4/4 ölçüdə (
2/4 +
2/4 )
birinci təqti güclü, ikinci təqti zəif, üçüncü təqti nisbətən
güclü, dördüncü təqti isə zəif olur.
6/8 ölçüdə (
3/8 +3/8 ) birinci təqti güclü, ikinci və üçüncü təqti zəif, dördüncü
təqti nisbətən güclü, beşinci və altıncı təqti isə zəif olur.
3)
Qarışıq ölçülü xanələr – təqti sayı müxtəlif olan iki və daha çox sadə xanələrin
birləşməsindən əmələ gəlir.
5/4 ölçüdə (
3/4 +2/4 ) birinci təqti güclü, ikinci və üçüncü təqti zəif, dördüncü
təqti nisbətən güclü, beşinci təqti isə zəif olur.
5/4 ölçüdə (
2/4 +3/4) ölçüdə birinci təqti güclü, ikinci təqti zəif, üçüncü təqti
nisbətən güclü, dördüncü və beşinci təqti isə zəif olur.
4)
Dəyişən ölçülü xanələr – əsərdə müxtəlif təqtili xanələr bir-birini əvəz edə bilər. Məsələn
əsərin birinci xanəsi iki təqtili –
2/4 , ikinci xanəsi üç təqtili –
3/4 , üçüncü xanəsi iki təqtili
–
2/4 , dördüncü xanəsi üç təqtilidir –
3/4 .
İnterval. Sadə intervallar İnterval latın sözü olub məsafə deməkdir. 2 səs arasında olan məsafəyə interval deyilir.
İntervalın aşağıdakı səsi
əsası , yuxarıdakı səsi
zirvəsi adlanır. İnterval əsasla zirvə arasında olan
pillə sayına görə tapılır, tonuna görə böyük, kiçik, xalis, artırılmış və ya əskidilmış olduğu
müəyyən edilir. İntervallar sadə və mürəkkəb, harmonik və ya melodik, konsonans və ya
dissonans, artırılmış və ya əskidilmış olur.
Oktava çərçivəsində yerləşən intervallara sadə intervallar deyilir.
X1 – xalis prima – pillə sayı 1 – tonu 0 tondur
K2 – kiçik sekunda – pillə sayı 2 – tonu 0,5 tondur
b2 – böyük sekunda – pillə sayı 2 – tonu 1 tondur
K3 – kiçik tersiya – pillə sayı 3 – tonu 1,5 tondur
b3 – böyük tersiya – pillə sayı 3 – tonu 2 tondur
X4 – xalis kvarta – pillə sayı 4 – tonu 2,5 tondur
X5 – xalis kvinta – pillə sayı 5 – tonu 3,5 tondur
K6 – kiçik seksta – pillə sayı 6 – tonu 4 tondur
b6 – böyük seksta – pillə sayı 6 – tonu 4,5 tondur
K7 – kiçik septima – pillə sayı 7 – tonu 5 tondur
b7 – böyük septima – pillə sayı 7 – tonu 5,5 tondur
X8 – xalis oktava – pillə sayı 8 – tonu 6 tondur