6.
Do – Yupiter(Müştəri) 6. Zirəfkənd
7.
Re – Saturn (Zühəl) 7. Rəhavi
İNTİBAH DÖVRÜNÜN MUSİQİ MƏDƏNİYYƏTİ
Qərb musiqisi tarixində
humanizm dövrü yeni xarakterli, yeni mövzulu incəsənətin inkişafı
ilə bağlıdır. XIV-XVI əsrlər “humanizm” - intibah dövrü adlanır, renessans – latın dilində zəngin,
yəni insani, bəşəri, fransızca – oyanma deməkdir.Humanizm mədəniyyətin hər bir sahəsində-
ədəbiyyatda,
təsviri incəsənətdə, memarlıqda, musiqidə özünü göstərmişdir.
Humanizm-insanpərvərlik deməkdir. Humanistlərin diqqət mərkəzində sadə insan obrazı
dururdu. Humanist yazıçı və şairlərdən Dante, Bokkaçio, Petrarka, Rable, memarları və rəssamları
Leonardo da Vinçi,
Rafael Santi, Mikelancelonun və b. adları dahi sənətkarlar sırasına əbədi
yazılmışdır.
Milli mədəniyyət elementlərinin əmələ gəlməsi, o cümlədən, milli musiqinin yetişməsi bir sıra
ölkələrdə humanizm epoxası ilə bağlıdır. Humanuzm dövründə musiqi dili inkişaf edir, bütün yazı
qaydaları təzələnir, musiqi poeziya ilə birləşir, polifoniya inkişaf edir. Musiqi dilində geniş şəkildə
major və minor ladlarından istifadə etməyə başlayırlar. Bütün ölkələrdə xalq poeziyası və musiqi
sənəti gur inkişaf edir. Humanizm dövrünün ən böyük nailiyyəti olan opera janrı əmələ gəlir. Xalq
mahnıları və digər musiqi formaları bəstəkarların əsərlərinə böyük təsir göstərir. Xalq mahnı
melodiyaları instrumental musiqiyə də təsir edir. Xalq musiqisinin təsiri hətta mürəkkəb polifonik
musiqidə də hiss olunur.
O zamanlar İtalyada lyutnya, viola, orqan kimi alətlər geniş yayılmışdı. Bir sıra yeni janrlar və
formalar əmələ gəlir. Bu mənada frottolalar və villanellaları göstərmək olar. Geniş yayılmış
janrlardan biri də laudalar idi. Lauda dini xarakter daşıyan lirik, məişət mahnı növü idi. Laudalar
evlərdə, yığıncaqlarda, hətta meydançalarda unison şəklində xorla ifa olunurdu. Melodiyalar xalq
mahnılarından mənimsənilirdi.
Xalq arasında oxunulan mahnılardan biri də balladalar idi. Ballada lirik mahnı, rəqs
janrlarındandır. Solo və xor şəklində ifa olunurdu. Aristokratların sevdiyi janrlardan madriqalı
göstərmək olar. Madriqal-sürü deməkdir, yəni onlar çoban mahnısıdır. Məişət musiqi janrlarından
biri də kaççiya idi. Kaççiya - ov deməkdir. Kaççiyalarda janr səhnəcikləri göstərilirdi.
Bəzən
ovlarda olan müxtəlif səslər (itlərin hürməsi) təsvir olunurdu
Dostları ilə paylaş: