Mühasibat uçotu A.H.Əliyeva
106
kollektivin (briqadanın)
rəhbəri dəyişildikdə, kol-
lektiv üzvlərinin əlli faizdən çoxu tərkibdən
çıxdıqda;
illik mühasibat hesabatı
tərtib edilənədək və
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulan digər hallarda.
İnvertarlaşdırılmanın qarşısında aşağıdakı vəzifələr
qoyulur:
-
müəssisənin əmlak və maliyyə öhdəliklərinin
mövcudluğu və düzgün qiymətləndirilməsini
həyata ke-
çirmək;
-
aktiv və öhdəliklərin (əsas vəsaitlərin,
əmtəə-mate-
rial dəyərlilərinin,
pul vəsaitlərinin, qiymətli kağızların və
bitməmiş istehsalın) faktiki qalığı, saxlanması,
mühafizəsi
və istifadə olunmasına nəzarət
;
-
hazır məhsulun istehsalında maya dəyərinin he-
sablanmasını (kalkulyasiya) təmin etmək;
-
tam və
qismən öz keyfiyyətini itirmiş, forması və
modası köhnəlmiş əmtəə-material dəyərlilərini müəyyənləş-
dirərək təsərrüfat daxili ehtiyatlardan
gələcəkdə istifadə
etmək
;
-
gələcək satışını təmin etmək üçün qalıqda normadan
artıq olan maddi dəyərliləri müəyyənləşdirmək;
-
aktiv və öhdəliklərin (bank, kredit təşkilatları, büd-
cə, malalanlar,
malsatanlar, təhtəl şəxslər,
işçi heyəti, de-
ponent və digər debitor və kreditorlarla hesablaşmaların,
kassadakı, bankdakı hesablaşma, valyuta və xüsusi hesab-
lardakı pul vəsaitlərinin) müvafiq hesablarda düzgün əks
etdirilməsini təyin etmək;