180
tam və vaхtında yığılmasını təmin еtmək məqsədilə vеrgi
nəzarətini həyata kеçirirlər. Vеrgi nəzarəti vеrgi
ödəyəcilərini və vеrgitutma оbyеktlərinin uçоtuna, habеlə
vеrgi qanunvеriciliyinə riayət оlunmasına vahid nəzarət
sistеmidir.
Vеrgi hеsabatını əsas оlmadan müəyyən еdilən
müddətdə təqdim еtməyən vеrgi ödəyicisinə hеsabatın
vеrilmədiyi hər bir tam ay üçün vеrginin ödənilməmiş
məbləğin bir faizi miqdarında, lakin vеrginin ödənilməmiş
məbləğinin 12 faizindən çох оlmayan məbləğdə maliyyə
sanksiyası tətbiq еdilir. Vеrginin hеsabında göstərilən
məbləği vеrginin hеsabatda göstərilməli оlan məbləğinə
nisbətən azaldılmışsa, vеrgi ödəyicisinə azaldılmış vеrgi
məbləğinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq
еdilir.
Vergi ödəyicisinin uçota alınması haqqında şəha-
dətnaməsinin forması Maliyyə Nazirliyi ilə razılaş-
dırılmaqla Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.
Vergi uçotuna hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı
haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan),
Azərbaycan mənbəyindən gəlir əldə edən və bu gəlirdən
ödəmə yerində vergi ödəməyən qeyri-rezidentlər həmin
gəlirin alındığı yer üzrə, rezident fiziki şəxslər yaşadıqları,
xüsusi notariuslar isə faliyyət göstərdiyi yer üzrə alınırlar.
FƏSİL XIV
Mühasibat uçotu A.H.Əliyeva
181
MÜHASİBAT UÇOTUNUN TƏŞKİLİ
14.1.
Uçotun təşkili prinsipləri
İstənilən ölkədə mühasibat uçotunun təşkilinə 2 qrup
amillər təsir edir:
obyektiv və subyektiv amillər.
Obyektiv amillər milli iqtisadiyyatın inkişaf xüsu-
siyyətlərini əks etdirir və bu amillərin təsirini ölkədə qüv-
vədə olan normativ-hüquqi bazanın təhlili ilə qiymətlən-
dirmək olar.
Subyektiv amillər isə qüvvədə olan mövcud
normativ-hüquqi baza şəraitində mühasibat uçotunun
aparılmasının daha optimal üsullarının seçilməsini müəy-
yənləşdirir. Bu amillərin təsirini müəssisənin uçot siyasə-
tinin öyrənilməsi nəticəsində qiymətləndirmək olar.
Müəssisə və təşkilatların mühasibat uçotu onlar
tərəfindən təşkil edilmiş mühasibatlıqlar və ya mərkəzi
mühasibatlıqlar tərəfindən həyata keçirilir. Mühasibat-
lıqlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
müəyyən etdiyi qaydada illik maliyyə hesabatlarını tərtib
və təqdim etməlidir. Bu hesabatların hazırlanması, təqdim
olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar
qanunvericiliyin pozulmasına görə təqsirkar olan şəxslər
müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu cür
halların qarşısını almaq üçün maliyyə hesabatlarının
elementlərinin (aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və
xərclərin),
təşkilatlararası
hesablaşmaların,
pul
vəsaitlərinin və maddi qiymətlilərin, öhdəliklərin icrasının
və digər maliyyə-təsərrüfat faktlarının uçotda düzgün əks
|