olduğu aydın olur. Bu əlyazmalar 4 kitabda cəmləşmişdir – “Riqveda”, “Adjurveda”, “Samaveda”,
“Axtarveda”. ”. Musiqi mədəniyyəti tarixinin öyrənilməsi üçün ən qədim mənbə “Samaveda”
əsəridir.
Hind musiqisi bir çox Şərq xalqlarının musiqisindən fərqli olaraq, çox pilləli ladlara əsaslanır.
Hind musiqisi əsasən diatonik səs sırasına əsaslanır. Hindlilər 7 pilləli səs sırasının hər pilləsini
müəyyən xarakterlə bağlayırlar. Hind musiqisinin əsas xüsusiyyətlərindən biri onun söz, musiqi,
hərəkət, rəqs, mimika, yəni vokal ilə instrumental sahənin bir-birilə bağlılığıdır. Eyni zamanda,
hindlilərin
rəqsləri həmişə süjetli, mənalı olması ilə seçilmişdir. Hind rəqsləri, adətən,
vokal
musiqisinin müşayiəti ilə ifa olunur. Şərq mədəniyyətinin bu nailiyyətləri gələcəkdə məhz
Yunanıstan vasitəsi ilə Avropaya yayılmışdır.
Beləliklə, məhz Şərq mədəiyyəti,
o cümlədən,
musiqi mədəniyyəti Avropa mədəniyyətinə təsir etmiş və onun əsasında təmamilə yeni
xüsusiyyətli, tam mənada sərbəst bir incəsənətin yaranması üçün özül rolunu oynamışdır.
Dostları ilə paylaş: