasən, rükuda üç dəfə “Sübhanəllah” və ya bir dəfə “Sübhanə rəbbiyəl əzimi və bihəmdih” deyilməlidir. Bu zikrlər aydın ərəb dilində tələffüz olunmalıdır. Müstəhəbdir ki, bu zikirlər üç, beş və ya yeddi dəfə təkrarlansın.