Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə405/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   401   402   403   404   405   406   407   408   ...   519
Məsələ 2050: Başqasının iddəsində olan bir arvadla zina etsə, vacib ehtiyata əsasən, təlaqın ric’i və yaxud qeyri-ric’i olmasından asılı olmayaraq, o arvad ona haram olur.

Məsələ 2051: Əgər iddədə olmayan ərsiz bir qadınla zina etsə, sonradan onunla evlənə bilər. Lakin, müstəhəb ehtiyata əsasən, səbr etsin, qadın heyz olandan sonra onu öz nikahına gətirsin.

Məsələ 2052: Əgər başqasının iddəsində olan qadını özünə əqd etsə, kişi və qadın və yaxud onlardan biri qadının iddədə olmasını və habelə, iddədə olan qadınla əqd etməyin haram olduğunu bilsə, onunla cinsi əlaqədə olub-olmamasından asılı olmayaraq, o qadın ona əbədi haram olur. Lakin onlardan heç biri qadının iddədə olduğunu bilməyiblərsə və yaxud iddəli qadınla əqd etməyin haram olduğunu bilməyiblərsə, bir-birləri ilə cinsi yaxınlıq etdikləri halda, qadın ona haram olur; yaxınlıq etməyiblərsə qadın ona haram olmur. Əqd vəkil vasitəsi ilə oxunduğu hallarda əbədi haram hasil olmur.

Məsələ 2053: Əgər bir şəxs qadının ərli olduğunu bilib, onu özünə əqd etsə, gərək ondan ayrılsın. Vacib ehtiyata əsasən, onunla yaxınlıq etməməsinə baxmayaraq, sonradan da onunla evlənə bilməz.

Məsələ 2054: Ərli qadın zina etdiyi halda ərinə haram olmur, lakin, tövbə etməyib öz əməlini davam etdirsə ərin onu boşaması yaxşıdır, amma, mehriyyəsini verməlidir. Əgər zina etməklə məşhur olsa, vacib ehtiyata əsasən, ona təlaq verilməlidir.

Məsələ 2055: Əgər bir nəfər ərli qadınla (nəuzu billah) zina etsə, tövbə etmək üçün onun ərinə bir şey demək lazım deyil; Allahın dərgahında tövbə etməlidir.

Məsələ 2056: Ləvat verən oğlanın (həddi-büluğa çatıb-çatmamasından asılı olmayaraq) anası, bacısı, qızı ləvat edən şəxsə haramdır. Lakin ləvat edənin həddi-büluğa çatmasında və həmçinin, düxulun hasil olub-olmamasında şəkk etdiyi halda haram olmur.

Məsələ 2057: Əgər bir şəxsin anası, bacısı və yaxud qızı ilə evlənsə və evləndikdən sonra (Allah uzaq etsin) onunla ləvat etsə, onlar ona haram olmaz.

Məsələ 2058: Əgər bir şəxs həcc və ümrə əməllərindən sayılan ehram halında bir qadınla izdivac etsə əqdi batildir. Beləki, əgər bu halda arvad almağın haram olduğunu bilsə, onunla yaxınlıq edib-etməməsindən asılı olmayaraq, heç vaxt o arvadı öz nikahına gətirə bilməz.

Məsələ 2059: Əgər kişi həcc əməllərindən biri sayılan “nisa” təvafını yerinə yetirməsə, ehram bağlamaqla ona haram olan qadın halal olmur. Bu hökm qadınlar haqqında da sabitdir. Lakin, sonradan nisa təvafını yerinə yetirsələr bir-birlərinə halal olurlar.

Məsələ 2060: Əgər bir şəxs həddi-büluğa çatmayan bir qızı onun vəlisinin icazəsi ilə özünə əqd etsə, qızın doqquz yaşı tamam olmayınca, onunla cinsi əlaqədə olması haramdır. Doqquz yaşdan əlavə, əgər cismi baxımdan hazır olmasa, (onunla cinsi əlaqədə olmağın) iradı var. Hər bir halda, əgər yaxınlıq edib onu ifza etsə, o qadın ona harm olmur, xüsusi ilə əgər cərrahiyyə əmaliyatı və yaxud dərman vasitəsi ilə yaxşı olub, əvvəlki halına qayıtsa. Bu baxımdan arvadla yaxınlıq məsələsində doqquz yaşın tamam olmasından əlavə, cinsi yaxınlıq üçün cismin inkişaf etməsi də lazımdır. Əgər qadının ifza və naqis olma qorxusu olsa, həddi-büluğa çatmasından asılı olmayaraq, qadınla cinsi əlaqənin iradı var.

Məsələ 2061: Üç dəfə təlaq verilən qadın ərinə haram olur. Amma əgər təlaq kitabında deyilən şərtlər əsasında başqa kişi ilə nikah edib sonra təlaq alsa, birinci əri ilə yenidən ailə qura bilər.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   401   402   403   404   405   406   407   408   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin