Transpozisiya
Transpozisiya
musiqi
əsərinin və ya onun hissəsinin eynilə bir tonallıqdan başqa tonallığa
keçirilməsinə deyilir. Transpozisiya olunan əsərin major və ya minor ladı yeni tonalda
dəyişilmədən saxlanılmalıdır.Transpozisiya üç üsulla olur – xromatik yarımtonla,
interval
vasitəsi ilə və do açarları vasitəsi ilə.
a)xpomatik yarımtonla transpozisiya – Transpozisiya olunan əsərin tonalı müəyyən edilir.
qammaları xromatik yarımtonla transpozisiya etdikdə xromatik yarımtonla aşağı enərək
tonala transpozisiya olunur. qammaları xromatik yarımtonla transpozisiya etdikdə xromatik
yarımtonla yuxarı qalxaraq tonala transpozisiya olunur.Açar qarşısında yeni tonalın
işarələri
yazılır. Not mətni olduğu kimi köçürülür. Transpozisiya olunan əsərdə rast gələn notqabağı
təsadüfi alterasiya işarələri yeni tonalda öz mahiyyətini saxlayır.
b)verilmiş interval vasitəsi ilə– Transpozisiya olunan əsərin tonalı müəyyən edilir.
Verilmiş intervala və istiqamətə əsasən yeni tonallıq müəyyən edilir. Açar qarşısında yeni tonalın
işarələri yazılır. Not mətni verilmiş interval həcminə uyğun köçürülür. Transpozisiya olunan
əsərdə rast gələn notqabağı təsadüfi alterasiya işarələri yeni tonalda öz mahiyyətini saxlayır.
c)Musiqi əsərini açarlar vasitəsi ilə də transpozisiya etmək mümkündür. Əsrin yeni tonalı
seçilir. Həmin tonala uyğun do açarı müəyyən edilir. Yeni tonalın açar işarəsi yazılır.
Not mətni
olduğu kimi köçürülür.Əsərdə olan not qabağı təsadüfi işarələr yeni tonalda öz mahiyyətini
saxlayır.
Dostları ilə paylaş: