Müsahibat uçotu



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə69/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   152
2016-2447

 
İLTİZAMNAMƏ 
Mən____________________________________

(vəzifəsi, soyadı, a, a.) 
bu iltizamnamə ilə bildirirəm ki, inventarizasiya müddətinə 
kimi öhdəmdə olan maddi qiymətlilərə dair mədaxil və məxaric 
sənədlərinin hamısını mühasibatlığa təqdim etmişəm. Kənara 
borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmişəm, 
heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə 
almamışam. 
Maddi-məsul şəxsin imzası ____________
«____»__________20____ci il 
Şəkil 9.1.İltizamnamə 


Mühasibat uçotu A.H.Əliyeva 
 
115 
 
İltizamnamədə maddi-məsul şəxsin inventarizasiya 
müddətinə kimi özündə apardığı uçotun və öhdəsində olan 
aktivlərin vəziyyəti (maddi qiymətlilərə dair mədaxil - 
məxaric sənədlərinin hamısının mühasibatlığa təhvil 
verilməsi
 
və buna görə də mədaxil edilməmiş yaxud 
məxaricə silinməmiş dəyərlilərin olmaması) haqda mə-
lumat öz əksini tapır. Verilən məlumat (izahat) inven-
tarizasiya komissiyası tərəfindən nəzərə alınır. 
9.5. İnventarlaşmanın aparılması prosesi və 
müddəti 
 
Aktivlərin və öhdəliklərin faktiki mövcudluğunun 
müvafiq mühasibat uçotu hesablarında düzgün əks 
etdirilməsinə dair iki nüsxədən az olmamaqla inventariza-
siya siyahısı tərtib edilir (Əlavə №1).
İnventarizasiya komissiyası aktivlərin və öhdə-
liklərin faktiki qalıqları haqqında məlumatların siyahıda 
ətraflı və düzgün yazılmasını, inventarizasiya materi-
allarının vaxtında və düzgün rəsmiləşdirilməsini təmin 
edir. Siyahılarda inventarizasiya olunan qiymətlilərin və 
obyektlərin adları, miqdarı və ölçü vahidləri göstərilir. Si-
yahıları inventarizasiya komissiyasının bütün üzvləri və 
maddi-məsul şəxslər imzalayır. 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin