Qədim ladlar
Qərbi Avropa xalqlarının musiqisində major və minordan başqa Qədim ladlar adı altında tanınan
ladlardan istifadə olunur. Major və ya minor qammalarına yaxın olduqlarına görə major və ya
minor boyalı qədim ladlara bölünür.
Major boyalı qədim ladlara İonik, Lidik, Miksolidik ladlar aiddir.
1.
İonik – natural major
2.
Lidik – IV pilləsi yüksəlmiş natural major
3.
Miksolidik – VII pilləsi bəmləşmiş natural major
Minor boyalı qədim ladlara eolik, dorik, frigik aiddir.
1.
Eolik – natural minor
2.
Dorik – VI pilləsi yüksəlmiş natural minor
3.
Frigik – II pilləsi bəmləşmiş natural minor
Hipofrigik – II və V pilləsi bəmləşmiş natural minor
Pentatonika
Uzaq Şərq xalqlarının musiqisi pentatonika ladlarına əsaslanir. Çin, Yapon, Vyetnam və bu
bölgədə, həmçinin Şimal xalqlarının musiqisi pentatonik ladlara əsaslanır.
Penta 5 pilləli laddır. Major və minor boyalı pentatonik ladlar var.
Major boyalı pentatonika b2, b2, k3, b2 tərkibli laddır. Major qammasının IV və VII
pilləsini sildikdə major boyalı pentatonika alınır.
Minor boyalı pentatonika k3, b2, b2, k3 tərkibli laddır. Minor qammasının II və VI
pilləsini sildikdə minor boyalı pentatonika alınır.
Dostları ilə paylaş: