“Musiqi və onun tədrisi metodikası”



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə20/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

Akkord. Septakkord 
Üç və daha çox səsin tersiyalarla birlikdə və ya ardıcıl quruluşuna akkord deyilir. Üçsəsli, dörd 
səsli, beş səsli akkord var. Dörd səsin tersiyalarla birlikdə və ya ardıcıl quruluşuna septakkord 
deyilir. Septakkordun birinci səsi prima, ikinci səsi tersiya, üçüncü səsi kvinta, dördüncü səsi 
septima adlanır. Septakkordun üç dönməsi var. 1) kvintsekstakkord – 65 rəqəmi ilə qeyd 
olunur. 2) terskvartakkord – 43 rəqəmi ilə qeyd olunur. 3) sekundakkord – 2 rəqəmi ilə qeyd 
olunur. 
Qammanın hər bir pilləsində septakkord qurmaq olar. Natural major və harmonik minorun V 
pilləsindən D7 qurulur.


 D7 natural major və harmonik minorun V pilləsindən, D65 VII pilləsindən,D43 II pilləsindən, 
D2 IV pilləsindən qurulir. 
D7 -ton tərkibi b3+k3+k3 D43 -ton tərkibi k3+b2+b3
D65 -ton tərkibi k3+k3+b2 D2 -ton tərkibi b2+b3+k3 
D7 natamam T53-ə ,D65 VII T53,D43 T53, D2 T6-ya həll olur. 
Melodiya 
 
Melodiya
musiqi əsərinin əsasını təşkil edir. Tək-tək səslərin növbələşərək lad və ritm 
qanunu əsasında təşkilinə melodiya deyilir.Melodiya mahnıdan yaranaraq, musiqinin əsasını və 
özəyini təşkil edir. Vəzn, ölçü, ritm,temp, registr, dinamik işarələr, faktura, lad melodik xəttin 
əsasını təşkil edir. 
Melodiya müxtəlif istiqamətdə və formada inkişaf etdirilərək musiqi əsərinin yaranmasına 
səbəb olur. Melodiyanın hərəkət istiqamətləri müxtəlifdir a)yuxarı istiqamətli hərəkət, b)aşağı 
istiqamətli hərəkət, c)dalğalı hərəkət, d)təkrar olunan səslərlə üfiqi hərəkət. 
Melodiyanın ən gərgin və yüksək inkişaf zirvəsinə kulminasiya deyilir. 
Melodiyanın ən bəm zirvəsindən sayılaraq ən zil səsinə qədər olan məsafə onun diapazonu 
adlanır.
Sekvensiya 
Sekvensiya
musiqi motivinin
 
melodik və ritmik quruluşunun olduğu kimi bir və ya bir neçə 
dəfə başqa yüksəkliyə keçirilməsidir. Sekvensiya iki növdə olur – tonallı və modulyasiyaedici. 
a)tonallı sekvensiya (diatonik) – Motivin verilmış tonaldan kənara çıxmamaq şərti ilə 
müxtəlif yüksəkliyə malik səslərdən aşağı və ya yuxarı istiqamətdə təkrarına deyilir. Bu halda 
motiv səslərinin interval həcmi ladın bəzi pillələrində pozulur. 
b)Modulyasiyaedici sekvensiya – motivin müxtəlif yüksəkliyə malik səslərdən aşağı və 
yuxarı istiqamətdə yeni-yeni tonalda təkrarlanmasına deyilir. Bu halda motiv səsləri arasındakı
interval həcmi dəyişilmədən saxlanılır. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin