“Musiqi və onun tədrisi metodikası”



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə23/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Qərb musiqinin inkişaf tarixidən
Qədim dövr İbtidai icma quruluşu şəraitində musiqi 
Musiqi incəsənətinin ilk yazılı abidələri meydana gəlməmişdən öncə yazısız musiqi 
mədəniyyəti çöx böyük inkişaf yolu keçmişdir İbtidai icma quruluşu şəraitində yaşayan insanların 
əmək prosesinin ayrılmaz hissəsini oxumaq təşkil edirdi. Qədim musiqi yazı vasitələri 
saxlanılmayıb və ən qədim dövrlərin musiqi mədəniyyəti haqqında məlumatlar başqa sənət 
mənbələri vasitəsi ilə əldə edilir. Yazılı, yəni notlu musiqi abidələrini bizə ilk dəfə olaraq qədim 
yunan mədəniyyəti təqdim etmişdir. Bunların ən qədimi V əsrə aiddir. Qədim dövrün musiqi 
mədəniyyətinin öyrənilməsində bizə başqa sənətlər – arxeologiya, təsviri sənət, ədəbi abidələr 
kömək edir.
Artıq məlumdur ki, musiqi insan cəmiyyətinin, insanın nitqinin yaranması ilə birlikdə 
meydana gəlmişdir. İbtidai icma quruluşu şəraitində yaşayan insanların əmək prosesinin ayrılmaz 
hissəsini oxumaq təşkil edirdi. Belə ki, qədim insanlar ova gedən zaman oxuyardılar və sanki bu 
oxuma onları qoruyardı. Zənn olunur ki, ilk dövrdə musiqi qlissando şəklində olmuşdur ki, bu da 
təbii ki, əmək şəraiti ilə bağlı idi. Lakin qlissando hələ musiqi deyildi. Tədricən qlissando ilə yanaşı 
iki qonşu səs arasında sekunda intonasiyasının köməyi ilə bəsit melodiya əmələ gəlir. Sonralar 
insanlar kvarta intonasiysının imkanlarından istifadə etməyə başladılar. Beləliklə, yavaş – yavaş 
səs diapazonu genişlənir, sekunda kvarta ilə birləşir, əvvəl üçpilləli pentatonika, daha sonra isə 
yeddi pilləli səs sırası əmələ gəlir. Beləliklə, ibtidai icma dövründə musiqi bir səsli olub, sinkretik 
xarakter daşıyırdı.
Qədim dövrdə musiqi alətləri də çox mühüm əhəmiyyətə malik idi. Alətlər getdikcə təkmilləşirdi. 
İlk alətlər zərb alətləri idi, sonra nəfəsli, ən sonunda isə simli alətlər meydana çıxıb.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin