Mühasibat uçotu A.H.Əliyeva
182
olunması məsələləri mühasibat xidməti tərəfindən daim
diqqət mərkəzində saxlanılmalıdır.
Müəssisə və təşkilatın ləğvinə dair əməliyyatların
uçotuna, yekun maliyyə hesabatlarının və konsolidə
edilmiş maliyyə hesabatlarının tərtibinə görə məsuliyyəti
bu təşkilatın ləğvini aparan ləğv komissiyası daşıyır.
Müəssisənin ləgvi zamanı onun əmlakı da ləğv
komissiyasının müəyyən olunmuş qaydada təyin etdiyi
qiymətlərlə uçota alınır. Ümidsiz borclar və zərərlər yekun
maliyyə hesabatlarına və yekun konsolidə edilmiş maliyyə
hesabatlarına daxil edilmir. Ləğv olunan müəssisənin
öhdəlikləri dəqiqləşdirilərək yekun “Maliyyə vəziyyəti
haqqında” hesabatda əks etdirilir və “Əhəmiyyətli uçot
siyasətləri və izahlı qeydlər”də ödəniş günündən
başlayaraq öhdəliklərin yerinə yetirilməsi xronoloji
ardıcıllıqla bölgü üzrə göstərilir.
Azərbaycanda mühasibat uçotu sahəsində həyata
keçirilən islahatlar aşağıdakı mərhələləri əhatə edir :
* mühasibat uçotu subyektlərinin fəaliyyətini
tənzimləyən qanunvericilik aktları paketinin hazırlanması
və qəbul edilməsi;
* qanunvericiliyə müvafiq surətdə yeni maliyyə
hesabatlarının vaxtında təqdimatı;
*
yeni
maliyyə
hesabatlarının hazırlanması
məqsədilə fasiləsiz təlim prosesinin həyata keçirilməsi.
Mühasibat uçotu A.H.Əliyeva
183
14.2.Mühasibat uçotunun təşkilində
müəssisənin vəzifələri
Mühasibat uçotu idarəetmədə mühüm vasitə olmaqla
yanaşı
planlaşdırmada,
müəssisə
təsərrüfat-maliyyə
fəaliyyətinin tənzimlənməsində, istehsalın daha yüksək
səviyyədə təşkil olunmasında əsaslı rol oynayır. Müasir
idarəetmə sisteminin bazar iqtisadiyyatı tələblərinə uyğun
təşkili bilavasitə mühasibat uçotunun beynəlxalq uçot
sistemlərinə uyğun inkişafı və təkmilləşdirilməsi ilə əlaqə-
dardır.
Mühasibat uçotunun təşkilində müəssisənin vəzifələri
aşağıdakılardır:
müəssisə əmlakının, öhdəliklərinin və bütün
təsərrüfat əməliyyatlarının mühasibat uçotunun mövcud
qanunçuluğa uyğun işlənib hazırlanmış mühasibat uçotu
standartlarına, mühasibat uçotunun hesablar planına və
başqa normativ sənədlərə uyğun mühasibat uçotu hesabların-
da qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparılması;
hesabat
dövründəki
mövcud
əmlakın,
öhdəliklərin, kapitalın, hesablaşmaların və digər sərvətlərin
inventarlaşmasının nəticələrinin uçotda tam və düzgün əks
etdirilməsi;
bütün təsərrüfat əməliyyatlarının ardıcıl
olaraq uçot registrlərində düzgün qeydiyyatının təmin
edilməsi;
gəlir və xərclərin hesabat dövrünə düzgün
aid edilməsi;
maliyyə, bank, vergi orqanları, investorlar,
malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər
|