harmoniya ritm forma quruluşunda mühüm rol oynayır.
Müəyyən mövzunu melodiya
aparir.Müxtəlif obrazli mövzuların asılı olaraq formada hər hissənin öz funksiyası var.
Period
Nisbətən bitmiş musiqi fikrini ifadə edən forma
period
adlanır.
Period (dövr
) başlanğıc –
yəni əsas tonallığı və ya digər tonallığı təsdiqləyən modulyasiya olunmuş
tam kadans
ilə
bitir.Period
bir qayda olaraq
2 hissədən
ibarət olur.Bu
hissələr
cümlə
adlanır. Period üçün
mövzu vahidliyi səciyyəvidir. Yəni periodun
sonunu istisna etməklə, cümlələr oxşar ola bilər.
Daha dəqiq desək I cümlənin materialı II cümlədə təkrarlana bilər. Bu təkrarda mövzu
ornamentlə zənginləşdirilir, yeni harmoniya ilə müşaiyyət olunur.
I cümlənin materialı II cümlədə təkrar olmayada bilər.
Belə halda, II cümlədə I cümlənin
ritmik quruluşu və fakturası saxlanıla bilər. Lakin bir qayda olaraq II cümlədə I cümlənin az
hissəsi təkrarlanır (olduğu kimi).
Periodlar bir tonallı - qapalı ola bilər. Yəni period başladiğı tonallıqda bitir.
Başladığı deyil digər tonallıqda bitən period modulyasiya edən period- açıq period adlanır.
Dostları ilə paylaş: