Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə251/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   247   248   249   250   251   252   253   254   ...   519
Məsələ 1251: İmam rükuda olduğu vaxt ona iqtida edən şəxs imamın rükusuna çatarsa namazı düzgündür. Rükuda imama çatmazsa və ya çatıb-çatmadığına şübhə edərsə, namazı fərdi tamamlasın və vacib ehtiyat budur ki, namazını təzələsin.

Məsələ 1252: Namazın digər rəkətlərində (birinci rəkətdən başqa) və imamın rükusuna çatmaq lazımdır. Yoxsa, şəxsin qıldığı camaat namazına irad var.

Məsələ 1253: Əgər imam rükuda olduğu vaxt iqtida etsə və rüku həddinə əyilənədək imam rükudan qalxsa, fərdi niyyət etsin və namazı düzgündür. Onu təkrarlamaq lazım deyil.

Məsələ 1254: Əgər namazın əvvəlində və ya həmdlə surə arasında iqtida etsə və imamın rükusuna çatmasa, qıldığı camaat namazı düzgün deyil. Üzürlü hal istisnadır.

Məsələ 1255: Camaat namazına çatdığı vaxt imam namazın son təşəhhüdünü oxuyarsa bu namazdan savab əldə etmək məqsədi ilə niyyət edib təkbirətül-ehram deyir və əyləşir. Təşəhhüdü imamla oxuyur, amma salam demir. Bir qədər səbr edir, imam salamı dedikdən sonra ayağa qalxıb namaza davam edir. Yə’ni həmd-surə oxuyur və bunu namazın birinci rəkəti sayır.

Məsələ 1256: Əgər ikinci rəkətdə iqtida etsə, qunut və təşəhhüdü imamla desə, ehtiyat budur ki, təşəhhüdü oxuyarkən dizlərini yerdən qaldırıb yalnız əllərini və ayaqlarını yerdə saxlasın (yarım oturaq vəziyyət alsın). İmamın təşəhhüdündən sonra qalxıb həmd-surə oxusun. Surəyə vaxt olmasa həmdi oxuyub rükuda imama çatsın.

Məsələ 1257: İmamın ikinci rəkətində iqtida edən şəxs öz namazının ikinci rəkətində, imamın namazının üçüncü rəkətində iki səcdədən sonra oturur, təşəhhüdün vacib miqdarını oxuyub qalxır və imama çatır. Əgər üç dəfə təsbihat deməyə vaxt çatmasa, bir dəfə deyir və rükuda özünü imama çatdırır.

Məsələ 1258: Əgər imam üçüncü və ya dördüncü rəkətdə olsa, mə’mum iqtida edəcəyi təqdirdə Həmd oxumaqla rükuda imama çatmayacağını bilsə, vacib ehtiyata əsasən, səbr etsin, imam rükuya getdikdən sonra iqtida etsin.

Məsələ 1259: Əgər üçüncü və ya dördüncü rəkətdə imama iqtida etsə, Həmd və surəni oxumalıdır. Surə üçün vaxt olmasa təkcə Həmdi oxuya bilər. Amma özünü rükuda imama çatdırmalıdır.

Məsələ 1260: Bir şəxs əmin olsa ki, surəni oxusa rükuda imama çatacaq, vacib ehtiyat budur ki, surəni oxusun. Əgər surəni oxuduqda təsadüfən rükuda imama çatmasa, qıldığı camaat namazı düzgündür.

Məsələ 1261: Əgər imam ayaq üstə olsa və mə’mum hansı rəkətin qılındığını bilməsə, iqtida edib, savab məqsədi ilə Həmd surəni oxuya bilər və namazı düzgündür. İmamın üçüncü və ya dördüncü, birinci və ya ikinci rəkətdə olmasının fərqi yoxdur. Bir şərtlə ki, namaz günorta və ikindi namazı olsun və imam Həmd-surəni astadan oxumuş olsun.

Məsələ 1262: Əgər düşünsə ki, imam birinci və ya ikinci rəkətdədir, Həmd-surəni oxumasa və rükudan sonra başa düşsə ki, imam üçüncü və ya dördüncü rəkətdə imiş, namazı düzgündür, amma rükudan öncə bunu başa düşsə, Həmd-surəni oxumalıdır. Vaxtı olmasa təkcə Həmd oxuya bilər. Amma rükuda imama çatmalıdır.

Məsələ 1263: Müstəhəb namaz qıldığı vaxt camaat namazı başlasa namazı bitirdiyi halda camaat namazına çatmayacağından qorxsa, müstəhəbdir ki, namazı saxlayıb camaat namazına qoşulsun.

Məsələ 1264: Vacib namaz qıldığı vaxt camaat namazı başlasa, üçüncü rəkətə daxil olmayıbsa, çatmayacağından qorxduqda müstəhəbdir ki, niyyətini müstəhəb namaza çevirib iki rəkətlə kifayatlənsin və özünü camaat namazına çatdırsın.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin